kayseri 1 icra / Кайсери Аренда авто, выгодные автомобили Кайсери для аренды - Vivi

Kayseri 1 Icra

kayseri 1 icra

Şuşa və Kayseri şəhərləri qardaşlaşdı – FOTOLAR

Şuşa şəhəri ilə Kayseri şəhəri arasında qardaşlaşmış şəhərlər haqqında protokol imzalanıb.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mətbuat xidmətindən Globalinfo.az-a verilən məlumatda qeyd olunur ki, imzalanan sənədə əsasən iki qardaşlaşmış şəhərlər mədəni, sosial və iqtisadi münasibətləri, həmçinin dostluq və qardaşlıq əlaqələrini təşviq etmək və birgə fəaliyyət sahələrini genişləndirmək niyyətindədirlər.

Tərəflər arasında birgə proqram, layihələr, qarşılıqlı səfərlərin təşkili, habelə təcrübə və məlumat mübadiləsi, incəsənət, mədəniyyət, turizm, elm, ticarət və informasiya texnologiyaları sahələrində əməkdaşlıq nəzərdə tutulub.

Şəhər təmsilçiləri, həmçinin qarşılıqlı əlaqələri daha da inkişaf etdirmək üçün UNESCO-nun “Yaradıcı Şəhərlər Şəbəkəsi” proqramı çərçivəsində əməkdaşlıq edəcəklər. Sənədi Kayseridə səfərdə olan Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov və Kayseri Böyükşəhər Bələdiyyə başçısı Memduh Büyükkılıç imzalayıblar.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov qeyd edibdir: “Nəzərə alsaq ki, Şuşa şəhəri 2023-cü ildə TÜRKSOY-un qərarı ilə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilib, bu baxımdan Türkiyənin qədim tarixə malik Kayseri şəhəri ilə qardaşlaşma haqqında sənədin imzalanması xüsusi əhəmiyyət kəsb edir. Bildiyiniz kimi 21 sentyabr tarixində Şuşa Qoruğu Ərzurum şəhər bələdiyyəsi ilə də eyni məzmunlu sənəd imzalayıb. Şuşa şəhərinin Türk dünyasının digər mühüm şəhərləri ilə bu istiqamətdə əməkdaşlığı davam edəcəkdir”.

Kayseri Böyükşəhər Bələdiyyə başçısı Memduh Büyükkılıç bildirib ki, Şuşa şəhəri ilə qardaşlaşmaq onlar üçün böyük şərəfdir. Şuşa şəhərinin 28 illik işğaldan sonra azad olunması, şəhərin sürətlə bərpa edilməsi, çoxlu sayda beynəlxalq tədbirlərə ev sahibliyi etməsi bütün Kayseri sakinlərini sevindirən bir haldır.

Kayseri şəhərinə səfər çərçivəsində Şuşa şəhərinin nümayəndə heyətini həmin bölgənin valisi Gökmən Çiçəkdə qəbul etmişdir. Görüşdə Azərbaycanın qələbə rəmzi olan “Xarbülbül” döş nişanı cənab valiyə hədiyyə olunub. Bununla yanaşı, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov Azərbaycan Qardaşlaşma parkı və Xocalı parkı, Kayseri qalası və Milli Mücadilə Muzeyini ziyarət etdikdən sonra Kayseridə ənənəvi keçirilən kitab sərgisinin açılışında iştirak etmişdir. Həmçinin şəhərin Talas bələdiyyəsinin əməkdaşları, “Kayseriqaz” şirkətinin nümayəndələri və Kayseridə təhsil alan azərbaycanlı tələbələrlə də görüş baş tutub.

Şuşa və Kayseri şəhərləri qardaşlaşıbŞuşa və Kayseri şəhərləri qardaşlaşıbŞuşa və Kayseri şəhərləri qardaşlaşıbŞuşa və Kayseri şəhərləri qardaşlaşıb

nest...

batman iftar saati 2021 viranşehir kaç kilometre seferberlik ne demek namaz nasıl kılınır ve hangi dualar okunur özel jimer anlamlı bayram mesajı maxoak 50.000 mah powerbank cin tırnağı nedir