diriliş yeni bölüm varmı / ah kalbim 37 bolum: 1 тыс. видео найдено в Яндексе

Diriliş Yeni Bölüm Varmı

diriliş yeni bölüm varmı

Hər kəsin intizarında olduğu serial: “Atabəylər: Şəmsəddin Eldəniz” haqqında bilinməyənlər – MÜSAHİBƏ

Azərbaycanda ilk dəfə çoxseriyalı tarixi bədii televiziya filmi çəkilir. İlk mövsümü “Atabəylər: Şəmsəddin Eldəniz” adlanan serial AzTV-də yayımlanacaq.

Ölkə ictimaiyyətinə geniş səs salan bu serial ilə bağlı Globalinfo.az layihənin rəhbəri Sərvər Bayramovdan müsahibə alıb.

– Sərvər bəy, ilk tarixi serial üçün Atabəylər dövrünün seçilmə səbəbi nədir?

– Azərbaycan tarixində tamaşaçı auditoriyasının qarşısına çıxarmaq üçün çox zəngin və maraqlı materiallar mövcuddur. Bu materiallara xronoloji ardıcıllıq baxımından yanaşıldıqda 12-ci əsr, Atabəylər dövrü müstəsna əhəmiyyət kəsb edir. Dövlətçilik uğurları ilə mədəniyyət intibahının sintezi nəticəsində hədsiz yüksəlişə nail olmuş bu dövlət, onun idarəçilik institutu, formalaşdırdığı sosial-ictimai, mədəni mühit orta əsrlər tarixində dünyanın inkişaf modelində əhəmiyyətli yer tutur. Bütöv Azərbaycan uğrunda aparılan mübarizə, Naxçıvanın, sonra Təbrizin paytaxt seçilməsi, Turan yoluna Günəş kimi doğaraq türk birliyinin təmin edilməsi və s. bu günümüzlə çox səsləşir, elə deyilmi? Eyni zamanda, Atabəylər dövləti multikultural, tolerant mahiyyəti ilə seçilir. Təkcə bir fakta nəzər salaq: Nizami Gəncəvi, Xəqani Şirvani, Mücirəddin Beyləqani, Əcəmi Naxçıvani, daha sonralar Nəsrəddin Tusi və digərləri məhz, o dövrdə yaşayıb. Şəmsəddin Eldənizin Möminə Xatun ilə sevgi hekayəsi və həyat tarixçəsi özü bir dastandır. Qulamlıqdan hakimiyyətə qədər keşməkeşli bir yoldan bəhs edirəm. Bu baxımdan, Atabəylər dövrü yaradıcı heyət üçün də cəlbedici görünür.

– Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsinin bu filmin ərsəyə gəlməsindəki rolu nədən ibarətdir?

– Bu gün Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. 44 günlük müharibədəki qalibiyyət ölkəmizdə həm ictimai-siyasi, həm mədəni intibah yaradıb. Etiraf etməliyəm ki, “Atabəylər: Şəmsəddin Eldəniz” filmini ərsəyə gətirmək ideyası Vətən müharibəsi və post-konflikt dövrü reallıqları ilə birbaşa əlaqəlidir. Əgər film-layihə ideyasının formalaşmasından danışırıqsa, Azərbaycan Televiziyası olaraq ölkəmizin istənilən cəbhədə növbəti qələbələrə imza atmasında pay sahibi olmaq istəyimizdən irəli gəlir. Bunu mütləq vurğulamalıyam ki, Aztv-də son illər ərzində baş verən ciddi müsbət dəyişikliklər, rəhbərlik tərəfindən ortaya qoyulan yeni yanaşma – mən deyərdim ki, əsl peşəkar və vətənpərvərliyə, milliliyə əsaslanan yanaşma burda öz sözünü deyir. Hələ arzularımız, ideyalarımız daha çoxdur və onları indidən açıqlamaq istəmirəm. Bəziləri barədə ipucu verə bilərəm. Məktəblilər üçün də azərbaycançılıq, türkçülük ideologiyasına söykənən bir platformamız olacaq. İnşallah bu da tezliklə reallaşacaq. Bir sözlə, “Dəmir yumruq” fəlsəfəsi bizi tariximizin qəhrəmanlıq səhifələrini daha əzmlə vərəqləməyə, vətənpərvərlik hislərini dərindən oyatmağa, gənc nəslin qürurlanması üçün böyük zəminlər hazırlamağa sövq edir. Çünki milli oyanış xalqların milli özünüqoruma instinktini həmişə daha güclü edir. Digər tərəfdən isə artıq qeyd etdiyim kimi 12-ci əsrdəki Şəmsəddin Eldənizin başçılığı altında Azərbaycan coğrafiyasında əldə edilən hərbi-siyasi uğurların ekrana daşınması, regional kontekstdə geniş tamaşaçı auditoriyasına çatdırılması müasir Azərbaycan dövlətinin Müzəffər Ali Baş Komandanının rəhbərliyi altında Vətən müharibəsində qazandığı qalibiyyət fonunda daha aktualdır.

– Filmin fikir olaraq əsas hədəfi nədir?

– Azərbaycan dövlətçilik ənənələrinin tarixi köklərinə, müzəffər hərb tarixinə, Azərbaycan coğrafiyasının bir zamanlardakı hüdudsuzluğuna, eləcə də ölkəmizin yüksək mədəniyyətinə diqqət yönəltmək, gənc nəslin vətənpərvərlik hisslərini yüksəltmək, onlarda daha bir qürur mənbəyi formalaşdırmaq. Vaxtilə ölkəmizin mövcud sərhədlərindən kənarda yaşamağa məcbur edilən çoxmilyonluq soydaşlarımızın öz milli identikliyini qorumasına töfhə vermək.

Bu gün siyasi leksikona daxil olan və qürur duyduğumuz Zəngəzur dəhlizi, Turan yolu kimi ifadələr məhz, Atabəylər dövrü üçün də strateji məqamlar idi. Bu baxımdan, azərbaycançılıq ideologiyası, dövlətçilik anlayışının daha da gücləndirilməsi üçün müasir çağırışların film-layihələrdə yer alması, müxtəlif sloqanlar və həştəqlər vasitəsilə şüuraltı mesajların ötürülməsi də əsas hədəflərdəndir.

– İkinci sezonda daha 24 bölüm “TURAN YOLUNA DOĞAN GÜNƏŞ” adı altında təqdim olunacaq. Filmdə turançılıqla yanaşı, başqa hansı ideyalar yer alır?

– Çoxseriyalı tarixi televiziya filmi layihəsi azərbaycançılığın, türkçülüyün – turançılığın və islamın ən yüksək keyfiyyətlərini aşılamaq, bunları təbliğ etmək, cari yüzillikdə bu dəyərlərin müstəsna əhəmiyyət kəsb edəcəyinə mesaj vermək kimi hədəflərə hesablanıb.

– Filmdəki hadisələr tarixi reallıqla nə qədər uzlaşır?

– Filmin ssenari qrupu Milli Elmlər Akademiyasının Tarix İnstitutu ilə intensiv təmas şəklində çalışır. Tarixi gerçəklik yetərli qədər qorunub saxlanılır. Amma bir film – həm də incəsənət əsəridir, yaradıcı təxəyyülün məhsuludur. Odur ki, filmdə bu xətt də ara-sıra görünür.

– Filmdə yer alan qəhrəmanların seçiminin xüsusi bir izahı varmı?

– Qəhrəmanların hər biri dövrün ictimai-siyasi və mədəni həyatında görkəmli yer tuturlar. Məlumdur ki, tarixin hər bir dövründən minlərlə isimlər keçir. Tarixi filmlərdə bu isimlərin ən önəmlilərinə toxunurlar. Azərbaycan Atabəyləri dövlətinin qurucusu Şəmsəddin Eldənizlə və onun həyat yoldaşı, silahdaşı Möminə Xatunla yanaşı, filmdə çox rəngarəng obrazlar qalereyasına rast gəlinəcək. Səlcuqlu dövlətindən danışılırsa, mütləq Sultan Məsud və Sultan Səncər, Azərbaycan və Aran Atabəyliklərindən danışılırsa, mütləq Qara və Ağ Sunqurlardan, Çavlı Candardan, mədəniyyət xadimlərindən danışılırsa, Nizami və Məhsəti Gəncəvilərdən, həmin dövrdəki düşmənlərdən danışılırsa, mütləq Baqratlı Kral Demetri və batini Murəddin Sanidən bəhs olunmamalıdırmı? Sarı gəlin xətti isə daha bir məqsədə xidmət edir. Daha çox açıqlamaq istəmirəm. Necə deyərlər inşallah baxarıq, görərik.

– Bilirik ki, tarixi filmlərin çəkilməsi daha mürəkkəbdir. Hansı çətinliklərlə üzləşirsiz? Çəkilişlər əsasən harada aparılır?

– Təbii ki, tarixi filmləri çəkmək və onu efir üçün hazırlamaq digər ekran əsərləri  ilə müqayisədə olduqca çətindir. Müasir şəhər və kənd mənzərələrinin uyğunsuzluğu öz yerində, hətta təbiətdə də çəkiliş üçün yer seçmək çətindir. Məsələn, avtomobil yolunun, işıq dirəklərinin, elektrik məftillərinin, bir sözlə, müasir infrastrukturun olmaması şərtinə uyğun məkan tapmaq elə də asan deyil axı. 12-ci əsr şəhər və qalalarının oxşarı olan pavilyonlar qurmaq üçün müəyyən zaman və maddi vəsait lazımdır. Bundan sonra isə o dövrün geyimlərinin, əşyalarının, döyüş sursatlarının eynisinin hazırlanması, savaş səhnələrinin çəkilməsi kimi çox müşkül məsələlər sırada dayanır.

– Filmin büdcəsi nə qədərdir?

– İlkin olaraq hesablamalar aparılıb. Yaxın günlərdə bu barədə məlumat veriləcək. Amma siz də yaxşı bilirsiniz ki, bu rəqəm istehsal prosesi zamanı arta və ya azala bilər.

– Hamı bu serialı səbirsizliklə gözləyir desək, yanılmarıq. Ekranlara nə vaxt çıxacaq?

– 2023-cü ilin sentyabrında.

– Bu televiziya filmi kino industriyamıza hansı töhfələri verə bilər? Milli kinomuzdakı durğunluğa bu necə təsir edəcək?

– Artıq bir neçə ildir ki, Türkiyə Cümhuriyyəti, Qazaxıstan və Özbəkistan kimi qardaş ölkələr həm dövlət və özəl kanallar, həm də kino sənayesi ilə məşğul olan şirkətlər vasitəsilə ortaq türk tarixinin müəyyən fraqmentlərinə müraciət edir, türk mədəniyyəti, dövlətçilik tarixində keçilən çətin və şərəfli yol, tarixi şəxsiyyətlərin ekran təqdimatı, ortaq adət-ənənələrlə bağlı konkret işlər ortaya qoyaraq milyonlarla tamaşaçının diqqət və sevgisini qazanırlar. Eyni zamanda, müasir dövrümüzün ən effektiv təbliğat vasitəsi kimi sözügedən sferada informasiya cəbhəsi yaradaraq öz dövlətçilik tarixlərini yüksək səviyyədə geniş auditoriyaya çatdırmış olurlar. Türk dünyasında növbəti mədəni oyanış müşahidə edildiyini nəzərə alsaq, həm də eyni soydan gələn xalqlar ortaq tarix və dəyərlərini bu üsulla paylaşırlar. Bu xüsusda biz də müşahidəçi qismində qala bilməzdik. Bunları ona görə vurğulayıram ki, Türkiyə kinematoqrafiyasının çəkdiyi “Alparslan: Böyük Səlcuqlu”, “Diriliş Ərtoğrul”, “Oyanış: Böyük Səlcuqlu”, “Quruluş Osman”, eləcə də Qazaxıstan dövlətinin sifarişi ilə artıq yayıma buraxılan “Tomris”, habelə Özbəkistan kinematoqrafiyasının qardaş Türkiyə istehsalçıları ilə müştərək ekranlaşdırdığı “Bozkır aslanı Cəlaləddin” kimi çoxseriyalı filmlərin reytinqinə diqqət çəkəm. Türkiyədə vurğuladığım teleserialların ekrana çıxmasından sonra dörd yüzdən çox tarixi əsər yazılıb. Bizdə də bu baş verəcək. Yeni portretlər yaranacaq. Məsələn bu günə qədər sizə Möminə Xatunun portretini göstərib soruşsalar ki, bu kimdir? Və ya Şəmsəddin Eldənizin, Qara Sunqurun? Təbii ki, bilməzdiniz. Amma filmdən sonra yaranacaq. Orta əsrlər tariximizin geyimi, zinət əşyaları, silahlar, rekvizitlər və digər aksesuarları  formalaşacaq. Qurulacaq pavilyonlar muzey-parka çevriləcək. Bu təbii ki, turistlər üçün də cəlbedici olar. Baxın qardaş Türkiyə  kino sənayesindən əldə olunan gəlirlərə  görə dünyada ilk yerlərdədir. Hazırda təkcə İstanbul ərazisində və ətarfında eyni vaxtda 130-dan artıq film çəkilir. Odur ki, biz özəl sektoru bu sahəyə yönəltməklə ilk növbədə kino industriyamızda müşahidə edilən durğunluğa bir növ son qoymağı arzulayırıq. Reklam bazarının canlanmasına təkan vermək hədəfimizdir. Çünki indiki rəqəmlər real deyil. Biz digər bu sayaq layihələr üçün bir rəqabət mühiti də arzulayırıq və bundan çox məmnun olarıq. Azərbaycanda kino sahəsində çox böyük və peşəkar ənənə var. Elə peşəkar rejissorlarımız, digər kino işçiləri də heç də türkiyəli həmkarlarımızdan geri qalmır. Layihəni icra edəcək “Şahdağ Film”in komandasının 70 faizi azərbaycanlılardır. Ancaq layihənin icrası daha çox yerli kadrların yetişməsinə zəmin yaradacaq. Əslində, əsas hədəflərimizdən də biri budur. Eyni zamanda, film üçün atların hazırlanması yeni bir xidmət servisinə çevriləcək. Biz artıq bu işə başlamışıq və yeri gəlmişkən, sizi həmin mərkəzə dəvət edirik. Aktyorlar yetişəcək. At minmək, ox atmaq, qılınc oynatmaq, döyüş texnikaları bu sahədə çoxları üçün yenilikdir. Bir sözlə, çoxseriyalı və kifayət qədər uğurlu bir filmə, təbii ki, Azərbaycan tamaşaçısı ilə yanaşı, Azərbaycan kinematoqrafiyası da böyük ehtiyac duyur.

– Hazırda bu serialdan başqa layihəniz varmı? Gələcək planlarınız nələrdir?

– Hazırda bütün diqqətimiz məhz “Atabəylər: Şəmsəddin Eldəniz”ə yönəlib. İnşallah, layihəmiz hədəflərini vurandan sonra Azərbaycan tarixinin digər tarixi şəxsiyyətlərini də çoxseriyalı bədii televiziya filmi qəhrəmanı kimi təqdim etmək, zəngin tariximizi kütləviləşdirmək və daha da sevdirmək niyyətindəyik.

– Sərvər bəy, müsahibəyə görə təşəkkür edirik. Layihənin uğur qazanacağına inanırıq və işlərinizdə müvəffəqiyyət arzulayırıq.

– Çox sağ olun. Marağınız, diqqətiniz üçün təşəkkür edirəm.

Xatırladaq ki, Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə çəkiləcək serialın ilk mövsümünün 24 bölümdən ibarət olması nəzərdə tutulub.

Çoxseriyalı televiziya filminin çəkilişi Türkiyədə və ölkəmizdə fəaliyyət göstərən peşəkar kino işçilərindən formalaşdırılan yeni prodakşn – “Şahdağfilm” tərəfindən icra edilir.

Gülnar Səlimova
Globalinfo.az

1828-1829 Osmanlı Rus Harbi'nden Sonra Erzurum'a Göç Eden Ahıskalı Türkler

Çalışmada 2005 ile 2007 yılları arasında Amerika Birleşik Devletleri’nin Florida Eyaleti’nin Jacksonville şehrine göç eden Ahıska Türklerinin kimliklerini oluşturan unsurlar, göç süreci içerisinde ele alınmıştır. Araştırmanın amacı, Ahıska Türklerinin Amerika’ya göç etme nedenlerinin, yaşadıkları sorunların ve göç sürecinin Ahıska kimliği üzerindeki yansımalarının ortaya konulmasıdır. Araştırmanın verileri, 2016 yılının Ocak-Mart ayları süresince Jacksonville’de yaşayan Ahıska Türklerinden elde edilmiştir. Ahıska Türklerinin sosyal gerçekliklerini onların bakış açılarından anlamak önemli olduğu için çalışmada 9 Ahıska Türkü ile derinlemesine görüşme yapılmış ve gündelik hayatlarını geçirdikleri mekânlarda katılımlı gözlem gerçekleştirilmiştir. Araştırmada Ahıska Türklerinin ABD’ye göç etmeden önce maruz kaldıkları ayrımcılık, en önemli sorun olarak ortaya çıkmıştır. Bunun yanı sıra Ahıska Türklerinin ABD’ye zorunlu olarak ve akrabalarıyla birlikte göç ettikleri ve göç ettikten sonra da Ahıska kimliğinin temel unsurlarını korudukları gözlenmiştir. Ahıska Türklerinin kimliğini belirleyen temel unsurlar ise Türklük, Türkçe ve Müslümanlık olarak saptanmıştır. In this study, elements constituting identities of Ahiska Turks who migrated to Jacksonville, Florida, between 2005 and 2007 was tackled in terms of migration process. The objective of this study is to present the reasons why the Ahiska Turks migrated to United States, the problems they faced before migration, and the effects of migration process on their identities. Data are obtained during January-March, 2016 from Ahiska Turks who live in Jacksonville, Florida. In-depth interviews with 9 Ahiska Turks and the participant observation was conducted in spaces where they spend their daily lives by forming an interaction in order to comprehend their social realities from their own point of view. The study revealed that discrimination toward Ahiska Turks before their migration to the United States was the most important problem they had. Further, It was observed that the Ahiska Turks involuntarily migrated to the United States with their families and they preserved the fundamental elements of their identities after their migration. Moreover, the basic elements determining the identity of Ahiska Turks are found to be Turkishness, Turkish, and Islam.

nest...

çamaşır makinesi ses çıkarması topuz modelleri kapalı huawei hoparlör cızırtı hususi otomobil fiat doblo kurbağalıdere parkı ecele sitem melih gokcek jelibon 9 sınıf 2 dönem 2 yazılı almanca 150 rakı fiyatı 2020 parkour 2d en iyi uçlu kalem markası hangisi doğduğun gün ayın görüntüsü hey ram vasundhara das istanbul anadolu 20 icra dairesi iletişim silifke anamur otobüs grinin 50 tonu türkçe altyazılı bir peri masalı 6. bölüm izle sarayönü imsakiye hamile birinin ruyada bebek emzirdigini gormek eşkiya dünyaya hükümdar olmaz 29 bölüm atv emirgan sahili bordo bereli vs sat akbulut inşaat pendik satılık daire atlas park avm mağazalar bursa erenler hava durumu galleria avm kuaför bandırma edirne arası kaç km prof dr ali akyüz kimdir venom zehirli öfke türkçe dublaj izle 2018 indir a101 cafex kahve beyazlatıcı rize 3 asliye hukuk mahkemesi münazara hakkında bilgi 120 milyon doz diyanet mahrem açıklaması honda cr v modifiye aksesuarları ören örtur evleri iyi akşamlar elle abiye ayakkabı ekmek paparası nasıl yapılır tekirdağ çerkezköy 3 zırhlı tugay dört elle sarılmak anlamı sarayhan çiftehan otel bolu ocakbaşı iletişim kumaş ne ile yapışır başak kar maydonoz destesiyem mp3 indir eklips 3 in 1 fırça seti prof cüneyt özek istanbul kütahya yol güzergahı aski memnu soundtrack selçuk psikoloji taban puanları senfonilerle ilahiler adana mut otobüs gülben ergen hürrem rüyada sakız görmek diyanet pupui petek dinçöz mat ruj tenvin harfleri istanbul kocaeli haritası kolay starbucks kurabiyesi 10 sınıf polinom test pdf arçelik tezgah üstü su arıtma cihazı fiyatları şafi mezhebi cuma namazı nasıl kılınır ruhsal bozukluk için dua pvc iç kapı fiyatları işcep kartsız para çekme vga scart çevirici duyarsızlık sözleri samsung whatsapp konuşarak yazma palio şanzıman arızası