istanbul daki polis evleri / Sosyal Hizmet Federasyonu (@sosyalhizmetfederasyonu) в Instagram

Istanbul Daki Polis Evleri

istanbul daki polis evleri

Azərbaycanda polis vətəndaşa işgəncə verməkdə ittiham olunur

  • Aygül Mehman
  • BBC News Azərbaycanca
İsmayıl Qəhrəmanov ittiham olunan

Şəklin mənbəyi, Nurlan Libre

Bu həftənin əvvəlində Bakıda barəsində məhkəmə qərarı ilə inzibati tədbir tətbiq olunmuş İsmayıl Qəhrəmanov məhkəmədən sonra polis bölməsində işgəncə görməsi ilə bağlı iddialar səsləndirib.

Sosial mediada yayılan videoda İsmayıl Qəhrəmanov olduğu deyilən şəxs bildirir ki, saxlandığı Xətai Rayon 36 saylı polis bölməsində "oğurluğunu etiraf etməsi üçün 4 gün işgəncəyə məruz qalıb".

Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev şəxsin üzündəki izlərlə bağlı BBC-yə şərh verərkən deyib ki, İsmayıl Qəhrəmanova işgəncə verilməyib, o, "polisin qanuni əmrinə tabe olmayıb, qaçmağa çalışıb" və nəticədə polislə "süpürləşib".

27 yaşlı İsmayıl Qəhrəmanov hazırda oğurluqda ittiham olunur, barəsində "başqa saxlanc yerlərinə qanunsuz daxil olma" yəni, "oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək" maddəsilə cinayət işi açılıb, istintaq gedir", - DİN bildirib. İsmayıl Qəhrəmanov barəsindəki oğurluq ittihamlarını rədd edir.

Bu hadisə Azərbaycanda polislərin vətəndaşlarla zorakı davranması barədə iddiaları gücləndirib, ancaq hakimiyyət hesab edir ki, ölkədə vətəndaşlar polisdən razıdır.

Müqavimət göstərib, polislə "süpürləşib"

Oktyabrın 10-da bəzi jurnalistlər və fəalların sosial mediada yaydıqları görüntülərdə azı dörd polis geyimli şəxsin bir kişini, əl və ayaqlarından yapışaraq, zorla polis maşınına oturtduqları görünür.

İsmayıl Qəhrəmanov olduğu deyilən kişi qışqırır, ətrafdakı şəxslərdən kömək istəyir.

Videoda onun üzündə, o cümlədən gözlərinin altında bəzi izlər görünür.

Həmin videoda daha sonra İsmayıl Qəhrəmanov polis tərəfindən oktyabrın 6-dan bəri, dörd gündür qanunsuz saxlanıldığını, həmin 4 gün ərzində polisin onun boynuna oğurluq qoymağa çalışdığını, oğurluğu etiraf etmədiyi üçünsə "işgəncə gördüyünü" deyir.

Onun vəkili İlyas Kərimov da BBC News Azərbaycancaya danışarkən müvəkkilinin üzündəki izlərin "işgəncə izləri olduğunu" iddia edib:

"Guya Xətai rayonu ərazisində oğurluqda şübhələndikləri üçün onu saxlayıblar və oğurluğu etiraf etmədiyi üçün başlayıblar döyməyə. Gördülər ki, müxtəlif orqanlara şikayət etmişik. Ayın 10-da Maştağaya narkoloji ekspertizaya aparıblar. Ordan rəy alıblar ki, guya bunun sidiyində narkotik maddənin tərkibi var. İnzibati Məcəlləyə əsasən ona inzibati cəza vermək üçün həmin gün, yəni, ayın 10-da gətiriblər Xətai Rayon Məhkəməsinə. Məhkəmədə hakim soruşdu ki, "bunun sir-sifəti niyə bu vəziyyətdədir? Bunu kim bu günə qoyub"?".

DİN rəsmisi Elşad Hacıyev şəxsin üzündəki izlərlə bağlı BBC-yə şərh verərkən bildirib ki, o, "polisin əmrinə tabe olmayıb, qaçmağa cəhd göstərib".

"Bu şəxs ayın 10-da Həzi Aslanov metrosunun yanında, hərəkətdə olan avtomobilində saxlanılıb. Polislə mübahisə edib. Qaçıb, yıxılıb, durub. Yenə qaçıb. Yəni, polislə süpürləşiblər (süpürləşmək -qapışmaq, dalaşmaq və s.-red). Aralarında tabesizlik vəziyyəti yaradan münaqişə-mübahisə baş verib", Hacıyev əlavə edib.

Polis əməkdaşlarının İsmayıl Qəhrəmanovu zorla maşına mindirdiyi görüntülərinə şərh verən Elşad Hacıyev bunu şəxsin polisdən qaçmağa çalışması ilə əlaqələndirib.

"O cinayətkar əməllərinin qarşısının alınması üçün buraxıla bilməzdi, istintaqdan yayına bilərdi", - DİN rəsmisi İsmayıl Qəhrəmanovun zorla polis avtomobilinə oturdulmasını belə əsaslandırıb.

Cənab Hacıyev bildirir ki, şəxsin oğurluq törətməsilə bağlı dəlillər istintaqa təqdim olunub:

"Bu şəxsin demək olar ki, paytaxtın bütün rayonlarında talan əməlləri aşkarlanıb. Onun qohumlarının və vəkilinin iddiaları başa düşüləndir. Bu iddialar ancaq müdafiə xarakteri daşıyır", - DİN rəsmisi əlavə edib.

DİN sözçüsü ailənin səsləndirdiyi iddialarla bağlı onların hər birinin "istintaq materiallarına daxil edilərək, araşdırılacağını" vurğulayıb.

İsmayıl Qəhrəmanov oğurluq etməsi ilə bağlı özünə qarşı irəli sürülmüş ittihamı qəti şəkildə rədd edib.

Elşad Hacıyev vurğulayır ki, şəxsin polis orqanında döyülməsi, polis tərəfindən hansısa işgəncəyə məruz qalması ilə bağlı iddialara görə "aidiyyatı üzrə xidməti yoxlama başlayıb".

"Onunla bağlı xüsusi xidməti yoxlama aparılır. Əgər vətəndaşın polis tərəfindən işgəncəyə məruz qalması təsdiqini taparsa, həmin əməkdaşlar birmənalı şəkildə intizam məsuliyyətinə cəlb olunacaqlar".

Polis zorakılığı

Bu hadisə Azərbaycanda polisin insanlarla kobud rəftarı və saxlanılanlarla zorakı davranmasına dair iddiaları yeniləmiş olub.

Müdafiə Xətti İnsan Haqları Təşkilatından Zaur Əkbər BBC-yə deyir ki, onlara hər ay polisin bölmələrdə vətəndaşlara qarşı "pis rəftarı ilə bağlı "onlarla" müraciət daxil olur.

O, ictimai-siyasi fəallardan fərqli olaraq, adi vətəndaşların polis zorakılığından daha çox əziyyət çəkmək ehtimalının olduğunu vurğulayır.

"Xüsusilə də bu günlərdə saxlanan İsmayıl Qəhrəmanova qarşı polisin özbaşınalığı. Təsəvvür edin, polis birbaşa məhkəmə binasına daxil olur və vətəndaşı sürüyə-sürüyə çıxarıb, naməlum istiqamətə aparır. İstər regionlarda, istərsə də Bakıda polis bölmələrində fəallar zorakılıqla üzləşirlərsə, gör, adi vətəndaşların başına nə oyun açırlar", - Zaur Əkbər qeyd edib.

Cənab Əkbər ölkədə son vaxtlar polis zorakılığı ilə bağlı "dəyişən heç nə yoxdur" deyir.

"Hər aksiyadan sonra iştirakçıları yığıb aparanda onlar zorakılığa məruz qalır. Aksiyalardan sonra belə hallar çoxalır", - o fikrinə əlavə edir.

Zaur Əkbər vurğulayır ki, Azərbaycanda polisin insanlara pis rəftarı ilə bağlı mənfi presedentlər "o qədərdir ki, bunları izləmək mümkün deyil, statistikasını aparmaq da mümkün deyil".

O, təmsil etdiyi təşkilatın hazırda Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) polis zorakılığı və işgəncələrlə bağlı bir sıra işlərin göndərildiyini bildirib.

"Bu cür məsələlərlə bağlı Müdafiə Xətti İnsan Haqları Təşkilatı fevralda TİR sürücülərinin işi ilə bağlı (Bakıda bu ilin fevral ayında TİR sürücüləri bəzi dövlət qurumlarına etiraz olaraq, paytaxtın mərkəzi yollarından birini bağlamışdı-red) polisdə təhqir və təzyiqə məruz qalmağımızla bağlı yerli prosedurları keçərək Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) göndərmişik".

DİN sözçüsü Elşad Hacıyev mənfi presendentlərin çox olması iddiaları ilə də razılaşmır. DİN rəsmisi hesab edir ki, Azərbaycanda insan hüquqları ilə məşğul olan şəxslərin danışıqları belə "siyasi layihədir".

Cənab Hacıyev Azərbaycanda polisin insanlarla pis rəftarını, hansısa vətəndaşın təzyiqə məruz qalması iddialarını qəti şəkildə təkzib edir.

Polis zorakılığı beynəlxalq hesabatlarda

İnsan hüquqları məsələləri ilə məşğul olan beynəlxalq təşkilatlar ölkə üzrə illik hesabatlarında Azərbaycanda polis tərəfindən saxlanılan şəxslərə qarşı tətbiq edilən işgəncə və zorakılıq hallarından bəhs edir.

Amnesty International təşkilatı da Azərbaycanla bağlı yaydığı bir məqalədə müvəqqəti saxlama məntəqələrində "işgəncə və pis rəftarın olmasından" bəhs edir.

ABŞ Dövlət Departamentinin Azərbaycan üzrə 2021-ci ilin hesabatında deyilir ki, Azərbaycanda "ən çox pis rəftar məhbusların polisdə saxlandığı vaxt baş verib və məlumatlara görə, səlahiyyətlilər saxlanılan şəxsləri etiraflara məcbur etmək üçün onlara qarşı təhqiramiz üsullardan istifadə ediblər".

Departamentin daha əvvəlki (2019-cu il) hesabatında deyilir ki, hökumət Avropa Şurasının İşgəncələrin Qarşısının Alınması üzrə Komitəsinin bir sıra hesabatları ilə bağlı "heç bir tədbir görməyib".

Azərbaycanlı hüquq müdafiəçiləri bildirir ki, polis bölmələrində polisin vətəndaşlarla, ictimai-siyasi fəallarla pis rəftarı halları hazırda "intensiv" müşahidə olunur. Onlar bu intensivliyin əslində "həmişəki temp"də olduğunu deyirlər.

Elşad Hacıyev Azərbaycanda insan haqları ilə bağlı hazırlanmış beynəlxalq hesabatların doğruları əks etdirmədiyini, "bu hesabatların yenidən baxılıb, yoxlanılıb, dövlətin bu sahədə apardığı işlərə yenidən baxılıb, yenidən yazılmalı" olduğunu deyir.

O həmçinin tövsiyyə edir ki, belə hesabatları hazırlayanlar Azərbaycanın son illərdə qəbuledilmiş qanunvericilik bazasına baxsınlar".

DİN sözçüsü deyir ki, hazırda Azərbaycanda vətəndaşların polisdən məmnuniyyət səviyyəsi "70-80 faizin üzərindədir".

"Nəinki hansısa hesabatda, hətta sosial şəbəkədə belə bir neqativ rəy olduqda, gün ərzində yayılmış hər hansı məlumat-iddia olubsa, həmin məlumatlara adekvat olaraq, araşdırmalar aparılıb. Xidməti yoxlamalar aparılıb ki, polis əməkdaşları hansısa neqativ əmələ yol veribmi və hansı neqativ əmələ yol verib?".

"Heç bir vətəndaşın hüquqları pozula bilməz. Pozulacağı təqdirdə, hansısa polis əməkdaşı bunu edibsə, o zaman həmin əməkdaşın intizam məsuliyyətinə cəlb olunmaması ilə bağlı istisnalar yoxdur", - o vurğulayıb.

Ortaköy Polis Sosyal Tesisleri

Кафе

Основано на отзывах: 10

Отзывы

Ze

37 month ago

Sıcak soğuk tüm ürünleri tavsiye ediyorum.

Fa

39 month ago

Toplantilar icin ideal

Tu

40 month ago

Manzara süper, yemekler hoş çeşit az gibi, tad mükemmel 👍🏻

Sa

42 month ago

Güzel bir mekan

hi

42 month ago

Yemekler orta lezzetteEskiden daha iyiydiFiyatları abartmışlar aldığımız nefesten fiyat alırlar birkac seneyeCocuklar icin🍔istedikFiyati yuksek olani getirmişler hesap öderken ogrendikSongidişim oldu

Ta

43 month ago

Boğaz manzaralı mekana İstanbul’a her geldiğimde uğrarım fiyatlar makul çalışanlar kibar kahvaltısı geniş memurlara da açık gidilebiliyor.

44 month ago

Mükemmel manzara 👌 biz yemek olarak levrek tercih ettik çocuklara da köfte söyledik her biri ayrı lezzetliydi.Yemekten sonra ikram edilen çay bile çok iyiydi bilemiyorum boğaz havasının etkisi mi 😅

Me

46 month ago

Manzara mükemmel, çalışanlar berbat ötesi resmen çaba harcıyorlar iğrençleşmek için , yemek kötü, servis özensiz ; çay tatlı yok illa yemek diyorlar Canlı müzik diye de kişi başına adisyon kesiyorlar

Sa

47 month ago

Neymiş sadece içecek siparişi vereceksek terasa oturamıyormuşuz

M.

48 month ago

Yemekleri orta derecede olsa da manzara ve konum burayı cazip kılıyor. Fiyatlar da yerine göre çok uçuk değil.

People say about this place

Cafes in Barcelona with features

People say about this place

Больше из категории Ресторан в других городах

nest...

çamaşır makinesi ses çıkarması topuz modelleri kapalı huawei hoparlör cızırtı hususi otomobil fiat doblo kurbağalıdere parkı ecele sitem melih gokcek jelibon 9 sınıf 2 dönem 2 yazılı almanca 150 rakı fiyatı 2020 parkour 2d en iyi uçlu kalem markası hangisi doğduğun gün ayın görüntüsü hey ram vasundhara das istanbul anadolu 20 icra dairesi iletişim silifke anamur otobüs grinin 50 tonu türkçe altyazılı bir peri masalı 6. bölüm izle sarayönü imsakiye hamile birinin ruyada bebek emzirdigini gormek eşkiya dünyaya hükümdar olmaz 29 bölüm atv emirgan sahili bordo bereli vs sat akbulut inşaat pendik satılık daire atlas park avm mağazalar bursa erenler hava durumu galleria avm kuaför bandırma edirne arası kaç km prof dr ali akyüz kimdir venom zehirli öfke türkçe dublaj izle 2018 indir a101 cafex kahve beyazlatıcı rize 3 asliye hukuk mahkemesi münazara hakkında bilgi 120 milyon doz diyanet mahrem açıklaması honda cr v modifiye aksesuarları ören örtur evleri iyi akşamlar elle abiye ayakkabı ekmek paparası nasıl yapılır tekirdağ çerkezköy 3 zırhlı tugay dört elle sarılmak anlamı sarayhan çiftehan otel bolu ocakbaşı iletişim kumaş ne ile yapışır başak kar maydonoz destesiyem mp3 indir eklips 3 in 1 fırça seti prof cüneyt özek istanbul kütahya yol güzergahı aski memnu soundtrack selçuk psikoloji taban puanları senfonilerle ilahiler adana mut otobüs gülben ergen hürrem rüyada sakız görmek diyanet pupui petek dinçöz mat ruj tenvin harfleri istanbul kocaeli haritası kolay starbucks kurabiyesi 10 sınıf polinom test pdf arçelik tezgah üstü su arıtma cihazı fiyatları şafi mezhebi cuma namazı nasıl kılınır ruhsal bozukluk için dua pvc iç kapı fiyatları işcep kartsız para çekme vga scart çevirici duyarsızlık sözleri samsung whatsapp konuşarak yazma palio şanzıman arızası