iftardan sonra 31 çekmek / Светлана Воробйова | ВКонтакте

Iftardan Sonra 31 Çekmek

iftardan sonra 31 çekmek

01 октября 2008 года


Mənə maraqlıdır ki, siz onları edənlərin mücahidlik iddiasında olduğunu haradan bilirsiz? Yəni, siz haradan bilirsiz ki, bunu edən hər hansı bir müsəlman qrupudur.
Digər yazılarında isə onları "zındıq" adlandırırsan. Zındıq kafirlərə xas olan addır. Bu hərəkəti edənlər kafirlərdir, yoxsa böyük günah sahibləri?
Bəlkə bunu hökumət özü edib, niyə axı tələsirsiniz? Bəlkə xarici ölkələrin işidir...niyə axı hökm verməyə tələsirsiz?!

Cavab:

Zındıq ifadəsi heç də kafirlər üçün işlədilmir. Sələfilər zəlalət əhli üçün də bu kəlməni işlədiblər. Amma bunu edən isə ən azından zındıqdır. Cihad və təkfir fikrində olanların isə ola bilsin ki, elə səndə eşitmisən ki, deyirdilər ki, biz ən birinci Əbu Bəkr məscidindən başlayacayıq. Mən tələsmirəm, İnşəAllah, Allah Təala hər şeyi üzə çıxaracaq. Lakin təbii ki, biz bu fikirdə olanlara qarşı sərt olacayıq. Çünki biz görürdük ki, bu fikirdə olanlar məscidin ətrafında gəlib bizlərə qarşı danışırdılar, onların bəziləri hətta bizimlə dayanıb namaz da qılırdılar. Məscidin ətrafında dükanları da var idi. Bundan sonra biz sadəcə belə adamların nazları ilə oynamayacayıq. Onlar bizdən nə qədər uzaq olsalar o qədər yaxşıdır.
Allah daha yaxşı bilir!


Əssələmu aleykum va rahmətullah
Qamət, sən demişkən. Dini hisslər və emosiyalar üzərində qurmaq olmaz! Ona görə soyuqbaşlı olmaq lazımdır, elə deyilmi?
Qaldı ki, zındıq sözünə...zındıq sözü kafirlərə xasdır və sələfdən kim zındıq sözünü işlədibsə, bununla təkfiri qəsd edib.
İbn Qudamə deyir:
الزنديق هو الذي يظهر الإسلام ويستسر بالكفر ، وهو المنافق ، كان يسمى في عصر النبي صلى الله عليه وسلم منافقاً ، ويسمى اليوم زنديقاً

İkincisi isə, mənim sözlərimə biri axmaqlıq edərək ağzına gələni yazıb. Sən isə ona ədəb öyrətmək əvəzinə deyirsən ki, guya mən əməli pisləmirəm. Artıq neçənci dəfədir ki, zənnə qapanıb müsəlmanlar haqqında ekranın arxasından fikir yürüdürsən! Tələsmə!
Mən əməli pisləmişəm və qınamışam. Bu əməli edənləri isə insanlıq anlayışından kənar sayıram.


Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Yenə görsənir ki, sən məsələləri qarışdırırsan. Səndə problem budur ki, məsələni yaxşı ətraflı araşdırmırsan. Ola bilər kimsə sənə nəsə deyir, yaxud hansısa kitaba arxayın olursan bu isə səhvdir. Bu da sənin yazılarında açıq-aşkar görsənir.
Sələf zındıq kəliməsini yalnız kafirlər üçün deyil, bidət əhli üçün də işlədiblər. İbn Qudamənin dediyi fiqhi hökmlərdə deyilən istilaha aiddir. Bu istilah münafiq hökmünü aydınlaşdırır.
Biz isə bu sözü istilahla deyil, lüğətlə işlədirik. Çünki sələfilər bu kəlməni bidət əhli üçün işlədiblər. Bu heç də emosionallıqdan irəli gəlmir. Sən Allahın evində namaz qılan insanlara qumbara atan, bu işi əmr edənə nə deyirsən?!
Burada şeyx Salehin sözü münasib gəlir. Belə ki, o mühazirələrinin birində demişdir:

Raşid: Möhtərəm şeyx, baş verən təzyiqlərə qarşı sərt cavab vermək haqqında soruşmaq istərdim. Mənimlə ər-Riyad şəhərində baş verən partlayışlarla bağlı böyük alimlər heyətinin fitvasını var. Şeyx Əbdüləziz ibn Bəzz də həmin fitvaya imza atmışdır. Fitvada deyilir:
Böyük alimlər heyəti son zaman baş verən bu düşmənçiliyi cinayət və iyrənc əməl hesab edir. Bu bir xəyanətdir. Dinin insanlara verdiyi yaşam, mal-dövlət, əminamanlıq və sabitlik haqqına qarşı təcavüzdür. Bunu yalnız nifrətlə, xəyanətlə, həsədlə, zülmlə, düşmənçiliklə, həyata və xeyirə nifrətlə dolmuş cinayətkar nəfs edə bilər. Müsəlmanlar belə əməllərin haram olmasında yekdil rəydədirlər.
Yəni, möhtərəm şeyx baş verən hadisələrə qarşı belə sözlərlə cavab vermək nə dərəcədə düzgündür. Çünki bəziləri deyirlər ki, bəs Əli ibn Əbu Talibin (A.r.o.) xəvariclər haqqında dediyi bu sözlər hanı: "onlar bizim qardaşlarımızdır, sadəcə bizə qarşı haqsızlıq edirlər". Buna nə cavab verək?
Şeyx: Belə hadisələr və cinayətlər baş verəndə bunun cavabı törədilən cinayətə bərabər olmayan yüngül cavab olmamalıdır. Çünki belə cinayətlərə, yaxud cinayətkarlara qarşı sənin etirazın mülayim olarsa bu, digərlərini bu məsələyə səhlənkar yanaşmağa sövq edər. Yaxud ola bilər bəziləri bu kimi əməllərin yolverilən olması barədə şübhəyə düşsünlər.
Ona görə də elm adamlarına vacib olan odur ki, onlar bu kimi əməllər və əməl sahibləri barədə açıqlama versinlər ki, görək bu əməl islah edən əməldir, yoxsa cinayətdir. İslahedici və ya cinayət hesab olunan hər əməlin özünə görə fərqli hökmü vardır.
Buna görə elm adamları ta qədimdən bəri baş verən hadisələrə qarşı belə sərt sözlərlə, böyük alimlər heyətinin söylədikləri sözlərə oxşar sözlərlə çıxış etmişlər. Onlar həmin fitvanı verərkən heyətə Şeyx İbn Bəzz rəhbərlik edirdi. Belə hadisələrin cavabı sərt olmalıdır. Amma kiminsə, "biz törədilən cinayətə qarşı danışırıq, onu törədənlə bizim işimiz yoxdur", yaxud "düzdür bu əməllər pis əməllərdir, düşmənçilikdir, amma bu hadisələri törədənlər xeyir istəyirlər və s." – bu kimi sözlər deməsi, heç də elm adamlarının tutduğu mövqeyə uyğun deyildir. Belə üslubdan istifadə edən kimsə nə müdrik insan, nə də alim ola bilməz. Əksinə belə mövqedən çıxış edən insanın özü şübhə içərisindədir. O, birinci özündə olan şübhəni dəf etməli, eyni zamanda mülayim ifadələr işlətməklə müsəlmanları aldatmamalıdır.
Baş verənlər böyük cinayətdir. Necə ki, bu bəyanatda deyilir: belə əməlləri yalnız pis xislətlərlə dolmuş nəfs edə bilər.
Baş verən bu hadisə özündə bir neçə ağır günah daşıyır.
Birinci: bu hadisədə günahsız cana qəsd edilmişdir. Həmin adam öz nəfsini partladıb özü ilə bir neçə müsəlman və qeyri müsəlmanı qətlə yetirmişdir. Halbuki uca Allah öz nəfsinə qəsd etməyi haram etmişdir: «özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir!» Nisa: 29. «Öz əlinizlə özünüzü təhlükəyə atmayın,..» əl-Bəqərə: 195. Əgər ayədə deyilənlər mal-dövləti xərcləməklə bağlı deyilibsə, görəsən açıq-aşkar öz nəfsinə qəsd etmək necə. Halbuki kim özünü dəmir aləti ilə öldürərsə, qiyamət günü həmin alətlə ona əzab veriləcəkdir.
İkinci: Bu hadisədə müsəlmanlar qətlə yetirilmişdir. Müsəlmanı qətlə yetirmək isə böyük günahlardan biridir. Yəni, Allaha şərik qoşmaqdan sonra gələn ikinci böyük günah müsəlmanı qətlə yetirməkdir. Uca Allah buyurur: «Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir...» Nisa: 93. O müsəlmanı qətlə yetirir və müsəlmanı qətlə yetirəcəyini də bilir. Ona görə Allah təala belə demişdir: «onun cəzası əbədi qalacağı Cəhənnəmdir...».
Üçüncü: Bu hadisədə şəriətin qətlinə icazə vermədiyi insanlar, əhd bağlayanlar, əminamanlıqda olanlar, zimmilər, rəhbərin və ya müsəlmanların aman verdiyi kimsələr, hansısa məqsədlə ölkəyə gələnlər qətlə yetirilmişdir. Halbuki sıravi müsəlmanın verdiyi amanı hər kəs qorumalıdır. O ki qaldı ümmətin, dövlətin və ya rəhbərin aman verdiyi, yaxud əminamanlıqla ölkəyə gəlmiş insanlara. Bu insanlara qarşı ədavət aparmaq olmaz. Peyğəmbər (s.a.v.) demişdir: «Əhd bağlayan kimsəni öldürən cənnətin iyini duyan deyildir». Bu hədisə deyilən bütün qeyri müsəlmanlar daxildir. Aramızda əhd olanlarla əhdimizi qorumalıyıq. «Ey iman gətirənlər! Əhdlərə sadiq olun...» əl-Maidə: 1. «Əhdə vəfa edin. Çünki (insan) əhd barəsində (qiyamət günü) cavabdehdir...» əl-İsra: 34. Ölkəmizə qədəm qoyan qeyri müsəlman ölmək üçün gəlibmi? Təbii ki, xeyr. Biz ona aman vermişik ki, o tam əminamanlıqla buraya işləməyə və ya hansısa işi görməyə gələ bilər. Heç bir müsəlmana bu əhdi pozmaq halal deyil. Əhdi pozmaq müsəlmanların deyil, münafiqlərin xislətindəndir. Münafiqin üç əlaməti vardır. Biri də əhdinə xilaf çıxmasıdır. Əhdə xilaf çıxmaq müsəlmanın xüsusiyyəti deyil, münafiqin xislətidir.
Həmçinin bu cinayətlərdə müsəlmanların mal-dövlətinə qarşı ədavət vardır. Həmin hadisədə ölən canlar və tələf olan mal-dövlət kimə məxsusdur? Müsəlmanların mal-dövlətidir. Müsəlmanın qanının, malının və namusunun qorunması hamıya aydındır. Peyğəmbər (s.a.v.) Ərəfa günü xütbə verərkən bunu bir daha təkid etmiş və demişdir: sizin qanınız, malınız və namusunuz bir-birinizə haramdır. Siz haram yerdə, haram ayda və haram gündə olduğunuz kimi, bu da sizə haramdır. Bu rəvayət Buxari və Müslimin səhih əsərlərində Əbu Bəkrədən (A.r.o.) rəvayət edilir.
Həmçinin bu cinayət uca Allah tərəfindən şəriətin qayəsi edilən əminamalığın sarsıdılması deməkdir. İslam şəriətinin tətbiqində nəzərdə tutulan əsas qayələrdən biri də insanların həyatında əminamanlığın gerçəkləşməsidir. Bu uca Allahın bəndələrinə əta etdiyi əvəzsiz nemətidir. Nur surəsində deyilir: «Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə - onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, onlar (möminlər) üçün onların Allahın Özü bəyəndiyi dinini (islamı) möhkəmləndirəcəyini (hər tərəfə yayacağını) və onların qorxusunu sonra əmin-amanlıqla əzəv edəcəyini vəd buyurmuşdur...» Nur: 55. Demək əminamanlığın gerçəkləşməsi şəriətin əsas məqsədlərindən biridir. Şəriət özü əminamanlığı bərpa etmək üçün gəlmişdir ki, ondan irəli gələn tək Allaha ibadət etmək və heç nəyi Ona şərik qoşmamaq kimi məqsədlər həyata keçsin. Əminamanlıqdan xeyirxahlıq, pis işlərin təmizlənməsi, dəvətin yayılması, xeyirin vüsət alması, islahatların aparılması, ümmətin yüksəlişi və güclənməsi kimi gözəlliklər doğur. Peyğəmbərin (s.a.v.) bu sözünə diqqət yetirin: «Allaha and olsun ki, Allah bu işi (yəni şəriətin yayılmasını) tamamlayacaq. Hətta tənha qadın İraqdan Məkkəyə gedəcək və Allahdan başqa heç nədən qorxmayacaq». Diqqət yetirin, burada Peyğəmbər (s.a.v.) əminamanlığın tam hasil olmasını şəriətin yayılması ilə əlaqələndirdi. Nəticə nə oldu? Əminamanlıq hasil oldu. Buna görə şəriətdə quldurluq üçün xüsusi cəza təyin edilmişdir. Bir çox insanlar quldurluğun müharibə (ərəb. əl-hirabə) adlandırılmasını başa düşmürlər. Halbuki uca Allah buyurur: «Allaha və Peyğəmbərinə qarşı vuruşanların, yer üzündə fitnə-fəsad salmağa çalışanların cəzası ancaq öldürülmək, çarmıxa çəkilmədir...» əl-Maidə: 33. Nə üçün yer üzündə fitnə-fəsad törətmək, quldurluq etmək və quldur dəstələr toplamaq vuruşmaq (ərəb. Hirabə) adlandırılmışdır. Nə üçün Quran ayəsi bunu Allaha və rəsuluna qarşı müharibə adlandırmışdır? Çünki bu uca Allahın və Onun Peyğəmbərinin (s.a.v.) şəriətlə həyata keçirmək istədiyi əminamanlığa qarşı müharibədir. Əminamanlığa qarşı müharibə aparmaq, əminamanlığı şəriətin qayəsi edənə qarşı, Allaha və rəsuluna qarşı döyüşməkdir.
Bu əmələ müharibə adının verilməsinə səbəb budur. Məsələn kimsə deyir ki, mən bir nəfəri yolda zorla saxlayıb onu maşınından endirib döydüm və malını götürdüm. Mən bununla Allaha və rəsuluna qarşı necə müharibə aparıram? Çünki şəriətin məqsədi əminamanlığı təmin etməkdir. Nəyin əminamanlığını? İnsanların qanının, namusunun, mal-dövlətinin və s. əminamanlığını. Demək bu cinayətkar əməllərin qarşısı ifadəsinə və mənasına görə böyük bir güclə, şəriətin əhkamlarını birmənalı olaraq açıqlamaqla alınmalıdır.
Sözün açığı mən bu məsələyə mülayim və dəyərsiz sözlərlə qiymət verənlərə etiraz edirəm. Məsələn kimsə deyir ki, bu pis işdir lakin bu işi görənlər yozumlu düşünürlər... və s. Onlar buna bənzər sözlər deyirlər, halbuki bu sözlər Allahın kitabı, Peyğəmbərin (s.a.v.) sünnəsi, şəriətin qayda-qanunu və fiqhi hökmləri bilən adamın sözləri deyildir. Yaxud görürsən deyirlər ki, bizim belə cinayətlərə etiraz etməklə bu əməlləri müsəlman ölkələrinə gətirməyimiz düzgün deyil və s. Halbuki bu sözlərin heç biri şəriətə müvafiq deyildir.
Bu hadisələr, partlayışlar ağır cinayət və böyük xəyanətdir. O ki qaldı bəzi elm tələbələrinin və dəvətçilərin bu əməllərə mülayim sözlərlə etiraz etmələri, heç şübhəsiz bu kimi ifadələr insanları belə cinayətlərə həvəsləndirir və bu kimi sözlər heç də şəriətin məqsədinə xidmət etmir.
Amma qaldı ki, kiməsə etiraz etməyə burada zındıqlar barəsində sərt yazanlar olur. Biz onların çoxusunu silirik, foruma buraxmırıq.

Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


Значение слова "iftar etmek" в словаре турецкий языка

НОВОСТИ, В КОТОРЫХ ВСТРЕЧАЕТСЯ ТЕРМИН «IFTAR ETMEK»

Здесь показано, как национальная и международная пресса использует термин iftar etmekв контексте приведенных ниже новостных статей.

ÇARŞI İFTARLARININ SONUNCUSU YAZIHAN'DA …

Birlikte olmak, bir sofrada iftar açmak bizim için çok önemli. Bizim tek amacımız sizlerle birlikte bir arada iftar etmek. Ramazanın iklimine, bereketine ve ... «Milliyet, Июл 15»

Gümüşhane'de açık hava iftarına yoğun ilgi

Biz Mahallelerimizde de vatandaşlarımızla iftar etmek istedik. Bu nedenle böyle bir etkinlik düzenliyoruz. Sizlerle buruda yaptığımız iftar bizim için çok kıymetli. «Milliyet, Июл 15»

Başkan Duruay, Parti Teşkilatı İle İftar Yemeğinde Buluştu

Bizler de bu manada sosyal belediyecilik adına, Ramazanın feyz ve bereketini daha da arttıralım diye birlikte iftar etmek, dua etmek, Cenab-ı Mevla'dan ülkemiz ... «Beyaz Gazete, Июл 15»

İftar da Okunacak En Güzel Dua Nihat Hatipoğlu - İftar Duası 2015

İftar saatinde oruçlu kişinin her ettiği dua Allah'ın izni ile kabul olur. Oruçlu kişiye iftar ... Ramazan ayında sahur ve iftar etmek çok sevaptır. Sahur yapmak ... «Çoruh Postası, Июн 15»

YAHYALI'DA İLK İFTAR SOFRASI AĞCAŞAR'DA KURULDU

Bu gün Ramazan-ı Şerifin dördüncü gününü idrak ediyoruz ve dördüncü gününde Ağcaşar' daki dostlarımızla iftar etmek için iftar saatinde buradayız. Geçtiğimiz ... «Milliyet, Июн 15»

İl İl İftar vakitleri burada - İstanbul İftar Vakti, saati ÖĞREN

İstanbul için iftar saati vakti ne zaman il il iftar vakitlerine buradan ulaşabilirsiniz. ... Bu yüzden önce akşam namazını kılıp, sonra iftar etmek lazım. Çünkü vakit ... «Türkiye, Июн 15»

İstanbul İftar Vakti

İstanbul İftar vakti-saatleri, Ramazan ayı bütün illerin iftar vakitleri, İftar saatleri ve imsakiye- ... Bu yüzden önce akşam namazını kılıp, sonra iftar etmek lazım. «netGazete, Июл 14»

21 Temmuz 2014 İftar vakti - İstanbul

Türkiye Akşam ve sabah ezanı, Sahur, İftar Vakitleri saatleri - 2014 İstanbul İmsak İftar Vakitleri ... Bu yüzden önce akşam namazını kılıp, sonra iftar etmek lazım. «Hürhaber, Июл 14»

UMUT EVİ'NDE İFTAR BULUŞMASI

Rabbim hepinize acil şifalar versin. bugün meclis üyelerimiz ve aileleri ile birlikte sizlerle iftar etmek için buradayız. İnşallah bu mutluluğu birlikte paylaşmış ... «Milliyet, Июл 14»

İftar vakitleri 2014 - Türkiye il il 9 Temmuz iftar vakti ( İstanbul …

Bu yüzden önce akşam namazını kılıp, sonra iftar etmek lazım. Çünkü vakit girmediyse akşam namazını iade edebilirim. Ama oruç iade edemem. Bu yüzden ... «Hürhaber, Июл 14»


ССЫЛКИ

« EDUCALINGO. Iftar etmek [онлайн]. Доступно на <https://educalingo.com/ru/dic-tr/iftar-etmek>. Июн 2023 ».

01 октября 2007 года

Posted 06 September 2007 - 06:27 AM

Salamaleıkom
Bu fitva haqqında ne deye bılirsız?
Bu alime acıqdan xavaric demek olar? eynile bizim harura ehli kimi danışır

Muhəmməd İbni İbrahim "Təhkimul Qavanin" adlı risaləsində dünyəvi qanunlarla hökm eləməyi "etiqadi" küfrlərdən ən böyüyü olaraq dəyərləndirir. Etiqadi küfr isə Dindən və İslam millətindən çıxaran deməkdir. Etiqadi küfrlərin beşincisini qeyd edərkən dedi:


فـــــــــأي كفـــــــــر فوق هذا الكفـــــــــــــــــــر واي منــــــــــــاقضة للشهادة بان محمدا رسول الله بعد هذه المناقضة

"Beşincisi: Bu (küfrlərin) ən böyüyü, ən əhatəlisi, ən zahir olanı, şəriətə qarşı inadçılıq, Onun hökmlərinə qarşı təkəbbürlülük, Allaha və Rəsuluna əziyyətdir, şəri məhkəmələrlə qarşılaşdırmadır - müqayisədir. (Həmçinin) Hazırlamaq, dəstək vermək, nəzarət məntəqələri qurmaq, onları ana pinsiplər etmək, bölmələrə ayərmaq və təşkil etmək, növlərə ayrımaq, qanuni və məcburi etmək, şəri məhkəmələrin müraciət edilən qaynaq olduğu kimi, müraciət edilən məhkəmələr halına gətirmək. (Şəri məhkəmələrin) Bütün qaynaqları Allahın kitabı və Rəsulunun sünnətidir. (Dünyəvi) məhkəmələrin qaynaqları isə fərqli şəriətlərdən uydurma - əslsiz qanunlardır. Fransa, Amerika və Britanya qanunları, şəriət mənsubu bəzi bidətçilərin görüşləri və digər qanunlar kimi. Bu məhkəmələr günümüzdə bir çox İslam ölkələrində kamilləşdirilib, qurulmuş, qapıları açılmış və insanlar sürülərlə ora axışırlar, hakimləri onlar arasında bu qanunun Kitab və Sünnətin hökmlərinə müxalif olan hökmlərilə hökm edirlər. Bunu onlar üçün lazımlı, tanınıb qəbul edilmiş və son söz sahibi qılırlar.
Bundan böyük hansı küfr var? "Muhəmməd Allahın Rəsuludur" şəhadətini bu da pozmursa, o zaman nə pozur?"

Bu Alim kimdir göresen bel fetva verir subhanallah

ayənin təfsirində İmam Əhməd Şakir, rahiməhullah, deyir:

هذه القوانين التي فرضها على المسلمين أعداء الإسلام.. هي في حقيقتها دين آخر جعلوه ديناً للمسلمين بدلاً من دينهم النقي السامي ، لأنهم أوجبوا عليهم طاعتها ، وغرسوا في قلوبهم حبها وتقديسها والعصبية لها ..

"İslamın düşmənlərinin müsəlmanlar üzərinə fərz etdikləri bu qanunlara gəldikdə,...bu qanunlar həqiqətdə müsəlmanlara öz dinlərinin yerinə gətirilmiş bir başqa dindir. Çünki onlara itaət etmək müsəlmanların üzərinə vacib qılınmışdır, bu qanunlara qarşı sevgi, hörmət və təəssüb isə zorla qəlblərinə basdırılmışdır...Bu yeni din çox müsəlmanların İslam ölkələrində müraciət etdikləri və onunla hökm verdikləri əsas qanunlar halına gəlmişdir. Bu qanunlardan bəziləri Şəriət hökmlərinə müvafiq olduğu halda, bəziləri də ona müxalifdir. Bunların hamısı batildir və dindən çıxmaqdır. Çünki bu qanunlardan Şəriətə uyğun olanlar sadəcə təsadüfən uyğun olmuşdur, yoxsa Allahın əmrinə və Rasulunun əmrinə tabeçilik və itaət xətrinə edilməmişdir. Uyğun olan da, müxalif olan da, hər ikisi də batildir, zəlalətin iylənmiş çuxurundadır, sahibini atəşə sürüyər. Heç bir müsəlmana bu qanunlara boyun əymək və rıza göstərmək caiz deyildir."

"Umdət ət-Təfsir", 3/214

Alləmə İbn Kəsirin öz təfsirində Yasaq barədə yer verdiyi sözlərə əlavə olaraq Şeyx Əhməd Şakir, rahiməhuməllah, deyir:



" əl-Hafiz ibn Kəsir tərəfindən - səkkizinci əsrdə - İslamın düşməni Çingiz Xan tərəfindən icad olunmuş bu uydurma qanun haqqında verilmiş bu qüvvətli vəsfi gördünüzmü? Məgər bu, bizim bu əsrin, on dördüncü əsrin müsəlmanlarının halına uyğun deyilmi? Lakin burda əvvəldə buna işarə etdiyimiz kimi bir fərq vardır: (Çingiz Xanın zamanında bu qanunlar) yalnız hakimlərə aid xüsusi bir təbəqədə hökm sürürdü (yəni camaata tətbiq olunmurdu), üzərindən tez bir zamanda vaxt keçdi və onlar islam ümməti ilə qarışdıdılar və onların icad etdikləri bu qanunlardan heç bir əsər-əlamət qalmadı. Lakin zamanımızın müsəlmanlarının həm halı onların halından pisdir, həm də zülmü onların zülmündən şiddətlidir, çünki İslam ümmətinin çoxu indi bu qanunlara -kafir biri tərəfindən icad edilmiş Yasaqa ən çox oxşayan və Şəriətə müxalif olan bu qanunlara uyğunlaşmağa davam edir. Həqiqətən də bu uydurma qanunlar məsələsi Günəşin aydınlığı kimi aydındır. Bu açıq-aydın küfrdür (kufrun bəvah) və burda gizli heç bir şey yoxdur. Kimliyindən asılı olmayaraq özünün İslama aid edən heç bir kəs üçün bu qanunlarla əməl etməkdə və ya itatət etməkdə və ya bu qanunları təsdiqləməkdə heç bir bəhanə və üzr yoxdur. Hər kəs özünü bundan xəbərdar etsin və hər kəs özü üçün məsuliyyət daşıyır. Alimlər haqqı bəyan etməli və heç bir şeyi gizlətmədən təbliğ etməklə əmr olunanı təbliğ etməlidirlər"

"Umdət ət-Təfsir", 4/173 və 174

Menbe tekfirçilerin saytı!

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Məhəmməd ibn İbrahimin (r.) bu ifadəsi bəzilərini çaşdırıb. Çaşdırmağa da səbəblər var. Ən birinci, mövzunu dərindən bilməməkdir. İkincisi, məsələnin bir hissəsini götürüb, digərinə baxmamaqdır. Üçüncüsü, sələfin minhəccini bilməməkdir və s. Şeyx İbrahim Fətava kitabında bu məsələyə aydınlıq gətirir və bu məsələdə halal görməyi şərt qoyur. Ona görə o sözlər ki, var o tətbiq olunur kim halal görsə. Çünki sələfin minhəcci belədir. Şeyx ibn Bazdan bu fətva barədə soruşdular. Şeyx dedi (baxmayaraq Şeyx İbrahim şeyx ibn Bazın müəllimi olub): “Şeyx İbrahim məsum deyil, hər kəs xəta edə bilər...” Şeyx Xalid Ənbəri də (h.) demişdi ki, şeyx halal görməyi şərt qoyur. Baxmayaraq ki, şeyxin üstünə təkfirçilər və ixvanlar hücuma keçmişdilər. Lakin sonra doğrudan şeyx İbrahimin öz fətvalarında bu göstərilir və təkfirçilər elə bil, gölə daş atıldıqdan sonra qurbağaların susmağı kimi susdular. Lakin buna baxmayaraq məsələni dərindən bilməyənləri ona qarşı yalan mövqe tutmağa aparırlar.
2. Bu məsələ də əvvəlki kimidir. Kim belə məsələlərə uyub, bu cümlələrə görə, hakimi kafir görübsə, o əslən heç nə başa düşməyib. Var söz, var onun tətbiqi – bunlar fərqli şeylərdir. Kifayətdir ki, Əhməd Şakir özü Misirdə yaşayanda hakimi kafir görmürdü, Misirdə də aydındır da necə vəziyyətdir. Yəni, belə cümlələr sizi aldatmasın, sadəcə bu cümlələr təkfirçilərin camaatı aldatmaq üçün istifadə etdikləri cümlələrdir.
3. Bu məsələ də əvvəlki məsələlər kimidir. Əslən Çingizxan müsəlman deyildi. Onun da qövmü onun qanunlarını götürüb şəriət hesab edib tabe idilər. Təbii ki, bu küfrdür. Burda nə var ki? Siz bu məsələlərə girişməzdən əvvəl sələfin yolunu öyrənin. Əhməd Şakir özü Misirdə yaşadığı zaman hakimi kafir görmürdü. Kim əgər belə məsələlərlə təkfir edirsə, onu aldadıblar və o əqidəni başa düşməyib.
Bir də sizə məsləhət görürəmsə, hər sayta girməyin. Əgər onlar belə sitatlarla hakimə qarşı çıxmağa çağırılarsa, deməli, onlar islama qarşı hansısa tərəfdənsə idarə olunan bir hərəkatdır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!

nest...

batman iftar saati 2021 viranşehir kaç kilometre seferberlik ne demek namaz nasıl kılınır ve hangi dualar okunur özel jimer anlamlı bayram mesajı maxoak 50.000 mah powerbank cin tırnağı nedir