patologlar ne kadar maaş alır / 2 Yıllık Sağlık Bölümleri Iş Imkanları

Patologlar Ne Kadar Maaş Alır

patologlar ne kadar maaş alır

Bu təşkilatların işçilərinin maaşları artırıldı &#; SİYAHI

Dövl&#;t büdc&#;sind&#;n maliyy&#;l&#;&#;&#;n bir s&#;ra t&#;&#;kilatlarda çal&#;&#;an i&#;çil&#;rin &#;m&#;khaqlar&#; art&#;r&#;l&#;b.

seafoodplus.info bildirir ki, bununla ba&#;l&#; Prezident &#;lham &#;liyev s&#;r&#;ncam imzalay&#;b.

S&#;r&#;ncama &#;sas&#;n, Az&#;rbaycan&#;n dövl&#;t büdc&#;sind&#;n maliyy&#;l&#;&#;&#;n a&#;a&#;&#;dak&#; t&#;&#;kilatlarda çal&#;&#;an r&#;hb&#;r v&#; dig&#;r i&#;çil&#;rin ayl&#;q v&#;zif&#; maa&#;lar&#; cü il yanvar&#;n 1-d&#;n orta hesabla 15 faiz art&#;r&#;l&#;b:

– Az&#;rbaycan Milli Elml&#;r Akademiyas&#;n&#;n R&#;yas&#;t Hey&#;ti v&#; Aparat&#;, G&#;nc&#; bölm&#;sinin Aparat&#;;

– Heyd&#;r &#;liyev M&#;rk&#;zi;

– “Az&#;rbaycan Milli Ensiklopediyas&#;” Elmi M&#;rk&#;zi;

– Az&#;rbaycanda Atatürk M&#;rk&#;zi;

– Az&#;rbaycan Respublikas&#;n&#;n dövl&#;t arxivl&#;ri v&#; onlar&#;n filiallar&#;, rayon (&#;&#;h&#;r) dövl&#;t arxivl&#;ri;

– Az&#;rbaycan Respublikas&#;n&#;n Narkomanl&#;&#;a v&#; Narkotik Vasit&#;l&#;rin Qanunsuz Dövriyy&#;sin&#; Qar&#;&#; Mübariz&#; üzr&#; Dövl&#;t Komissiyas&#;n&#;n daimi f&#;aliyy&#;t göst&#;r&#;n &#;&#;çi qrupu;

– Bak&#; Beyn&#;lxalq Multikulturalizm M&#;rk&#;zi;

– Az&#;rbaycan Respublikas&#; K&#;nd T&#;s&#;rrüfat&#; Nazirliyinin Aqrar &#;nnovasiya M&#;rk&#;zinin Aparat&#;;

– Az&#;rbaycan Respublikas&#;n&#;n Maliyy&#; Nazirliyi yan&#;nda Maliyy&#; Elm-T&#;dris M&#;rk&#;zi;

– Az&#;rbaycan Respublikas&#; M&#;d&#;niyy&#;t Nazirliyinin M&#;d&#;niyy&#;t üzr&#; Elmi-Metodiki v&#; &#;xtisasart&#;rma M&#;rk&#;zi;

– Az&#;rbaycan Respublikas&#; M&#;d&#;niyy&#;t Nazirliyinin Dövl&#;t Film Fondu;

– Az&#;rbaycan Respublikas&#; M&#;d&#;niyy&#;t Nazirliyinin tabeliyind&#; Quba &#;&#;h&#;rind&#; “Soyq&#;r&#;m&#; memorial kompleksi”;

– Az&#;rbaycan Respublikas&#; Müdafi&#; S&#;nayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparat&#;;

– Az&#;rbaycan Respublikas&#; S&#;hiyy&#; Nazirliyinin M&#;hk&#;m&#;-Tibbi Ekspertiza v&#; Patoloji Anatomiya Birliyi v&#; M&#;hk&#;m&#; Psixiatrik Ekspertiza M&#;rk&#;zi;

– Az&#;rbaycan Respublikas&#; Dövl&#;t Turizm Agentliyinin Milli Kulinariya M&#;rk&#;zi;

– Az&#;rbaycan Respublikas&#; Dini Qurumlarla &#;&#; üzr&#; Dövl&#;t Komit&#;sinin tabeliyind&#; M&#;n&#;vi D&#;y&#;rl&#;rin T&#;bli&#;i Fondu;

– icra hakimiyy&#;ti orqanlar&#;n&#;n n&#;zdind&#;ki m&#;rk&#;zl&#;&#;dirilmi&#; mühasibatl&#;q.

S&#;n&#;d&#; &#;sas&#;n, Nazirl&#;r Kabineti h&#;min qurumlarda çal&#;&#;an r&#;hb&#;r v&#; dig&#;r i&#;çil&#;rin v&#;zif&#; maa&#;lar&#;n&#;n yeni m&#;bl&#;&#;l&#;rini t&#;sdiq etm&#;lidir.

İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

Page 1: İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

Xəbər bülleteni № 36seafoodplus.info

Ünvan: AZ, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7Tel: (+ 12) 81 70; 68 15; Fax: (+ 12) 20 38E-mail: info©seafoodplus.info

İyun

İşğal zonasında beynəlxalq müşahidəçilərin sayı artırılır

Qarabağdakı işğal zonasında, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində beynəlxalq müşahidəçilərin sayı artırılacaq. İyunun si Sankt-Peterburq şəhərində Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə görüşən dövlət başçıları İlham Əliyevlə Serj Sərkisyan belə razılıq əldə ediblər.

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşünün yekunlarına dair birgə bəyanatında qeyd olunur ki, dövlət başçıları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müntəzəm əlaqələrin mühüm əhəmiyyət daşıdığını qeyd edərək ATƏT-in Minsk qrupunun işini tamamlayacaq bu formatda görüşləri davam etdirmək barədə razılığa gəliblər. Dövlət başçıları münaqişənin nizamlanmasında inkişafa şərait yaratmağa imkan verən bir sıra məsələlərdə qarşılıqlı anlaşmanın əldə olunduğunu ifadə ediblər.

Page 2: İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

seafoodplus.info-ın məlumatına görə, bəyanatda qeyd olunur ki, Azərbaycan və Ermənistan prezidentləri münaqişə zonasında sabitliyə nail olmağa yönəlmiş Vyana razılaşmalarına sadiq qalırlar. Təmas xəttində son vaxtlar müşahidə olunan sakitlikdən məmnunluqlarını ifadə edən Azərbaycan və Ermənistan prezidentləri sülh prosesini irəlilətməyə əlverişli mühit yaratmaq üçün münaqişə zonasında beynəlxalq müşahidəçilərin sayını artırmağa şərtləşiblər.

Üçtərəfli görüşün yekun hissəsinə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andriyo (Fransa) da qatılıb.

Serj Sərkisyan sonradan onlarla, o cümlədən ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşiklə ayrıca görüş keçirib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov APA-ya deyib ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü konstruktiv şəkildə keçirilib: “Azərbaycan tərəfi görüşün nəticələrini müsbət qiymətləndirir. İnanırıq ki, görüş Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesində tezliklə irəliləyişə nail olmaq üçün imkanlar yaradacaq”.

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da görüşü müsbət qiymətləndirib. O, Sankt-Peterburqda jurnalistlərə deyib ki, görüş çox faydalı olub və konstruktiv atmosferdə keçirilib. Nazir həm prezidentlər, həm də XİN rəhbərləri səviyyəsində görüşlərin davam edəcəyini vurğulayıb.

Azərbaycan və Ermənistan prezidentləri vaxtaşırı bir araya gəlib Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması məsələsinə baxırlar. Bu tip görüşlərin ümumi sayı iyunun də ə çatıb. Bunun i İlham Əliyevlə Serj Sərkisyanın görüşləridir.

ci ildə başlayan yeni Qarabağ müharibəsində Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və bütün cənub-qərbini işğal edib. cü ilin mayında elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir.

ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun 11 üzvü var: Rusiya, Fransa, ABŞ (hər üçü həmsədr), Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.

Page 3: İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

cı il aprelin 2-dən 5-dək Azərbaycanın Silahlı Qüvvələri Qarabağ cəbhəsində atəşkəsi pozan işğalçı erməni birləşmələrinə qarşı cavab tədbiri keçirib. Azərbaycanın Müdafiə Nazirliyi bəyan edib ki, əks-həmlə əməliyyatları zamanı Ağdərə, Füzuli və Cəbrayıl rayonları ərazilərində vacib yüksəkliklər və strateji əhəmiyyətli ərazilər işğaldan azad edilib. Ümumilikdə hektardan artıq ərazinin azad edildiyi və daha çox ərazinin əməliyyat baxımından nəzarət altına keçdiyi bildirilir.

Mayın sı Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan prezidentləri görüşüb. Görüş ABŞ-ın dövlət katibi Con Kerri, Rusiya xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desirin vasitəçiliyi ilə baş tutub.

Görüşdə güc tətbiqi riskini azaltmaq üçün tərəflər arasında qısa zamanda ATƏT-in araşdırıcı mexanizmi üzərində işin başa çatdırılması, eyni zamanda ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin mövcud ofisinin səlahiyyətlərinin genişləndirilməsi barədə razılıq əldə edilib.

Dollar yenə bahalaşıb

Mərkəzi Bank iyunun də ABŞ dollarını yenə bahalaşdırıb. 1 dolların rəsmi kursu 1, manatdan 1, manata yüksəlib.

seafoodplus.info bildirir ki, manat Rusiya rubluna nəzərən də ucuzlaşıb. Ötən gün 0, manata satılan 1 rubl iyunun də 0, manata təklif edilir.

Avronun kursu isə 1, manatdan 1, manata düşüb.

Mərkəzi Bank digər valyutalara belə qiymət qoyub:

Page 4: İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

1 gürcü larisi – 0, manat

1 ingilis funt sterlinqi – 2, manat

1 İsveçrə frankı – 1, manat

1 türk lirəsi – 0, manat.

Naxçıvanda döyüş atışlı taktiki təlim

İyunun si Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun döyüş atışlı taktiki təlimi keçirilib. seafoodplus.info-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov hərbi təlimi izləyib. Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayev Ali Məclisin sədrinə raportunda bildirib ki, təlimə nəfər şəxsi heyət, dən artıq döyüş maşını və müxtəlif təyinatlı texnika cəlb olunub.

Təlim 3 mərhələdə həyata keçirilib. Birinci mərhələdə müdafiə əməliyyatlarının aparılması, düşmənin hücumunun dayandırılması və əks-zərbə hazırlığının başa çatdırılması, ikinci mərhələdə əks-zərbənin endirilməsi, düşmən bölmələrinin məhv edilməsi və itirilmiş ərazilərin bərpası, üçüncü mərhələdə isə hücumun inkişaf etdirilməsi, düşmənin müdafiə dərinliyində əlverişli sahələrin ələ keçirilməsi və nəzarətdə saxlanılması tapşırıqları icra olunub.

Təlimdən sonra şəxsi heyətlə görüşən Vasif Talıbov deyib: “Ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Əlahiddə Ümumqoşun Ordusu və Silahlı Qüvvələrimizin muxtar respublikadakı digər birləşmə və hissələri böyük təşkilatlanma və quruculuq yolu keçib, şəxsi heyət peşəkarlığını artırıb. Ordunun döyüş qabiliyyətinin və şəxsi heyətin peşəkarlığının artırılmasında hərbi təlimlərin mühüm rolu var. Torpaqlarımızın işğal altında, ölkəmizin isə müharibə şəraitində olması hərbi təlimlərin planlı keçirilməsini, hərbi hissə və birləşmələrin döyüş qabiliyyətinin yüksəldilməsini zərurətə çevirib. Bugünkü hərbi təlimlər bir daha göstərdi ki, əsgər və zabitlərimiz qarşıya qoyulan istənilən tapşırığı uğurla yerinə yetirmək qüdrətindədirlər. Bu isə müasir ordu üçün ən vacib keyfiyyətdir”.

Page 5: İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

Ali Məclisin sədri təlimdə fərqlənən zabit, gizir və əsgərləri qiymətli hədiyyələrlə mükafatlandırıb.

Page 6: İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

Mərkəzi Bank: “Əməkhaqqı 16,7% artıb, əmək məhsuldarlığı 8,1%”

Page 7: İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

Mərkəzi Bankın elektron nəşri olan “Tədqiqat bülleteni”nin yeni sayı qurumun internet səhifəsində yerləşdirilib. Bülletendə dünya iqtisadiyyatında son proseslərin icmalı verilir, qlobal bazarlarda vəziyyət və aparılan iqtisadi siyasətlər təhlil seafoodplus.infoental tədqiqatlar bölməsində Mərkəzi Bankda aparılan son tədqiqat işləri haqqında məlumat yer alır. seafoodplus.info xəbər verir ki, “Tədqiqat bülleteni”ndə əmək bazarı belə təhlil olunur: “Son illərdə işçi qüvvəsində iştirak səviyyəsi və məşğulluq yüksəlib. Bundan başqa gənclər və qadınlar arasında işsizlik səviyyəsi orta işsizlik səviyyəsindən çox fərqlənməyib, yoxsul məşğulluğun payı kəskin aşağı düşüb (ci illərdə 91%-dən 19%-ə). Ötən dövr ərzində Azərbaycanda işçi qüvvəsinin hərəkət sürəti kifayət qədər yüksək olub, cü illərdə iş yerləri 11,18% artıb. Bu, postsosialist məkanının orta səviyyəsindən xeyli yüksəkdir.

İşçi qüvvəsinin hərəkəti sürətinin yüksək olması bir tərəfdən əmək bazarının çevik olmasını, digər tərəfdən keçid iqtisadiyyatlı ölkələrə xas restrukturizasiya prosesinin getməsini göstərir. Restrukturizasiya prosesləri kənd təsərrüfatı və xidmət sektorunda nisbətən yavaş, sənaye və tikintidə isə nisbətən sürətli gedib. Lakin ibtidai təhsilli işçilərin və özünüməşğul əhalinin məşğulluqda payı yüksəlib, əməyə çəkilən xərclər əmək məhsuldarlığını üstələyib, bu da iqtisadi artım mənbələrinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir.

cü illərdə real əməkhaqqı ildə orta hesabla 16,7% artdığı halda əmək məhsuldarlığı cəmisi 8,1% artıb. Qeyri- neft sənayesində və kənd təsərrüfatında fərq daha qabarıqdır. Bunun mümkün səbəblərindən biri kimi məşğul əhalinin ixtisas strukturunda baş verən meylləri göstərmək olar. Xüsusilə ibtidai təhsilli şəxslərin payı 9% bəndi artıb, orta və ali təhsilli şəxslərin payı isə müvafiq olaraq 3% və 6% azalıb.

Tədqiq olunan dövrdə özünüməşğulluq səviyyəsi kifayət qədər artıb və cü ildə 66,5%-ə çatıb, bu da MDB və Mərkəzi və Şərqi Avropa məkanında ən yüksək

Page 8: İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

göstəricilərdən biridir. Qazaxıstanda məşğul əhalinin 30,6%-i, Moldovada 31,2%-i, Polşada 21,8%-i, Ukraynada 19,1%-i özünüməşğul şəxslərdir”.

Bülletenin maliyyə savadlılığı bölməsində xarici tədqiqatlara əsaslanaraq qeyd olunur ki, fərdlərin maliyyə savadlılığı onların məşğulluq seçiminə ciddi təsir göstərir: “Yüksək maliyyə savadına malik təhsil məzunları özünüməşğulluğa daha çox meyl edir. Özünüməşğulluq əsasən fərdi sahibkarlıqdan ibarət olduğuna görə fərdlərin öz üzərinə daha çox risk götürməsini tələb edir, bu da insan təbiəti ilə bağlıdır. Bəzi insanlar isə daha çox sabit və aşağı riskli həyat tərzinə üstünlük verir. Maliyyə savadlılığı fərdlərdə özünə əminlik yaratmaqla sahibkarlığa meyli gücləndirir.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına görə, Azərbaycanda məşğul əhalinin 33%-i muzdla çalışır, qalan 67%-i özünüməşğul şəxslərdir. Sahibkarlıq fəaliyyətinə meyl mühüm sosial-iqtisadi dəyər olsa da, bu meylin adekvat sahibkarlıq bacarıqları ilə dəstəklənməsi zəruridir. Burada maliyyə savadlılığının rolu xüsusilə aktuallaşır”.

Manata sərf olunan pul 3 milyard dollara yaxınlaşır

İyunun də təşkil olunan hərracda Dövlət Neft Fondu 28 banka 50 milyon ABŞ dolları satıb. seafoodplus.info bildirir ki, bununla Dövlət Neft Fondunun cı ilin valyuta hərraclarında satdığı valyutanın həcmi 2 milyard ,4 milyon dollara çatıb.

Mərkəzi Bankdan isə cı ilin hərraclarında ,4 milyon ABŞ dolları alınıb. Manatın kursunu sabit saxlamağa üst-üstə 2 milyard ,8 milyon dollar sərf edilib.

Page 9: İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

Ötən il Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb, dolların rəsmi kursu 78 qəpikdən 1 manat 55 qəpiyə qalxıb. Hazırda ABŞ dolları manat 40 qəpiyə satılır.

Peterburq görüşündən nə nəticə çıxır?

Politoloq Elxan Şahinoğlunun rəhbərlik etdiyi “Atlas” Araşdırmalar Mərkəzi Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sərkisyanın rusiyalı həmkarları Vladimir Putinin vasitəçiliyi ilə keçirilən görüşünü şərh edib.

Üçtərəfli görüş iyunun si Sankt-Peterburqda keçirilib. “Atlas” Araşdırmalar Mərkəzinin rəyinə görə, 20 iyun görüşündən nəticə çıxmayıb: “Müzakirələrin nəticəsiz qalacağını Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun görüşdən bir neçə saat əvvəl dediyi “Sankt-Peterburq görüşünün əsas məqsədi hərbi əməliyyatların bərpasından sığortalanmaqdır” sözləri də təsdiq edirdi. Bu o demək idi ki, hazırkı mərhələdə Kreml sahibinin məqsədi münaqişəni həll etmək yox, atəşkəsin ömrünü uzatmaqdır. Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmadan atəşkəsin ömrünü uzatmaq status-kvonun ömrünü uzatmaq deməkdir. Status-kvonun ömrünün uzanması isə işğalçının maraqlarına uyğundur.

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

Rusiya prezidenti Sankt-Peterburqda ilk olaraq erməni həmkarı Serj Sərkisyanla görüşdü. Sərkisyan görüşdə bildirdi ki, Ermənistan əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsi, yəni atəşkəs rejiminin pozulması hallarının araşdırılması mexanizminin yaradılması istiqamətində irəli addım atılmasını çox istəyir, bu, danışıqların aparılması üçün işgüzar mühit yaradardı. Yəni Putin kimi Sərkisyan da Sankt-Peterburqda yalnız atəşkəsin ömrünün uzanmasından danışmağa hazır idi. Bu mənada Kremllə İrəvanı ancaq bir sual düşündürür: necə edək ki, atəşkəs daimi olsun və Azərbaycan cəbhə bölgəsində hərbi gücünü nümayiş etdirməsin?

Azərbaycan prezidenti İlham Əliyev Putinlə görüşdə problemin əsas məğzini belə ifadə etdi: “Rusiya və ATƏT-in Minsk qrupunun digər həmsədrləri status-kvonun qəbuledilməz olduğunu bəyan edirlər. Biz bu bəyanatları tam dəstəkləyirik. Ancaq status-kvonun dəyişməsi üçün Azərbaycanın 20 ildən artıqdır işğal altında olan əraziləri azad edilməlidir”.

İlham Əliyev Sərkisyandan fərqli olaraq “atəşkəsin uzanması” və ya “insidentlərin araşdırılması” kəlmələrini işlətmədi. Yəni prezidentlərin keçmiş görüşlərində olduğu kimi Sankt-Peterburqda da mövqeləri bir-birindən dərəcə fərqlənirdi.

Üç prezidentin birgə görüşündən də real nəticə çıxmadı. Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin ortaq bəyanatı isə göstərir ki, nə Ermənistan prezidenti Dağlıq Qarabağ ətrafındakı torpaqları boşaltmağa hazırlaşır, nə də Rusiya prezidenti bu məqsədlə erməni həmkarına təzyiq etməyi düşünür. Bir neçə cümlədən ibarət birgə bəyanat məna yükü az olan ifadələrdən ibarətdir. Sadəcə, “dövlət başçıları münaqişənin nizamlanmasında inkişafa şərait yaratmağa imkan verən bir sıra məsələlərdə qarşılıqlı anlaşmanın əldə olunduğunu ifadə ediblər” cümləsinin sonuncu hissəsi diqqəti çəkir.

Görəsən, o hansı “məsələlərdir” ki, onların ətrafında qarşılıqlı anlaşma əldə edilib? Yəqin prezidentlər cəbhə bölgəsində eskalasiyaya yol verməyəcəklərini bəyan ediblər. Bunun da adını qoyublar “bır sıra məsələlər”. cü ildə prezidentlərin Paris görüşündə də “bir sıra məsələlər” razılaşdırılmışdı. Ancaq Ermənistan Paris görüşündən dərhal sonra işğal altındakı torpaqlarda hərbi təlimlər keçirdi, Azərbaycan hərbçiləri işğalçı qüvvələrin helikopterini vurdu. Bununla da Paris “razılaşmalarının” üstündən xətt çəkildi.

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

Buna baxmayaraq prezidentlərin Sankt-Peterburq görüşünün yekunu ilə bağlı Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirləri nikbin açıqlamalar verdilər. Rusiyanın xarici işlər naziri Sergey Lavrov dedi ki, prezidentlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına əlavə dinamika vermək barədə razılığa gəliblər.

“Əlavə dinamika” kəlməsinin heç bir mənası yoxdur. Keçmiş illərdə prezidentlərin görüşlərindəki ortaq bəyanatlarda bundan da güclü ifadələr işlənib. Sonrası bəllidir. Lavrovun ardınca Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da oxşar açıqlama verərək bildirib ki, görüş konstruktiv şəkildə keçirilib və Azərbaycan tərəfi görüşün nəticələrini müsbət qiymətləndirir. Aydındır ki, Azərbaycan rəsmiləri Rusiyanın vasitəçiliyi ilə keçirilən görüşdə “müzakirələr konstruktiv keçmədi” ifadəsini işlətməzdilər. Əslində bütün görüşlər “konstuktiv” qiymətləndirilir. Ancaq ortada nəticə yoxdur.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyanın “görüş uğurlu keçdi” kimi eyni açıqlama vermələri əslində ziddiyyətdən xəbər verir. Görüş hər iki tərəf üçün uğurlu keçə bilməzdi. Çünki münaqişənin həllinə baxışda Azərbaycanla Ermənistanın mövqeyi dərəcə fərqlidir və bu fərq Sankt-Peterburqda ortadan qaldırılmadı.

Sankt-Peterburq görüşü göstərdi ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində əsas vasitəçidir. ABŞ və Avropa İttifaqı Rusiyanı əsas vasitəçi olmasına etiraz etmirlər. Tam əksinə, Avropa İttifaqının əsas dövlətlərindən biri və ATƏT-in hazırkı sədri Almaniyanın kansleri Angela Merkel Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanı əsas açar dövlət hesab edir. Ancaq bu o deməkdirmi ki, Rusiya prezidenti Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirməyə hazırdır?

Vladimir Putin hakimiyyətdə olduğu 16 ildə (4 illik baş nazirliyi dövrü də prezidentlikdən fərqlənmədi) ölkə xaricində heç bir problemin həllində müsbət rol oynamadı, əksinə, onun siyasəti yaxın və uzaq ölkələrə yeni problemlərə yol açdı. Hazırda Rusiyanın ABŞ, Avropa İttifaqı və Türkiyə ilə münasibətləri ən soyuq dövrünü yaşayır. Bu illərdə Abxaziya və Cənubi Osetiya zorla Gürcüstandan qopardıldı (yenə Putinin baş nazirliyi dövrünə təsadüf etsə də, keçmiş prezident Dmitri Medvedyev onsuz addım ata bilmirdi), daha sonra Krım ilhaq olundu, Donbas da faktiki Ukraynadan qopardıldı. Bütün bu neqativ nümunələr var ikən hakimiyyətdə olduğu dövrdə Putinin ilk dəfə özünü pozitiv

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

nəticəyə kökləyəcəyini, işğal altındakı torpaqlarımızı Ermənistandan alıb Azərbaycana qaytaracağını gözləmək problematikdir.

Putin Sankt-Peterburq görüşündən sonra çox çalışacaq ki, tərəflər atəşkəsə riayət etsinlər. Çünki aprel atəşkəsinin memarı məhz Putindir. Atəşkəs yenidən pozulsa, Putin simasını itirəcək, sözü yerə salınmış kimi görünəcək. Ancaq Putin onu da anlamalıdır ki, münaqişə həll olunmadan yalnız atəşkəsin qorunması mümkün deyil. Bunu aprel döyüşlər də göstərdi.

Sankt-Peterburqda heç bir hüquqi sənəd imzalanmayıb. Yəni Azərbaycan üzərinə hansısa hüquqi öhdəlik götürməyib. Rəsmi Bakı və rəsmi İrəvan Sankt-Peterburqda razılaşdırılan “əlavə dinamika” ifadəsini fərqli dəyərləndirəcəklər. Rəsmi İrəvan bu ifadəni atəşkəsin daimi qorunması kimi qəbul edəcəksə, rəsmi Bakı bu ifadəni Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasının sürətləndirilməsi kimi izah edəcək. Belə şəraitdə atəşkəsin qorunacağına zəmanət yoxdur”.

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin 20 iyun görüşünün yekunlarına dair birgə bəyanatda qeyd olunur ki, dövlət başçıları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müntəzəm əlaqələrin mühüm əhəmiyyət daşıdığını qeyd edərək ATƏT-in Minsk qrupunun işini tamamlayacaq bu formatda görüşləri davam etdirmək barədə razılığa gəliblər. Dövlət başçıları münaqişənin nizamlanmasında inkişafa şərait yaratmağa imkan verən bir sıra məsələlərdə qarşılıqlı anlaşmanın əldə olunduğunu ifadə ediblər.

Bəyanata görə, Azərbaycan və Ermənistan prezidentləri münaqişə zonasında sabitliyə nail olmağa yönəlmiş Vyana razılaşmalarına sadiq qalırlar. Təmas xəttində son vaxtlar müşahidə olunan sakitlikdən məmnunluqlarını ifadə edən Azərbaycan və Ermənistan prezidentləri sülh prosesini irəlilətməyə əlverişli mühit yaratmaq üçün münaqişə zonasında beynəlxalq müşahidəçilərin sayını artırmağa şərtləşiblər.

ci ildə başlayan yeni Qarabağ müharibəsində Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və bütün cənub-qərbini işğal edib. cü ilin mayında elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir.

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun 11 üzvü var: Rusiya, Fransa, ABŞ (hər üçü həmsədr), Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.

cı il aprelin 2-dən 5-dək Azərbaycanın Silahlı Qüvvələri Qarabağ cəbhəsində atəşkəsi pozan işğalçı erməni birləşmələrinə qarşı cavab tədbiri keçirib. Azərbaycanın Müdafiə Nazirliyi bəyan edib ki, əks-həmlə əməliyyatları zamanı Ağdərə, Füzuli və Cəbrayıl rayonları ərazilərində vacib yüksəkliklər və strateji əhəmiyyətli ərazilər işğaldan azad edilib. Ümumilikdə hektardan artıq ərazinin azad edildiyi və daha çox ərazinin əməliyyat baxımından nəzarət altına keçdiyi bildirilir.

Mayın sı Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan prezidentləri görüşüb. Görüş ABŞ-ın dövlət katibi Con Kerri, Rusiya xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desirin vasitəçiliyi ilə baş tutub.

Görüşdə güc tətbiqi riskini azaltmaq üçün tərəflər arasında qısa zamanda ATƏT-in araşdırıcı mexanizmi üzərində işin başa çatdırılması, eyni zamanda ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin mövcud ofisinin səlahiyyətlərinin genişləndirilməsi barədə razılıq əldə edilib.

Azərbaycan Təhsil Şəbəkəsinə təhsil müəssisəsi qoşulub

Bu ilin yanvar-iyun aylarında ölkənin 54 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulub. seafoodplus.info bildirir ki, indiyədək ATŞ-yə qoşulmuş təhsil müəssisəsi yüksək sürətli internetlə təmin olunub, onların şəbəkə

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

daxilində bir-biri və Təhsil Nazirliyinin digər qurumları ilə kommunikasiyası yaradılıb.

ATŞ ölkədə tədris prosesini daha effektiv qurmağa imkan yaradır, məsafədən asılı olmayaraq təhsildə müsbət təcrübənin yayılmasını təmin edir. Məlumata görə, ucqar yaşayış məntəqələrindəki məktəblərin müəllim və şagirdləri də ATŞ vasitəsilə müvafiq elektron resurslardan istifadə edə bilirlər.

ATŞ-də istifadə edilən “Websens” proqramının internet filtrasiya sistemi vasitəsilə məktəblilər üçün zərərli hesab edilən saytlara giriş məhdudlaşdırılıb.

Təhsil Nazirliyi bildirir ki, cı ilin yanvar-iyun ayları ərzində ölkə üzrə təhsil müəssisələrinə ədəd noutbuk və ədəd proyektor verilib.

İlham Əliyev Nardarana baş çəkib

İyunun də prezident İlham Əliyev Sabunçu rayonu ərazisində əsaslı şəkildə yenidən qurulan Maştağa-Bilgəh yolunun, həmçinin Nardaran qəsəbəsində Abşeron və Nəsrulla Əsgərov küçələrinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı Nardaran qəsəbəsində sakinlərlə də görüşüb. İlham Əliyev görüşdə çıxış edib.

Sonra İlham Əliyev qəsəbədəki “Rəhimə Xanım” məscid-ziyarətgah kompleksi ilə tanış olub.

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

Nazir müavini: “Sosial yardım yoxsulluqdan çıxmağa kömək etmir”

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Azərbaycan İqtisad Universitetində keçirilən konfransda çıxış edib. Rəsmi məlumata əsasən, nazir müavini ölkədə görülən işlərin sosial rifahın yüksəlməsinə, habelə işsizlik səviyyəsinin 5 faizə, yoxsulluq səviyyəsinin 4,9 faizə qədər azalmasına səbəb olduğunu deyib: “Dünya Bankının metodologiyasına görə, gündəlik gəliri 2 dollardan aşağı olanlar yoxsul, 1 dollardan aşağı olanlar isə ifrat yoxsul hesab edilir. cü ildə dünyada gündəlik gəliri 2 dollardan aşağı olan 2,6 milyard

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

nəfər əhalinin müəyyən hissəsi Azərbaycanda idisə, hazırda bu təbəqədə yer almırıq”.

Aztəminatlı ailələrin məşğulluq imkanlarından danışan İdris İsayev qeyd edib ki, verilən sosial yardım onların yoxsulluqdan çıxmasına kömək etmir: “Təhlillər göstərir ki, sosial yardım alan ailələrin məşğulluq imkanları mövcuddur. cı ilin aprel ayının məlumatına görə, ölkədə ünvanlı dövlət sosial yardımı alan ailələrin 70%-i Bakıdan kənarda yaşayan, onların da 75%-i torpaq pay mülkiyyətinə malik olan vətəndaşlardır. Digər tərəfdən sosial yardım alan ailələrin üzvlərinin təxminən yarısı 18 yaşından yuxarıdır. Belə ailələrin özünüməşğulluğunun təmin edilməsi üçün aktiv məşğulluq tədbirlərinə cəlb olunması ölkədə işsizlik səviyyəsinin daha da azalmasına, əlavə iş yerlərinin yaradılmasına, ailə gəlirlərinin artırılmasına, əhalinin aztəminatlı qruplarının yoxsulluqdan çıxmasına, digər əhəmiyyətli nəticələrə imkan yarada bilər.

Artıq belə ailələrin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi üçün özünüməşğulluq proqramlarına start verilib. Bu məqsədlə ayrılan 6 milyon manat vəsait hesabına cı ildə təqribən ailənin özünüməşğulluq proqramlarına cəlb olunması nəzərdə tutulur. Növbəti ildə bu tədbirlərin daha çox ailələri əhatə edəcəyi gözlənir. İqtisadi gücündən asılı olmayaraq dünyada elə bir ölkə yoxdur ki, orada sosial problemləri yalnız dövlət həll etsin. Cəmiyyətin bütün həlqələrinin bu prosesdə aktiv iştirakı tələb olunur”.

Strasburqda Azərbaycan aksiyası

Bir qrup hüquq müdafiəçisi və azərbaycanlı mühacir iyunun i Strasburqda, Avropa Şurası Parlament Assambleyasının binasının qarşısında aksiya keçirib. seafoodplus.info-un məlumatına görə, iştirakçılar əsasən Respublikaçı Alternativ

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

(REAL) Hərəkatının həbsdə olan rəhbəri İlqar Məmmədovla bağlı şüarlar səsləndirib. Bəzi aksiyaçıların əynində İlqar Məmmədovun şəkli vurulmuş köynəklər olub.

İlqar Məmmədov cü il fevralın 4-dən iğtişaşlar təşkil etmək ittihamı ilə tutulub 7 il azadlıqdan məhrumetmə cəzası alıb. cü il mayın də Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun hüquqlarının pozulduğunu tanıyıb.

Aksiyaya qatılanlar eləcə də bu yaxınlarda  “Amnesty İnternational” təşkilatının vicdan məhbusu kimi tanıdığı gənc fəallar Qiyas İbrahimovun, Bayram Məmmədovun, ilahiyyatçı Taleh Bağırovun azad olunmasını tələb ediblər.

Qiyas İbrahimovla Bayram Məmmədov ötən ay narkotik ittihamı ilə həbs ediliblər, dövlətə qarşı ağır cinayətlərdə ittiham olunan Taleh Bağırov isə ötən ilin dekabr ayından həbsdədir.

Etiraz aksiyasına ötən ay Rusiyada həbsdən buraxılmış ukraynalı pilot Nadejda Savçenko da qatılıb. O öz çıxışında deyib ki, inkişaf etmiş ölkələrdə insanları siyasi əqidəsinə, baxışlarına görə həbs etmirlər, orda siyasi məhbuslar yoxdur: “Çalışmalıyıq ki, bizim ölkələrimizdə də belə olsun”.

“Şəffaflıq Azərbaycan” dövlət şirkətlərini özəlləşdirməyi təklif edir

“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi iyunun i

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

Bakıdakı Beynəlxalq Mətbuat Mərkəzində tədbir keçirib. Tədbirdə dövlət qurumlarına verilən tövsiyələrin icra vəziyyəti ilə bağlı hesabat təqdim olunub, dövlət qurumlarının və vətəndaş cəmiyyətinin nümayəndələri birgə müzakirə aparıblar.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə hazırlanmış, ci ilin mayından cı ilin mayına qədər dövrü əhatə edən hesabat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, “Azəriqaz” İstehsalat Birliyi, “Azərişıq” ASC, “Azərsu” ASC-yə təqdim olunan tövsiyələrin icra vəziyyətinin monitorinqindən ibarətdir. Hesabat əmək və əhalinin sosial müdafiəsi, notarial və kommunal xidmətlər, daşınmaz əmlakın qeydiyyatı və satışından vergi tutulması və digər sahələrdə tövsiyələrin həyata keçirilməsini təhlil edir. Verilən tövsiyələr qanunvericiliyin təkmilləşdirilməsi, institusional çatışmazlıqlara diqqətin artırılması, elektron xidmətlərin göstərilməsi, dövlət qurumlarının şəffaflığının və hesabatlılığının təmin olunması istiqamətlərinə bölünür.

“Şəffaflıq Azərbaycan”ın icraçı direktoru Rəna Səfərəliyeva tədbirdə bildirib ki, ötən il ərzində institusional və elektron xidmətlər sahəsində mühüm islahatlar aparılsa da, şəffaflığın və hesabatlılığın təmin olunması ilə bağlı çatışmazlıqlar qalır.

Çıxış edən mütəxəssislər bildirib ki, milli valyutanın dəyərdən düşməsi və qiymətlərin artması səbəbindən əhalinin sosial müdafiəsi sahəsində problemlər dərinləşib, kommunal xidmətlər sahəsində tövsiyələr zəif icra olunur və problemlər əsasən müştəri-təchizatçı münasibətlərində özünü göstərir. Bu xidmətlərin inkişafı üçün “Azəriqaz”, “Azərsu” və “Azərişıq” şirkətlərinin özəlləşdirilməsi, hər sektorda rəqabət yaratmaq üçün fərqli şirkətlərin qurulması tövsiyə edilib.

Tədbirdə çoxmərtəbəli yaşayış binalarının və fərdi evlərin qeydiyyatı sahəsindəki problemlərə də toxunulub, bildirilib ki, sənədsiz evlərə çıxarışların verilməsi prosesi sürətlənsə də, strateji yanaşma olmadığı üçün yüz minlərlə yaşayış sahəsi qeydiyyatsızdır.

Notariat kontorlarında aparılan müşahidənin nəticəsinə əsasən ən səmərəli fəaliyyət göstərən kontorlar sadalanıb, özəl notariusların dövlət notariuslarına nisbətən daha yaxşı xidmət göstərdiyi vurğulanıb.

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

İslahatlar mövzusunda onlayn sorğular başladı

Prezidentin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidməti ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi onlayn sorğu keçirir. Məqsəd iqtisadi islahatlara dair ictimai rəyi və yeni islahat təklifləri ilə bağlı fikirləri öyrənməkdir. AZƏRTAC-ın məlumatına görə, ilk sorğuda “Azərbaycan Respublikasının vergi qanunvericiliyində və inzibatçılığında hansı dəyişikliklərin edilməsini təklif edərdiniz” sualına dair təklifləri 10 gün müddətində bildirmək xahiş olunur:

Mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslər, fərdi sahibkarlar və vətəndaşlar sorğuda fəal iştiraka dəvət edilir.

Təkliflər İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin internet saytındakı link vasitəsilə çatdırıla biləseafoodplus.infoentin iqtisadi islahatlar üzrə köməkçisi postu yanvarın də yaradılıb. Bu postu Natiq Əmirov tutur.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi bu il aprelin də prezident fərmanı ilə yaradılıb. Nizamnaməsinə görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin missiyası ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaq, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etmək, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdir. Qurumun icraçı direktoru Vüsal Qasımlıdır.

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

Prezident Nardaranda nədən danışıb?

“Bu gün Nardaran qəsəbəsinin infrastrukturunun yenilənməsi işində çox əlamətdar bir gündür. Daxili yolların təmiri başa çatıb və biz bu gün birlikdə bu yolların açılışını qeyd edirik”. Prezident İlham Əliyev iyunun də Sabunçu rayonunun Nardaran qəsəbəsində sakinlər qarşısında çıxış edərkən belə deyib.

Həmin gün dövlət başçısı Sabunçu rayonu ərazisində əsaslı şəkildə yenidən qurulan Maştağa-Bilgəh yolunun, Nardaranda Abşeron və Nəsrulla Əsgərov küçələrinin açılışında iştirak edib, qəsəbədəki “Rəhimə Xanım” məscid-ziyarətgah kompleksi ilə tanış olub.

Nardaran sakinləri ilə görüşündə çıxış edərkən İlham Əliyev bildirib: “Bir müddət bundan əvvəl Nardaran sakinləri mənə məktubla müraciət edib, qəsəbəyə dəvət etmişdilər. Mən hesab etdim ki, əliboş gəlməyim. O vaxt gəlim ki, artıq bu yollar hazır olsun. Bu gün bu yollar açılır. Mən çox şadam ki, artıq bu yollar tam gözəl, yeni görkəm alıb. Həm Maştağa-Bilgəh yolu yenidən qurulub, həm də Nardaran qəsəbəsinin daxili yolları təmir olunub, genişlənib. Köçürülmüş binalar üçün lazımi səviyyədə kompensasiya verilib. Bu işlərdə qəsəbə sakinləri də iştirak edirlər. Yəni bu, gözəl layihədir. Bu layihə göstərir ki, Azərbaycanın hər bir yeri, hər bir guşəsi, hər bir qəsəbəsi diqqət mərkəzindədir. Mən çalışıram Azərbaycanda elə bir qəsəbə qalmasın ki, onun infrastrukturu lazımi səviyyədə olmasın. O cümlədən Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafı prosesi sürətlə gedir. Bütün qəsəbələrdə infrastruktur layihələri icra edilir. Qəsəbələrdə elektrik

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

enerjisi, qaz, su təchizatı yaxşılaşır. Demək olar ki, bu infrastruktur layihələrinin böyük əksəriyyəti artıq həll olunub. O ki qaldı yol infrastrukturuna, əlbəttə ki, bu infrastruktur digər layihələrlə uzlaşmalıdır. Xüsusilə kanalizasiya xətlərinin çəkilişi ön planda olmalıdır ki, sonra yolların qazılmasına ehtiyac qalmasın”.

Dövlət başçısı yeni iş yerlərinin açılmasından da danışıb. O qeyd edib ki, son illərdə Azərbaycanda bu istiqamətdə böyük işlər görülüb: “Ancaq əhali artır. Bu da iqtisadi inkişafımızın təzahürüdür. Çünki insanlar daha da yaxşı yaşayır və beləliklə, demoqrafik vəziyyət yaxşılaşır. Eyni zamanda bu, yeni iş yerlərinin yaradılmasını tələb edir. Ölkə iqtisadiyyatı, sənaye istehsalı demoqrafik vəziyyətə uyğun şəkildə inkişaf etməlidir. Ona görə iş yerlərinin yaradılması daimi prosesdir. Baxmayaraq ki, son illər ərzində bir milyondan artıq iş yeri yaradılıb, biz, əlbəttə, bu məsələni daim diqqət mərkəzində saxlamalıyıq. İş yerlərinin yaradılması investisiya tələb edir, dövlət, özəl sektor sərmayə qoymalıdır. Buna görə də biznes mühiti daha da yaxşı olmalıdır. Bu istiqamətdə son vaxtlar çox ciddi addımlar atılır, islahatlar dərinləşir və beləliklə, ölkəmizin dayanıqlı inkişafı təmin edilir”.

Prezident İlham Əliyev vurğulayıb ki, Nardaran qədim yaşayış yeridir: “Burada əsrlər boyu insanlar yaşayıb, yaradıb, dövlətçiliyə həmişə sadiq olublar. Bu qəsəbənin sakinlərinin rahat yaşaması üçün Azərbaycan dövləti hər şeyi edir.

Azərbaycanın hər bir yerində qanunun aliliyi təmin edilməlidir, edilir, hər bir yerdə insanlar rahat yaşamalıdır. Azərbaycanda bütün azadlıqlar təmin edilir. Azərbaycan bu baxımdan çox sürətlə inkişaf edən ölkədir. O cümlədən dini azadlıqlar təmin edilir. Mən bu yaxınlarda iftar süfrəsində bu məsələlərlə bağlı fikirlərimi bir daha demişəm. Azərbaycanda məscidlər, digər dinlərin məbədləri tikilir, təmir olunur. Biz nadir bir ölkədə yaşayırıq. Bunu biz yaratmışıq. Bütün dinlərin nümayəndələri rahat yaşayırlar və ölkəmizin inkişafına öz töhfələrini verirlər. Ona görə, bütün bu məsələlər kompleks şəkildə öz həllini tapır.

Azərbaycan xalqı və Azərbaycan dövləti öz milli, dini ənənələrinə sadiqdir. Bizim bu işdə dünya miqyasında oynadığımız rol müsəlman aləmində yüksək qiymətləndirilir. Müsəlman aləmini birləşdirən ən böyük təşkilat İslam Əməkdaşlıq Təşkilatıdır. İslam Əməkdaşlıq Təşkilatının, onun rəhbərlərinin Azərbaycanla, Azərbaycanda gedən proseslərlə bağlı fikirləri, — bunlar mətbuatda dərc edilib, — bizdə dini məsələlərə onların verdiyi yüksək qiymət ən böyük göstəricidir. Bunu biz demirik, bunu müsəlman aləmini birləşdirən İslam

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

Əməkdaşlıq Təşkilatı deyir. Bu təşkilat həmişə bizi dəstəkləyir, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir.

Yəni Azərbaycanda bütün məsələlər ardıcıl şəkildə, düşünülmüş siyasət əsasında öz həllini tapır. Əsas məsələ ondan ibarətdir ki, ölkənin uğurlu inkişafı davam etsin, Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşasın, ictimai asayiş təmin edilsin, insanlar özlərini rahat hiss etsinlər, inkişaf üçün imkan olsun, azadlıqlar təmin edilsin, infrastruktur yaradılsın və beləliklə, biz gələcəyə daha da inamla baxaq və taleyimizi bundan sonra da öz əlimizdə saxlayaq, bundan sonra da müstəqil siyasət aparaq. Müstəqillik bizim ən böyük sərvətimizdir. İyirmi beş ildir ki, biz müstəqil həyat yaşayırıq və ancaq müstəqillik dövründə Azərbaycan xalqı artıq böyük nailiyyətlərə çata bilib.

Əsrlər boyu başqa dövlətlərin tərkibində yaşamışıq. Abşeron yarımadasının zəngin neft yataqlarının bəhrəsini Azərbaycan xalqı demək olar ki, lazımi səviyyədə görməyib. Baxmayaraq ki, hələ XIX əsrdə Azərbaycan dünya neftinin yarısını verirdi, XX əsrin əvvəllərində, ortalarında Sovet İttifaqı miqyasında xüsusi yer tuturdu. Ancaq Sovet İttifaqı dağılanda hamımız yaxşı xatırlayırıq biz nəyi gördük. Dağılmış sənaye, bərbad vəziyyətdə olan infrastruktur, torpaqlarımızın işğalı, xaos, anarxiya, özbaşınalıq, silahlı quldur dəstələri meydan oxuyurdu. Ancaq bu gün biz öz taleyimizin sahibiyik. Bunu hər bir Azərbaycan vətəndaşı qiymətləndirməlidir. Hər bir Azərbaycan vətəndaşı çalışmalıdır ki, bu müstəqilliyi daha da möhkəmləndirsin və müstəqilliyin əleyhinə heç bir addım atmasın. Birincisi, bu, cinayətdir. İkincisi, bu, yolverilməzdir, mənəvi nöqteyi-nəzərdən də yolverilməzdir.

Bu gün cəmiyyətdə bütövlükdə bu məsələlərlə bağlı fikir ayrılığı yoxdur. Hər bir vətənpərvər Azərbaycan vətəndaşı çalışır ki, öz dövlətinin gücünü artırsın, o cümlədən Nardaran sakinləri. Onların da bu işlərdə çox dəyərli töhfələri var. Əminəm ki, burada bundan sonra işlər daha da yaxşı gedəcək.

Mən bu gün xüsusilə Nardaran qəsəbəsinə gəlmişəm ki, bu mübarək Ramazan ayında sizinlə birlikdə olum, sizi, bütün Azərbaycan xalqını bir daha bu mübarək ay münasibətilə təbrik edim və bu gözəl yenilikləri biz birlikdə qeyd edək. Bundan sonra da daim yeniliklər olacaq. Bilməlisiniz ki, bu qəsəbənin problemləri digər qəsəbələrin problemləri kimi daim diqqət mərkəzindədir. Bu gün Bakı ətrafındakı qəsəbələrdə həyata keçirilən infrastruktur layihələri bunu

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

göstərir. Bütün qəsəbələrdə, harada ki, indi ehtiyac var, yol, su, kanalizasiya xətləri çəkilir, məktəblər tikilir, iş yerləri açılır. Bu proses daha da sürətlə getməlidir və gedəcək”.

Qəsəbə sakinləri ilə söhbətində dövlət başçısı elektrik enerjisinə görə borcların silinməsinə də toxunub. O bildirib ki, Nardaran sakinləri əvvəllər işıq pulunu bir az ödəmirdilər: “Bir az deyəndə yumşaq deyirəm”. Qəsəbə sakini Ağasəid Orucov qeyd edib ki, Nardaranda elektrik enerjisinə görə 42 milyon manat borc yığılmışdı. Prezident İlham Əliyev həmin borcun silindiyini vurğulayıb: “Onu sildik. Dedik ki, bunu silək, amma bundan sonra ödəyin”.

Qəsəbə sakinləri ilə söhbətin gedişində dövlət başçısı Nardaranın sosial-iqtisadi məsələləri ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevə bir sıra tapşırılar da verib.

Hərbi çağırış qaydasında yeniliklər qüvvəyə mindi

Prezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklikləri imzalayaraq təsdiqləyib. Yeniliyə əsasən, hərbi xidmətə çağırışdan möhlət hüququ bakalavriat pilləsi ilə yanaşı magistratura və doktorantura səviyyələrinə də şamil olunur.

Xarici ölkələrdə oxuyan bakalavr, magistr və doktorantlara, rezidentura (internatura) təhsili alanlara, o cümlədən Azərbaycan prezidentinin müəyyən etdiyi elmi təşkilatda təhsil alan şəxslərə də möhlət hüququ verilir.

Avronun kursu düşüb, dollar və rubl isə bahalaşıb

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

İyunun də 1 ABŞ dolları yenidən bahalaşaraq 1, manatdan 1, manata qalxıb.

seafoodplus.info-ın məlumatına görə, Mərkəzi Bank manatın Rusiya rubluna kursunu da dəyişib. İyunun də 0, manata təklif edilən 1 rublun rəsmi məzənnəsi bu gün 0, manatdır.

Avronun kursunda isə enmə var. 1 avro 1, manata satılır. Ötən gün rəsmi kurs 1, manat idi.

Ötən il Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb, dolların rəsmi kursu 78 qəpikdən 1 manat 55 qəpiyə qalxıb. Bu il təşkil olunan hərraclarda Dövlət Neft Fondu 2 milyard ,4 milyon dollar, Mərkəzi Bank ,4 milyon dollar həcmində valyuta satıb, manatın kursunu sabit saxlamağa üst-üstə 2 milyard ,8 milyon dollar sərf edilib.

Neft büdcə qiymətindən iki dəfə baha satılır

İyunun si dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Nyu-York birjasında “Layt” markalı

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

neftin bir barreli 0,47 dollar ucuzlaşaraq 50,18 dollar, London birjasında “Brent” markalı neftin bir barreli 0,19 dollar bahalaşaraq 50,97 dollar olub.

AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barreli 0,41 dollar ucuzlaşaraq 50,39 dollara düşüb. Bu, Azərbaycanın dövlət büdcəsində nəzərdə tutulandan 25 dollar 39 sent yuxarı qiymətdir. Büdcədə xam neftin satış qiyməti bir barrel üçün 25 ABŞ dolları götürülüb.

milyona yaxın insan şəkərli diabetdən əziyyət çəkir

Həyata keçirilən tədbirlərlə Azərbaycanda 45 min şəkərli diabet xəstəsi qlükometlərlə təmin olunub, 14 min xəstə üzərində isə insulin terapiyası xidməti aparılır. AZƏRTAC xəbər verir ki, bu rəqəmlər iyunun də Respublika Klinik Xəstəxanasında keçirilən dəyirmi masada səslənib.

Tədbirdə qeyd olunub ki, vaxtilə diabetli uşaqlara adi şpris-qələm verilməsi problem idisə, indi onlara dərman insulin pompası vasitəsilə yeridilir. Bu isə körpələri gün ərzində bir neçə dəfə insulin iynəsi vurmaqdan azad edir.

Məlumat verilib ki, hazırda dünyada milyona yaxın insan şəkərli diabetdən əziyyət çəkir. Bu xəstəliyin profilaktikası və müalicəsi vaxtında aparılmasa, çox ciddi fəsadlar törədə bilər. Böyük sürətlə yayılan bu xəstəlik ciddi sosial-tibbi problemlər yaradaraq ölkələrin iqtisadiyyatına, ailələrin maddi durumuna təsir edir. Dünya Səhiyyə Təşkilatının proqnozlarına görə, cu ilədək diabetdən dünyasını dəyişənlərin sayı iki dəfə arta bilər.

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

Azərbaycanda şəkərli diabetlə mübarizə istiqamətində mühüm addımlar atıldığı və bu məsələnin qanunvericilikdə də əksini tapdığı diqqətə çatdırılıb. Vurğulanıb ki, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanunun tətbiq edilməsi buna bariz nümunədir. Nazirlər Kabinetinin 26 noyabr cu il qərarı ilə təsdiq edilmiş “ci illər üçün şəkərli diabet üzrə tədbirlər proqramı” da uğurla həyata keçirilib.

Bununla yanaşı Nazirlər Kabinetinin qərarı ilə “ci illər üçün şəkərli diabet xəstəliyi üzrə dövlət proqramı” təsdiq edilib. Dövlət proqramının əsas vəzifələri şəkərli diabet xəstələrinə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, şəkərli diabet xəstələrinin dərman preparatları, özünənəzarət vasitələri və digər ləvazimatla tam təminatının yaxşılaşdırılması, endikrinoloji xidmətin kadr potensialının gücləndirilməsi, şəkərli diabet xəstəliyinin profilaktikasına və müalicəsinə dair əhalinin maarifləndirilməsidir.

Səhiyyə Nazirliyinin məlumatına görə, Respublika Endokrinoloji Mərkəzində nəfər şəkərli diabetlə xəstə uşaq dispanser qeydiyyatındadır. Onlar insulin analoqları, qlükometr ve test çubuqları ilə daim tam təmin olunur. 90 nəfər uşaq insulin pompaları və onların ləvazimatları ilə təmin ediliblər.

Yerli taxılın tonuna manat qiymət qoyulub

Dövlət Taxıl Fonduna bu il ölkədə istehsal olunan yüksək keyfiyyətli buğdanın tədarükü elan edilib. seafoodplus.info saytının məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi qəbulu “Səngəçal Taxıl Elevatoru”, “Gəncə Taxıl Elevatoru”, “Abşeron Taxıl” MMC, “Dəvəçi-Dəyirman” MMC, “Karat-Holdinq” MMC, “Karmen” MMC, “Gəncə-Dəyirman” MMC, “seafoodplus.infov adına Bakı-Taxıl” ASC, “Aveta” MMC,

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

“Neon” firması, “EL” kiçik müəssisəsi, “Pak-Nur”, “Xırman”, “Rəşad” firmaları və “Svinks” MMC müəssisələri vasitəsilə həyata keçirəcək.

Yerli buğda istehsalçılarından keyfiyyət göstəricilərinə cavab verən məhsul sentyabrın 1-nə kimi qəbul ediləcək. Taxılın qiyməti bir ton üçün manat müəyyən edilib.

Agentlik bildirir ki, müəyyən olunmuş keyfiyyət göstəricilərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş laboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilmir.

Taxılın qəbul edilən zaman Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən dənin keyfiyyət göstəricilərinə görə verilən uyğunluq sertifikatının surəti, Kənd Təsərrüfatı Nazirliyindən verilən daxili karantin sertifikatının surəti təqdim edilməlidir.

Qazaxıstan parlamentinin aşağı palatasına yeni sədr seçildi

İyunun də Qazaxıstan parlamentinin aşağı palatasına (Məclis) yeni sədr seçilib. Bu postu Prezident Administrasiyasının keçmiş rəhbəri Nurlan Niqmatulin tutub.

Nurlan Niqmatulin administrasiya rəhbəri vəzifəsini ölkə parlamentinə deputat seçildiyinə görə tərk etmişdi.

Onun parlamentin aşağı palatasının sədri vəzifəsinə namizədliyini iyunun də prezident Nursultan Nazarbayev irəli sürmüşdü.

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

Qazaxıstanda Məclisin 9 deputatını Nursultan Nazarbayevin başçılıq etdiyi Xalq Assambleyası seçir. Nurlan Niqmatulin bu kvotadan deputat mandatı alıb.

seafoodplus.info-ın məlumatına görə, deputatlar Nurlan Niqmatulinin namizədliyini yekdilliklə dəstəkləyib.

İyunun də Nursultan Nazarbayev Adilbek Caksıbekovu paytaxt Astananın meri postundan azad edərək Prezident Administrasiyasının rəhbəri təyin edib.

Uşağa ad necə qoyulmalıdır? Hökumət yeni qayda hazırlayıb

Azərbaycanda şəxs adlarının tələffüz forması ilə yazılmasına icazə verilməyəcək. Bunu “Trend”ə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

Onun sözlərinə görə, Azərbaycanda eyni adların müxtəlif formalarda yazılması hallarının aradan qaldırılması üçün bütün adların düzgün yazılışının göstərildiyi kitab hazırlanıb.

“Azərbaycan dilində şəxs adlarının izahlı lüğəti” adlanan vəsait artıq Ədliyyə Nazirliyinə təqdim edilib. Bu kitabı Ədliyyə Nazirliyi çap etdikdən sonra Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyat İdarəsinin yerli şöbələrinə paylanacaq. Kitabda adların izahı ilə yanaşı onların düzgün yazılış formaları da göstərilib. Tələffüz forması ilə yazılan adlar isə şəxs adları siyahısından çıxarılıb. Kitaba ə yaxın ad daxil edilib.

Sayalı Sadıqova deyib: “Biz bu lüğətdə adların sayını azaltmışıq, mövcud addan təqribən nü saxlamışıq. Onların çoxunu – Kolxoz, Sovxoz kimi adları çoxdan siyahıdan çıxarmışdıq. Belə adların sayı ə yaxın olub. İndi isə

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

tələffüz forması ilə yazılan adları siyahıdan çıxarmışıq. Məsələn, Əlihəsən də, Əlhəsən, yaxud Əlihəsə də yazılır. Biz bu adlardan ancaq Əlihəsəni götürmüşük. Tapdıq adı Tapdığ, Tapdıx kimi, yəni tələffüz formasında yazılır. Biz bu adlardan yalnız Tapdıqı saxlamışıq. Rayonlarda qeydiyyat şöbələrində oturan məsul şəxslər həm çox savadlı olmalıdırlar, həm də adların düzgün yazılış forması onların əlinin altında olmalıdır. Bunlar olmadığına görə adların yazılışında müxtəliflik əmələ gəlib”.

Sayalı Sadıqova bildirib ki, həmin vəsait nəşr edilərək yerli şöbələrə paylandıqdan sonra bütün adlar vahid formada yazılacaq və eyni adların müxtəlif formalarda yazılmasına icazə verilməyəcək.

“Trend”in Ədliyyə Nazirliyinin statistik məlumatlarına istinadla apardığı araşdırmalar nəticəsində məlum olub ki, təkcə bir hərfin belə səhv, eyni zamanda tələffüz formasında yazılması nəticəsində bir adın deyil, hətta yazılış forması yaranıb.

Araşdırmalar nəticəsində bəlli olub ki, incə, zərif qız (qadın) mənasını verən Ruqiyyə adının düzgün yazılış forması son 5 ildə 1 nəfərə verilsə də, bu adın yanlış formaları daha çox uşağa qoyulub.  Belə ki, son 5 ildə yanlış formada yazılan Ruqəyyə adı nəfərə, Rüqayyə adı nəfərə, Rüqəyyə adı nəfərə, Rüqəyyəm adı 1 nəfərə verilib.

Mənası “ən böyük, ən ulu”, əsl yazılış forması isə Kübra olan adın da 4 yazılış forması yaranıb. Son 5 ildə adın düzgün yazılış forması — Kübra nəfərə verilib. Adın səhv yazılış forması olan Kubra 99, Kubrə 8, Kübrə 8 nəfərə verilib.

5 formada yazılan Nərgiz adının yanlış yazılış forması — Nərgis son 5 ildə 4 nəfərə, Nərgıs 3 nəfərə, Nərgız 3 nəfərə, Nərçis 1 nəfərə verilib.

Son 5 ildə Fuad adının səhv variantı olan Fuat adı 2 nəfərə, Səməd adının düzgün yazılış forması olmayan Samed adı 4 nəfərə, düzgün yazılış forması Həmzə olan Hamza adı 23 nəfərə, Həsən adının səhv yazılmış Hasan formasında ad 15 nəfərə, Hüsniyyə adının yanlış yazılış forması olan Hüsniyə 13, Humay adının yanlış forması olan Hümay 12, Aliyə adının yanlış forması olan Aliye 3 nəfərə verilib.

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

Son 5 ildə Kerim (əsl yazılış forması Kərim) 7, Yağub (əsl yazılış forması Yaqub) 3, Yahya (əsl yazılış forması Yəhya) 39, Gulnara (əsl yazılış forması Gülnarə) 10, Gürşad (əsl yazılış forması Gülşad) 11, Qəhraman (əsl yazılış forması Qəhrəman) 8 nəfərə, Natavan (əsl yazılış forması Natəvan) 33 nəfərə, Hafis (əsl yazılış forması Hafiz) 35 nəfərə, Qəfər (düzgün yazılış forması Qafar) 16, Kenan (əsl yazılış forması Kənan) 11 nəfərə, Qızbəst (düzgün yazılış forması Qızbəs), Kəmran (əsl yazılış forması Kamran) 3 nəfərə verilib.

Serj Sərkisyan işğal bölgəsinə gəlib

İyunun də Ermənistan prezidenti Serj Sərkisyan Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gəlib. Məlumatı Ermənistan prezidentinin mətbuat xidməti yayıb.

Ermənistan Silahlı Qüvvələri 23 ildir Azərbaycanın bütün cənub-qərbini işğal altında saxlayır. ci ildən prezident postunu tutan Serj Sərkisyan ci dəfədir Dağlıq Qarabağa səfər edir. O, işğalçı müharibənin ən qaniçən liderlərindən biridir. cu ildən Dağlıq Qarabağ separatçılarının komandanı, cü ildən isə Ermənistanın müdafiə naziri olub.

Azərbaycan və Ermənistanın dövlət başçıları İlham Əliyevlə Serj Sərkisyan iyunun si Sankt-Peterburq şəhərində Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə görüşüblər.

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşünün yekunlarına dair birgə bəyanatında qeyd olunur ki, dövlət başçıları münaqişənin nizamlanmasında inkişafa şərait yaratmağa imkan verən bir sıra məsələlərdə qarşılıqlı anlaşmanın əldə olunduğunu ifadə ediblər.

Bəyanatda qeyd olunur ki, Azərbaycan və Ermənistan prezidentləri münaqişə zonasında sabitliyə nail olmağa yönəlmiş Vyana razılaşmalarına (güc tətbiqi riskini azaltmaq üçün tərəflər arasında qısa zamanda ATƏT-in araşdırıcı mexanizmi üzərində işin başa çatdırılması, eyni zamanda ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin mövcud ofisinin səlahiyyətlərinin genişləndirilməsi) sadiq qalırlar. Təmas xəttində son vaxtlar müşahidə olunan sakitlikdən məmnunluqlarını ifadə edən Azərbaycan və Ermənistan prezidentləri

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

sülh prosesini irəlilətməyə əlverişli mühit yaratmaq üçün münaqişə zonasında beynəlxalq müşahidəçilərin sayını artırmağa şərtləşiblər.

Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov iyunun də ANS TV-yə deyib ki, Sankt-Peterburq görüşündə Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı razılıq əldə olunub. Həmin plana görə, əvvəlcə Azərbaycanın 5 rayonu azad olunacaq, ondan sonra 2 rayon azad ediləcək və dəhliz müəyyənləşdiriləcək, daha sonra Dağlıq Qarabağın statusu müəyyən olunacaq.

5+2 variantı öncə Dağlıq Qarabağ ətrafındakı Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarının Azərbaycanın nəzarətinə qaytarılmasını, Dağlıq Qarabağla Ermənistan arasında dəhlizin rəsmiləşdirilməsini, sonra Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi ilə eyni vaxtda Kəlbəcər və Laçının geri qaytarılmasını nəzərdə tutur.

Ən bahalı şəhərlərin adı açıqlanıb

“Mercer Human Resource” konsaltinq qrupu ən bahalı şəhərlərin reytinq cədvəlini tərtib edib. seafoodplus.info-ın məlumatına görə, cı ildə əcnəbilər üçün dünyanın ən bahalı şəhəri Honkonq olub. Ən bahalı şəhərlər siyahısının ikinci pilləsində Anqola paytaxtı Luanda, üçüncü yerdə isə Sürix (İsveçrə) qərarlaşıb.

Reytinq cədvəlinin ilk onluğunda sonrakı sıralama belədir: Sinqapur, Tokio (Yaponiya), Kinşasa (Konqo), Şanxay (Çin), Cenevrə (İsveçrə), Ncamena (Çad), Pekin (Çin).

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

Hesabata görə, cı ildə əcnəbilər üçün ən əlverişli  şəhərlər Vindhuk (Namibiya), Keyptaun (CAR) və Bişkek (Qırğızıstan) hesab olunub.

Saldo mənfiyə doğru (Son 5 ildə xarici ticarət)

Dövlət Statistika Komitəsinin yaydığı son makroiqtisadi göstəricilərə görə, cı ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 5 milyard 44 milyon ABŞ dolları həcmində olub. Hesabata əsasən, ticarət dövriyyəsinin 48,6 faizi ölkədən ixrac olunmuş məhsulların, 51,4 faizi idxal məhsullarının payına düşüb, nəticədə ,4 milyon dollar məbləğində mənfi saldo yaranıb.

seafoodplus.info Dövlət Statistika Komitəsinin saytında son beş ilin analoji göstəricilərinə nəzər salıb.

ci ildə ölkənin xarici ticarət dövriyyəsinin həcmi 20 milyard ,9 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 55,3 faizi ölkədən ixrac olunan məhsulların, 44,7 faizi isə idxal məhsullarının payına düşüb. İxracın idxalı üstələməsi nəticəsində 2 milyard ,1 milyon dollar məbləğində müsbət saldo yaranıb.

cü ildə xarici ölkələrlə 31 milyard ABŞ dolları məbləğində ticarət aparılıb. Bunun 21,8 milyard dolları ixrac, 9,2 milyard dolları isə idxal əməliyyatlarına aid olub. 12,6 milyard dollarlıq müsbət saldo yaranıb.

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

cu ildə xarici ölkələrlə ticarət dövriyyəsinin həcmi 34,7 milyard ABS dolları təşkil edib, 24 milyard dollarlıq ixrac və 10,7 milyard dollarlıq idxal əməliyyatları aparılıb, 13,3 milyard dollarlıq müsbət saldo əldə olunub.

ci ilin xarici ticarət dövriyyəsi 33 milyard ,9 milyon dollar səviyyəsində göstərilib. Hesabata görə, həmin il 23 milyard milyon dollarlıq ixrac, 9 milyard ,9 milyon dollarlıq idxal əməliyyatları aparılıb, 14 milyard ,1 milyon dollarlıq müsbət saldo yaranıb.

ci ilin makroiqtisadi göstəricilərinə görə, xarici ölkələrlə 36 milyard ,9 milyon dollar həcmində ticarət əməliyyatları aparılıb. İxracın payına 26 milyard ,9 milyon dollar, idxalın payına isə 9 milyard milyon dollar düşüb. Yaranan müsbət saldo 16 milyard ,9 milyon dollar həcmində olub.

Novruz Məmmədov: “Putin münaqişənin həllində daha qətiyyətlidir”

“Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya prezidentinin iştirakı ilə keçirilən görüşünü əvvəlkilərdən fərqli hesab etmək olar”. Bu fikirdə olan Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib ki, bu görüş bütün məsələlərə yanaşma nöqteyi-nəzərindən daha konstruktiv və münaqişənin həllində tərəflərin daha maraqlı olmasını nümayiş etdirən görüş oldu. Açıqlamanı AZƏRTAC iyunun də yayıb.

Azərbaycan və Ermənistanın dövlət başçıları İlham Əliyevlə Serj Sərkisyan iyunun si Sankt-Peterburq şəhərində Rusiya prezidenti Vladimir Putinin

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

vasitəçiliyi ilə görüşüblər. Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşünün yekunlarına dair birgə bəyanatında qeyd olunur ki, dövlət başçıları münaqişənin nizamlanmasında inkişafa şərait yaratmağa imkan verən bir sıra məsələlərdə qarşılıqlı anlaşmanın əldə olunduğunu ifadə ediblər. Bəyanata əsasən, Azərbaycan və Ermənistan prezidentləri güc tətbiqi riskini azaltmaq üçün tərəflər arasında qısa zamanda ATƏT-in araşdırıcı mexanizmi üzərində işin başa çatdırılması, eyni zamanda ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin mövcud ofisinin səlahiyyətlərinin genişləndirilməsi razılığına sadiq qalırlar. Təmas xəttində son vaxtlar müşahidə olunan sakitlikdən məmnunluqlarını ifadə edən Azərbaycan və Ermənistan prezidentləri sülh prosesini irəlilətməyə əlverişli mühit yaratmaq üçün münaqişə zonasında beynəlxalq müşahidəçilərin sayını artırmağa razılaşıblar.

Prezident Administrasiyası rəhbərinin müavini bildirib ki, bu ilin aprel ayında Ermənistan tərəfinin Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində törətdiyi təxribat və Azərbaycan ordusunun buna layiqli cavabı əslində bu məsələ ilə bağlı maraqlı tərəflərə, həm ATƏT-in Minsk qrupunun həmsədrlərinə, həm də bütün dünyaya bir mesaj idi: “Bu mesaj ondan ibarət idi ki, münaqişənin indiyə qədər həll edilməməsi, bu vəziyyətdə qalması və müəyyən mənada dondurulmuş hesab olunması çox təhlükəli bir mövqedir. Bu da münaqişənin artıq həll olunmasının zəruriliyini ortaya çıxardı. Sadalanan bu məsələlər danışıqlar prosesinin intensivləşməsinə, dövlət başçılarının və hər iki ölkənin rəsmi şəxslərinin görüşlərinin keçirilməsinə də öz təsirini göstərdi. Əldə olunan razılığa görə, Rusiya tərəfinin keçirdiyi görüş daha məqsədəuyğun idi. Bu görüşdə də aparılan danışıqlar onu deməyə əsas verir ki, Rusiya prezidenti Vladimir Putin münaqişənin həllində daha qətiyyətlidir və daha da məqsədli fəaliyyət ortaya qoyur”.

Prezident Administrasiyasının rəsmisi deyib ki, görüşdə münaqişənin həlli yollarının axtarılması istiqamətində geniş müzakirələr aparılıb: “Xüsusilə təmas xəttində gərginliyin azaldılması, təhlükəsizliyin yüksək səviyyədə təmini və monitorinqlərin daha əhatəli olması ətrafında fikir mübadiləsi aparıldı. Bu görüş zamanı münaqişənin mərhələli həllinə üstünlük verildi. Yəni bundan sonra münaqişənin mərhələli həlli istiqamətində irəliyə getmək lazımdır. Bu razılığın həyata keçməsi üçün, əlbəttə, bundan sonra həmsədrlər xüsusi fəaliyyət göstərməlidirlər. Eyni zamanda bu görüşü Rusiya prezidentinin keçirməsinə baxmayaraq məsələ digər dövlətlərlə də koordinasiya olunacaq, proseslər gedəcək”.

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

Novruz Məmmədov bildirib ki, danışıqların intensivləşməsində və bu cür görüşlərdə müəyyən razılıqların əldə olunmasında prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mühüm rolu var: “Dövlətimizin başçısı bütün görüşlərində bildirir ki, mövcud status-kvo davam edə bilməz, münaqişənin həlli ilə bağlı addımlar atılmalıdır. Bu görüşdə əldə olunan nəticələr Azərbaycan prezidentinin həmişə bütün görüşlərində, yüksək səviyyəli forumlarda, konfranslarda və zirvə görüşlərində etdiyi çıxışlarda bildirdiyi mövqenin dünya birliyi, həmsədr ölkələr, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilərək ona verdiyi reaksiyadır. Dövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həll olunmalıdır. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxıb getməlidirlər. Azərbaycanlı qaçqınlar, məcburi köçkünlər doğma torpaqlarına qayıtmalıdırlar”.

Novruz Məmmədov vurğulayıb ki, Sankt-Peterburqda bu formatda görüşlərin mütəmadi davam etdirilməsi ilə bağlı razılığa gəlinib. Bu məsələdə də Ermənistan tərəfinin atacağı addımlardan çox şey asılıdır.

Kənd təsərrüfatını necə dirçəltməli?

İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, deputat Əli Məsimli aqrar sahənin inkişafı üçün zəruri tədbirlərdən yazıb. Deputat təşkilatın “Yeni kurs — Azərbaycanın innovasiyalı inkişaf proqramı”nın kənd təsərrüfatına dair hissəsindən müddəalar təqdim edib.

seafoodplus.info-ın məlumatına görə, deputat aqrar sahənin inkişafının ölkənin iqtisadi sabitliyi, sosial dayanıqlığı, ərzaq təhlükəsizliyi, qeyri-neft sektorunun inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq irəliləyişə nail olmaq

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

yollarını belə şərh edib: “Bir sıra tədbirlərin həyat keçirilməsi nəticəsində kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artsa da, aqrar sahədə torpaqlardan istifadənin səviyyəsi, əmək məhsuldarlığı, ixrac göstəriciləri potensial imkanlardan xeyli geri qalır. ci ildə kənd təsərrüfatı istehsalının artım tempi 7 faizə yaxın olub, 5,6 milyard manatlıq məhsul istehsal edilib. Bu ilin ortalarına da 6 faiz artım var. Aqrar sahədə artım tempi yüksək olsa da, hələlik adambaşına ildə manatlıq, ayda 48 manatlıq, gündə 1,6 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunur. Bu da ölkə üçün çox mühüm sosial-iqtisadi əhəmiyyət kəsb edən bir sahədə əmək məhsuldarlığının və istehsalın nə qədər aşağı olduğunun əyani nümunəsidir.

Mövcud potensial fonunda kənd təsərrüfatının hazırkı inkişaf səviyyəsini qənaətbəxş hesab etmək olmaz. Aqrar sahədə yetərincə yüksək templi artım olsa da, bu, kəndlərin ölkənin potensial imkanlarına layiq sosial-iqtisadi inkişafına gətirib çıxarmayıb. Aqrar sahənin timsalında iqtisadiyyatda çalışanların 37 faizi ölkənin ümumi daxili məhsulunun (ÜDM) cəmi 5 faizini yaradır. ci ildə kənd təsərrüfatı məhsullarının ixracı xeyli artsa da, onun ən yaxşı göstəricisi hələlik milyon dollar ətrafındadır. Bu da Azərbaycan kimi kənd təsərrüfatının inkişafı baxımından böyük potensialı olan ölkə üçün çox aşağı göstəricidir”.

Əli Məsimli qeyd edir ki, ölkənin əkin sahələrindən və kənd təsərrüfatı üçün yararlı torpaqlarından yetərincə səmərəli istifadə edilmir: “Fermer təsərrüfatlarının əksəriyyətinin torpaqları kiçikdir deyə yüksək nəticələr əldə olunmur, geniş təkrar istehsal qurulması və gəlir əldə edilməsinə imkan verən ixraca işləmək imkanı məhduddur. Kənd təsərrüfatı ilə məşğul olanların xeyli hissəsinin gəlirləri aşağıdır, maddi və maliyyə resurslarının məhdudluğu istehsalı genişləndirmək üçün yetərli deyil”.

Deputat qeyd edir ki, kənd təsərrüfatına investisiya tələbatı səviyyəsində sərmayə qoyulmur və bu sahəyə yönəldilən vəsaitdən istifadə səmərəliliyi aşağıdır: “Kənd təsərrüfatında mütərəqqi texnika, texnologiya və istehsal mədəniyyətindən istifadənin tətbiq dərəcəsi qənaətbəxş deyil və bu səbəbdən əmək məhsuldarlığının və istehsalın səmərəliliyi çox aşağıdır.

Azərbaycan adambaşına düşən torpaq sahəsinə görə aztorpaqlı ölkələr kateqoriyasına aid edilsə də, kənd təsərrüfatının inkişafı baxımından böyük potensiala malikdir. Ölkədə adambaşına 1,08 hektar torpaq fondu, 0,6 hektar

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

yararlı torpaq sahəsi, 0,2 hektar əkin sahəsi düşür. Elmi-texniki tərəqqiyə əsaslanan aqrar siyasətlə kənd təsərrüfatında dəfə və daha çox artım əldə etmək mümkündür. Ölkədə güclü aqrar-sənaye kompleksi yaratmaq, ərzaq bolluğuna nail olmaq, sözügedən sahənin ixrac imkanlarını xeyli artırmaq, ildə orta hesabla milyard dollara çatdırmaq olar”.

Proqramda kənd təsərrüfatı sahəsində əmək məhsuldarlığını yüksəltmək, ehtiyacları daxili istehsal hesabına artırmaq, bu sahənin ixrac imkanlarından geniş istifadə etmək və onu əsas gəlirli sahələrdən birinə çevirmək üçün isə ilk növbədə uzunmüddətli strategiya və xüsusi dövlət proqramının, stimullaşdırıcı proqram və tədbirlər paketinin hazırlanıb həyat keçirilməsi zəruri hesab edilir.

Deputat hesab edir ki, aqrar sahədə mülkiyyət münasibətlərindəki problemlər aradan qaldırılmalı, torpaqdan, sudan, qabaqcıl texnika və texnologiyadan, mütərəqqi aqrotexniki üsullardan səmərəli istifadə mexanizmləri qurulmalı, ixracın artırılması kimi məsələlər önə çəkilməlidir.

İpoteka kreditləşməsi qaydası təsdiqlənib

Prezident İlham Əliyev ipoteka kreditləşməsi məsələləri haqqında fərman imzalayıb. İyunun də verilən fərmanla “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin nizamnaməsi təsdiq edilib. ASC-nin İdarə Heyəti sədrinin və onun müavininin vəzifəyə təyin və vəzifədən azad edilməsi prezidentin səlahiyyətindədir.Fərmana əsasən, ASC-nin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi məqsədi ilə “Elektron hökumət” portalında

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

“Elektron ipoteka” sistemi yaradılmalı və ci il yanvarın 1-dən tətbiq olunmalıdır.

“Elektron ipoteka” sistemi ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin alınması üçün tələb olunan sənədlərin siyahısının və şərtlər barədə məlumatın olmasını; ipoteka krediti almaq istəyən şəxsin imkanının ipoteka kalkulyatoru proqramı vasitəsilə ilkin olaraq müəyyənləşdirilməsini; ipoteka kreditinin alınması üçün ayrıca olaraq hər bir müvəkkil bank üzrə ipoteka krediti almaq istəyən şəxsin ödəməli olduğu xidmət haqqının, habelə hər bir müvəkkil qiymətləndiricinin xidmətləri üzrə xidmət haqqının məbləğləri barədə məlumatın olmasını; ipoteka krediti almaq istəyən şəxsin müvəkkil banka elektron müraciətinin real vaxt rejimində göndərilməsini və qeydiyyata alınmasını, münasib görüş vaxtının təyin edilməsini və s. işləri təmin etməlidir.

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti ötən il oktyabrın də prezident İlham Əliyev fərmanı ilə (Prezident ipoteka kreditləşməsi ilə bağlı fərman verib) yaradılıb. Mərkəzi Bank nəzdində Azərbaycan İpoteka Fondunun yenidən təşkili yolu ilə yaradılan ASC-nin səhmləri dövlətə məseafoodplus.info də imzalanmış yeni fərmana əsasən, ASC-nin ipoteka kreditləşməsinə cəlb etdiyi vəsait yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində orta bazar qiymətindən artıq olmayan və təmirli yaşayış sahələrinin alınmasına yönəldilir.

Dövlət başçısı “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi qaydasını da təsdiqləyib. Qaydaya görə, kredit Azərbaycan manatı ilə, Azərbaycan Respublikasının vətəndaşına verilməlidir. Müddət 3 ildən 25 ilədək, güzəştli ipoteka krediti üçün isə 30 ilədəkdir.

 İpoteka kreditinin verilməsi qaydasıDolların kursu 1 manat 53 qəpiyi ötdü

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

Mərkəzi Bank iyunun də 1 ABŞ dollarının rəsmi kursunu 1, manatdan 1, manata qaldırıb.

Avronun da kursunda artım var. 1 avro 1, manata təklif olunur. Ötən gün rəsmi qiymət 1, manat müəyyən edilmişdi.

seafoodplus.info-ın məlumatına görə, Mərkəzi Bank Rusiya rublunun məzənnəsini aşağı salıb. İyunun də 0, manata satılan 1 rublun rəsmi məzənnəsi bu gün 0, manata düşüb (Tam siyahı).Ötən il Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb, dolların rəsmi kursu 78 qəpikdən 1 manat 55 qəpiyə qalxıb. Bu il təşkil olunan hərraclarda Dövlət Neft Fondu 2 milyard ,4 milyon dollar, Mərkəzi Bank ,4 milyon dollar həcmində valyuta satıb, manatın kursunu sabit saxlamağa üst-üstə 2 milyard ,8 milyon dollar sərf edilib.

Sərkisyan cəbhə xəttində olub, hərbi müşavirə keçirib

Ermənistan prezidenti Serj Sərkisyan Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə iyunun də başlayan qanunsuz səfərinin ilk günü öncə cəbhə xəttində olub, sonra hərbi müşavirə keçirib. seafoodplus.info-ın məlumatına görə, vertolyotla Dağlıq Qarabağın cənub istiqamətində enən Serj Sərkisyan işğalçı rejimin başçısı Bako Saakyan və əvvəlki lideri Arkadi Qukasyanla birgə təmas xəttinin bəzi məntəqələrinə baş çəkib, əsgər və zabitlərlə görüşüb.

Həmin gün Serj Sərkisyan və Bako Saakyan Xankəndidə işğalçı ordunun ali zabit heyəti ilə müşavirə keçiriblər.

ci ildən prezident postunu tutan Serj Sərkisyan ci dəfədir Dağlıq Qarabağa səfər edir. O, işğalçı müharibənin ən qaniçən liderlərindən biridir.

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

cu ildən Dağlıq Qarabağ separatçılarının komandanı, cü ildən isə Ermənistanın müdafiə naziri olub.

Ermənistan Silahlı Qüvvələri 23 ildir Azərbaycanın bütün cənub-qərbini işğal altında saxlayır. ci illərdə Dağlıq Qarabağ bölgəsi və Laçın rayonu, cü ildə Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları işğal edilib.

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

Təlim: Silahlı Qüvvələr hücum əməliyyatı keçirib

Azərbaycan Silahlı Qüvvələrinin operativ-taktiki təlimləri iyunun də döyüş atışı, hücum əməliyyatı ilə davam edib. Təlimlərə 25 min nəfərədək şəxsi heyət, dən çox tank və zirehli döyüş maşını, dən artıq raket və artilleriya qurğusu, a yaxın hərbi aviasiya, dan çox hava hücumundan müdafiə sistemləri və Xüsusi Təyinatlı Qüvvələrin bölmələri cəlb olunub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov komanda məntəqəsində olub, birlik, birləşmə, hərbi hissə komandirlərinə, eləcə də qərargah rəislərinə təlimin ssenarisinə uyğun göstəriləcək fəaliyyətlərlə bağlı tapşırıqlar verib və məruzələri dinləyib.

Rəsmi məlumata görə, döyüş atışlı təlimdə hücum əməliyyatı qərarına uyğun olaraq atəş hazırlığı üç atəş basqını üzrə planlaşdırılıb.

Birinci atəş basqınında düzünə tuşlamaya çıxarılmış tanklar və döyüş maşınları, minaatan batareyalar, özüyeriyən artilleriya divizionları, ağır odsaçan sistemlər batareyası və digər artilleriya divizionları və batareyaları iştirak edib.

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

İkinci atəş basqını ordu və cəbhə aviasiyasının vasitəsilə yerinə yetirilib və bu atəş basqınında Silahlı Qüvvələrin hücum təyyarələri, qırıcı və döyüş helikopterləri iştirak ediblər.

Üçüncü atəş basqınında düzünə tuşlamaya çıxarılmış tanklar və döyüş maşınları, minaatan batareyalar, özüyeriyən və reaktiv artilleriya divizionları təlimlərə qoşulub.

Atəş hazırlığı başa çatdıqdan sonra bölük taktiki qrupları üç istiqamətdə müdafiəni yararaq şərti düşmənin dayaq məntəqələrini ələ keçirib. Bu qruplar dərinlikdə qurulmuş tank əleyhinə xəndəklərin və torpaq bəndlərin arxasında atəş mövqeyi tutaraq bu maneələrdən keçidlər açan mühəndis texnikasını öz atəşləri ilə himayə edib, həmçinin ikinci eşelon bölüklərinin döyüşə yeridilməsini təmin edib.

Təlimin növbəti mərhələsində düşmənin mina sahələrindən keçidlər açılıb, helikopterlər vasitəsilə dağ aşırımlarına taktiki desant qruplarının endirilməsi icra edilib. Taktiki desant qruplarının endirilməsi döyüş helikopterləri ilə dəstəklənib.

Təlimin son mərhələsində canlı qüvvənin və hərbi texnikanın hərəkəti, eləcə də mövqeyinin dəyişdirilməsi müşahidə olunub, helikopterlərlə təxliyə həyata keçirilib.

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma
Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

Əhalinin orta aylıq gəliri nə qədərdir?

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

Gəlirlərin 79,4 faizi son istehlak xərclərinə, 9,5 faizi vergilər, sığorta və üzvlük haqları, 2,8 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 8,3 faizi isə yığıma yönəldilib.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 15 milyard ,9 milyon manat və ya hər nəfərə orta hesabla ,6 manat vəsait qalıb.

Əhalinin yanvar-may ayları üzrə gəlirləri haqqında rəsmi hesabat yayılıb. seafoodplus.info-ın məlumatına görə, Dövlət Statistika Komitəsi bildirir ki, cı ilin ilk beş ayında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 8,3 faiz artıb, 17 milyard ,6 milyon manata çatıb. Əhalinin hər nəfərinə düşən gəlirlər isə ,9 manat və ya ayda orta hesabla ,6 manat təşkil edib.

Gəlirlərin 79,4 faizi son istehlak xərclərinə, 9,5 faizi vergilər, sığorta və üzvlük haqları, 2,8 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 8,3 faizi isə yığıma yönəldilib.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 15 milyard ,9 milyon manat və ya hər nəfərə orta hesabla ,6 manat vəsait qalıb.

Naxçıvanın sosial-iqtisadi göstəriciləri

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında milyon 63 min manatlıq ümumi daxili məhsul istehsal olunub, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu ilin 5 ayı ərzində hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi ci ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz artaraq ,1 manata çatıb.

Muxtar respublikada ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə milyon min manat həcmində məhsul istehsal edilib. Bu da ci ilin müvafiq dövründəki göstəricini 3,1 faiz üstələyib.

Cari ilin yanvar-may aylarında 47 milyon min manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunub, bu da ci ilin müvafiq dövründəki göstəricidən 4,2 faiz çoxdur. Bu dövrdə muxtar respublikada diri çəkidə 8,3 min ton ət, 34,5 min ton süd istehsal edilib, ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,7 faiz, süd istehsalı 1,5 faiz artıb.

cı ilin yanvar-may aylarında muxtar respublikada əhalinin gəlirləri ci ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz artaraq milyon min manat, onun hər bir nəfərə düşən həcmi isə 1 faiz yüksələrək ,5 manat təşkil edib.

Bu ilin yanvar-aprel aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği ,8 manat olub və bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz artıb.

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

Muxtar respublikada cari ilin yanvar-may aylarında milyon ,2 min ABŞ dolları həcmində xarici ticarət dövriyyəsi qeydə alınıb. İxracın həcmi son bir il ərzində 2,2 faiz artaraq milyon ,7 min dollar təşkil edib, milyon dollardan artıq həcmdə müsbət saldo yaranıb.

Bu il mayın 1-nə olan məlumata görə, muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətdə nəfər və ya 1,1 faiz artaraq min nəfərə çatıb.

Neft Fondu 32 banka 50 milyon dollar satdı

İyunun də növbəti valyuta hərracı keçirilib. Dövlət Neft Fondu hərraca 50 milyon dollar məbləğində vəsait çıxararaq 32 banka satıb.

seafoodplus.info bildirir ki, bununla cı ildə təşkil olunan hərraclarda Dövlət Neft Fondunun satdığı valyutanın həcmi 2 milyard ,4 milyon dollara çatıb.

Mərkəzi Bankdan isə bu il ,4 milyon dollar həcmində valyuta alınıb.

müəllimin qatıldığı imtahanda nəfər uğur qazandı

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqə çərçivəsində iyunda keçirilmiş imtahanların nəticələri bəlli olub.

Namizədlərə ixtisaslarına uyğun olaraq ümumi təhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika və təlim strategiyaları üzrə 10, məntiq üzrə 10 sual olmaqla, ümumilikdə 60 sual təqdim edilib.

seafoodplus.info-ın məlumatına görə, müsabiqədə elektron ərizəsi təsdiqlənmiş nəfərdən nəfəri (76,93 faiz) iştirak edib. İştirakçılardan nəfəri müsahibə mərhələsinə keçib.

Müsabiqənin nəticələri barədə məlumatlar hər bir namizədin şəxsi səhifəsində yerləşdirilib.

Əsasən ingilis dili, coğrafiya müəllimləri imtahanda yüksək nəticə göstəriblər. Test mərhələsində keçid balını toplaya bilməyən müəllimlərin əksəriyyəti isə texnologiya, musiqi və fiziki tərbiyə müəllimləri olub.

Azərbaycan prezidentinin mətbuat katibi ordenlə təltif olundu

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

Azərbaycan prezidentinin mətbuat katibi Azər Qasımov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Dövlət başçısı İlham Əliyevin 23 iyun sərəncamında təltif Azər Qasımovun dövlət qulluğunda səmərəli fəaliyyəti ilə əsaslandırılıb. 23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur. Dünən isə Azər Qasımovun 50 yaşı tamamlanıb.

seafoodplus.info bildirir ki, Azər Qasımov 22 iyun cı ildə Bakı şəhərində doğulub. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu, Bakı Dövlət Universitetini və Çenq Du Universitetini (Çin) bitirib.

cü ildən Çin Xalq Respublikasındakı səfirlikdə tərcüməçi, Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar İdarəsində attaşe, Konsulluq İdarəsində attaşe, İranın Təbriz şəhərindəki baş konsulluqda attaşe, İrandakı səfirlikdə attaşe, üçüncü katib, Xarici İşlər Nazirliyinin Asiya, Afrika və Latın Amerikası Ölkələri İdarəsində üçüncü katib, ikinci katib olub.

ci ildən Milli Məclis Aparatının beynəlxalq münasibətlər şöbəsinin müdiri vəzifəsində çalışıb.

13 mart cü ildən Azərbaycan prezidentinin mətbuat katibidir.

İpotekanın yeni qaydalarında nələr var?

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

seafoodplus.info prezident İlham Əliyevin 22 iyun cı il fərmanı ilə təsdiqlənmiş “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi qaydasının bəzi məqamlarını təqdim seafoodplus.infoa kreditləşməsini “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti (ASC) həyata keçirəcək.

Qaydaya əsasən, ipoteka kreditini Azərbaycan vətəndaşı ala bilər. Kredit manatla, 3 ildən 25 ilədək, güzəştli ipoteka krediti isə 30 ilədək müddətə verilir.

Bu xidmətdən mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı yaşayış sahəsinin alınması üçün istifadə edilə bilər.

İpoteka kreditinin məbləği ərazi üzrə orta bazar qiymətindən artıq olmur və təmirli yaşayış sahələrinin alınmasına verilir. Maksimal məbləği və illik faiz dərəcələrini ASC-nin Müşahidə Şurası müəyyən edir.

Qaydaya görə, vətəndaşa yaşayış sahəsinin dəyərinin 85 faizindən çox və 75 faizindən az məbləğdə kredit verilmir. Aylıq ödənişin həcmi isə ümumi gəlirin 70 faizindən çox olmur, bərabər hissələrə bölünür. Kreditin son ödəniş tarixi pensiya yaşı həddini (kişilər üçün 63 yaş, qadınlar üçün 60 yaş) keçməməlidir.

Gənc ailənin üzvü olan bu şəxslər ipoteka krediti imkanından istifadə edə bilər:

— şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

— Milli Qəhrəman (özü, əri/arvadı, övladları);

— məcburi köçkün və ya ona bərabər tutulan şəxs;

— ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

— ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;

— fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;

— idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer);

— elmlər doktoru elmi dərəcəsi olan şəxs;

— ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs;

— ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılan hərbi qulluqçular;

— ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs.

Güzəştli ipoteka kreditindən yalnız bir dəfə istifadə oluna bilər.

İpoteka krediti “Elektron hökumət” portalında olan “Elektron ipoteka” sistemi ilə verilir.

Bu sistemlə edilən müraciətlərə növbəli əsasda baxılır. Müraciət edən şəxsə qeydiyyat nömrəsi elektron sistem vasitəsilə verilir.

Vətəndaş ipoteka krediti almaq üçün şəxsiyyətini təsdiq edən sənəd və sənədin surətini; nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surətini; yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surətini; iş yerini və gəlirlərini təsdiq edən sənədləri təqdim edir.

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

Fərdi sahibkardan vergi orqanlarında qeydiyyatdan keçdiyi barədə şəhadətnamənin surəti, vergi orqanlarının qəbul etdiyi gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsini də tələb olunur.

İpoteka kreditinin verilib-verilməməsi haqqında 3 iş günü ərzində qərar qəbul edilir, bu qərar vətəndaşa bildirilir, elektron sistemdə də yerləşdirilir.

Razılıq əldə olunduqdan sonra vətəndaş 45 gün ərzində yaşayış sahəsini müəyyənləşdirməlidir. 3 iş günü ərzində isə qiymətləndirmə aparılır. Müvəkkil bank kreditin verilməsinə dair qərarı 5 iş günü müddətində qəbul edir.

İpoteka kreditinin verilməsindən imtina edilmiş şəxsin ipoteka krediti almaq üçün təkrar müraciət etmək hüququ var.

Qaydaya görə, ASC-nin Müşahidə Şurası kredit və güzəştli ipoteka krediti üzrə illik faiz dərəcələrini müəyyən edənə qədər illik faiz dərəcəsi 8 faizdən, güzəştli ipoteka krediti üzrə isə 4 faizdən çox olmamalıdır.

Qarabağ müharibəsi əlillərinə yeni evlər verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Ağdaş və Göyçay rayonlarında 5 yeni fərdi yaşayış evini Qarabağ müharibəsi əlillərinin istifadəsinə verib.

İyunun də yayılan rəsmi məlumata görə, nazirlik keçən il nəfər, bu ilin ötən dövründə isə nəfərdən çox Qarabağ müharibəsi əlili və şəhid ailəsinin mənzillə təminatını həyata keçirib.

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

Dövlət istiqrazlarının yerləşdirilməsi barədə məlumat

Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi barədə açıqlama yayıb. Açıqlamaya görə, “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin tədavül müddəti gün olan 10 milyon manat və tədavül müddəti gün olan 10 milyon manat məbləğlərində dövlət istiqrazları üzrə hərrac keçirilib.

günlük dövlət istiqrazları üzrə investorların təqdim etdiyi sifarişlərin nominal üzrə ümumi məbləği 52,8 milyon manat olub. Maliyyə Nazirliyi rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 95, (gəlirlilik 8,%) səviyyəsində müəyyən edib. İstiqrazların ödəmə müddəti 20 dekabr cı ildir.

günlük dövlət istiqrazları üzrə sifarişlərin nominal üzrə ümumi məbləği 36,4 milyon manat olub. Rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiymət 91,

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

(gəlirlilik 9,%) səviyyəsində müəyyən edilib. İstiqrazların ödəmə müddəti 20 iyun ci ildir.

Lerikdə forum: 59 sahibkara güzəştli kredit verildi

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iyunun də Lerik rayonunun Anbu kəndində işgüzar forum keçirib. Rəsmi məlumata görə, ə yaxın sahibkarın iştirak etdiyi forumda Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 59 sahibkara min manat güzəştli kredit verilib. Bu kreditlər əsasən heyvandarlıq, arıçılıq, çörək istehsalı sahələrinin inkişafına yönəldiləcək. Keditlərin reallaşdırılması hesabına ə yaxın yeni iş yerinin açılması mümkün olacaq.

Tədbirdə çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, cı ilin ötən dövrü ərzində sahibkar 66 milyon manat güzəştli kredit alıb. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Qeyd edilib ki, ümumilikdə indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihəsinin maliyyələşdirilməsinə ,6 milyon manat güzəştli kredit verilib, dən çox yeni iş yerinin açılması imkanı yaradılıb.

Rəsmi açıqlama: Beynəlxalq Banka milyon manatdan çox ziyan vurulub

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

Beynəlxalq Banka külli miqdarda ziyan vurulması faktı ilə əlaqədar Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılan cinayət işinin istintaqı bəzi epizodlar üzrə başa çatıb.

İyunun də Daxili İşlər Nazirliyi mətbuat xidmətinin bununla bağlı yaydığı məlumatda deyilir ki, ci illərdə Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsində işləmiş Cahangir Hacıyev digər şəxslərlə qabaqcadan əlbir olaraq mütəşəkkil qrup yaradıb və həmin qrupa rəhbərlik edib: “Cahangir Hacıyev qulluq mövqeyindən sui-istifadə edərək özünün, ailə üzvlərinin və digər şəxslərin adına kart hesabları açıb və həmin hesablara külli miqdarda pul vəsaitlərinin köçürülməsi barədə qanunsuz göstərişlər verib”. Məlumata görə, Cahangir Hacıyev və cinayətin digər iştirakçıları Müşahidə Şurasının qərarı olmadan Beynəlxalq Bankın filiallarında bir çox fiziki şəxsin adına 47 milyon min manat kredit pullarını rəsmiləşdirərək mənimsəyiblər, Beynəlxalq Banka ümumilikdə milyon min manat məbləğində ziyan vurublar.

Qeyd edilən epizodlar üzrə Cahangir Hacıyevə və digər 7 şəxsə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib.

Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva da iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin məlumatında deyilir ki, Zamirə Hacıyeva istintaqdan gizləndiyi üçün onun barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan edilib.

Hazırda təqsirləndirilən şəxslər və onların müdafiəçiləri iş materialları ilə tanış edilir və cinayət işi məhkəməyə göndərilmək ərəfəsindədir.

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

Məlumatda o da bildirilir ki, istintaq prosesində ölkədə və xarici dövlətlərdə müxtəlif layihələrin həyata keçirilməsi adı altında yaradılmış dən çox müəssisə və şirkət vasitəsilə Beynəlxalq Bankdan götürülən külli miqdarda pul vəsaitinin mənimsənməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən ayrıca icraatda cinayət işi ayrılıb.

Mətbuat xidməti iş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirlərinin davam etdirildiyini vurğulayır.

Cahangir Hacıyev ci ilin dekabrından həbsdədir.

İspaniya: 75 ildə ilk dəfə ölüm doğumu üstələyib

İspaniyada ci ildən bəri ilk dəfə ölüm halları doğumu üstələyib. seafoodplus.info xəbər verir ki, Milli Statistika İnstitutunun ci ilə dair hesabatında belə deyilir.

İyunun də yayılan hesabata görə, ci ildə İspaniyada min uşaq doğulub. Bu, cü illə müqayisədə 2% ( uşaq) azdır. Ötən il ölkədə ölənlərin sayı min nəfər (cü illə müqayisədə 6,7% və ya 26 min  nəfər çox) olub. Beləliklə, İspaniyada ci ildə ölənlərin sayı doğulanların sayını nəfər üstələyib. Bu, ci ildən bəri ilk belə haldır.

Ümumilikdə İspaniyada ci ildən bu yana doğum göstəricisi 19,4% azalıb. Həmin il ölkədə min nəfər doğulub.

Dünyaya uşaq gətirmək imkanı olan ispan qadının doğum göstəricisi 1,dür. Gəlmə qadınlar onlara nisbətən daha tez-tez uşaq dünyaya gətirir – 1,

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

İspaniyada ilk dəfə uşaq dünyaya gətirən qadının orta yaşı 31,9-dur.

Statistik məlumatlara görə, İspaniyada orta ömür həddi ci ildən bəri ilk dəfə azalaraq 82,7 yaş (kişilər 79,9 yaş, qadınlar 85,4 yaş) təşkil edib.

Yeni rektorlar

İyunun də prezident İlham Əliyev Cəfər Cəfərovu Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifəsindən azad edərək Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru təyin edib.

Pedaqoji Universitetinin əvvəlki rektoru Yusif Məmmədov vəzifədən mayın 5-də azad edilib. O, cı il aprelin dən rektor olub.

Dövlət başçısının digər sərəncamları ilə Asif Hacıyev Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən çıxarılıb, Nurlana Əliyeva həmin universitetin rektoru təyin olunub.

Nurlana Əliyeva əvvəllər Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru vəzifəsində çalışıb. Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədridir.

Vətəndaşların müraciətləri ilə bağlı yeni qayda təsdiqlənib

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

“Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına nəzarətin həyata keçirilməsi qaydası” təsdiq edilib. Fərmanı prezident İlham Əliyev iyunun də imzalayıb.

seafoodplus.info bildirir ki, qaydaya görə, vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına nəzarət aşağıdakı məsələləri əhatə edir:— daxil olan müraciətlərin vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması qaydası tələblərinə uyğun olaraq qəbulu və qeydə alınması;

— müraciətlərə qanunla müəyyən edilmiş müddətdə mahiyyəti üzrə baxılması və onların cavablandırılması;

— təkrar və kollektiv müraciətlərin sayı, onların yaranma səbəblərinin təhlili;

— aidiyyəti üzrə göndərilmiş, baxılmamış, rədd edilmiş və ya qismən təmin edilmiş müraciətlərin sayının müəyyənləşdirilməsi və onların təhlili;

— müraciətlərin iş nomenklaturu üzrə formalaşdırılması, saxlanılması və arxivləşdirilməsi;

— vətəndaşların qəbulunun təşkili, uçotu və onların qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən tədbirlər;

— vətəndaşların müraciətləri ilə bağlı təşkilatların ümumiləşdirmələr və təhlillər aparması, statistik məlumatlar hazırlaması;

— vətəndaşların müraciətlərinə baxılması ilə bağlı aktların, iclas protokollarının və digər sənədlərin hazırlanması, rəsmiləşdirilməsi və arxivləşdirilməsi.

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına nəzarət vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemindən istifadə qaydalarına əməl olunmasına və həmin sistemdəki informasiyanın təhlükəsizliyinin təmin edilməsinə dair məlumatları da əhatə edir.

Mərkəzi Bank dolların kursunu qaldırıb

İyunun də Mərkəzi Bank 1 ABŞ dollarının məzənnəsini 1, manat müəyyən edib. Ötən gün rəsmi kurs 1, manat idi.

Avronun kursunda isə eniş qeydə alınıb. İyunun də 1, manata təklif olunan 1 avro bu gün 1, manata satılır.

seafoodplus.info-ın məlumatına görə, Mərkəzi Bank Rusiya rublunun məzənnəsini də aşağı salıb. 1 rubl 0, manatdan 0, manata düşüb.

İngilis bayrağı Avropadan yan əsdi

Böyük Britaniyada ölkənin Avropa İttifaqında qalıb-qalmamasını müəyyənləşdirən referendumun nəticələri açıqlanıb. seafoodplus.info bildirir ki, iyunun də keçirilən referenduma

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

qatılanların 52%-i ölkənin Avropa İttifaqından çıxmasına səs verib. Avropa İttifaqı əleyhdarları 17,41 milyon səs toplayıblar.

Seçicilərin 48%-i (16,14 milyon nəfər) Böyük Britaniyanın Avropa İttifaqında qalmasına tərəfdar çıxıb. Seçici fəallığı 72%-i (33,5 milyon nəfərdən çox) ötüb.

ci ildə əsası qoyulmuş Avropa İttifaqına Böyük Britaniya cü ildə daxil olub. Hazırda Avropa İttifaqının daha 27 üzvü var: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan.

23 iyun referendumu mütləq hüquqi qüvvə daşımır, Böyük Britaniyanın Avropa İttifaqında qalıb-qalmamasını hökumət həll edəcək.

Avropa İttifaqından çıxmaq proseduru Lissabon razılaşması ilə tənzimlənir. Həmin razılaşmaya görə, London iki il ərzində Avropa İttifaqının hər bir ölkəsi ilə ayrılmağın şərtlərini razılaşdırmalıdır. Ölkənin Avropa İttifaqından tam ayrılması bir neçə il çəkə bilər.

Funt ci il səviyyəsinə endi, neft 6 faizdən çox ucuzlaşdı

Böyük Britaniyadakı referendumda Avropa İttifaqı əleyhdarlarının qələbəsi ölkənin milli valyutasının kəskin dəyər itirməsi ilə müşayiət olunub. seafoodplus.info-ın məlumatına görə, iyunun də funt sterlinqin dollara kursu ci il səviyyəsinə enib. 1 funt günün əvvəlində 1, dollar olub (son 31 ildə ən aşağı hədd), sonra cüzi dəyər qazanaraq 1,35 dollara qalxıb.

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

Böyük Britaniyada iyunun də keçirilən referenduma qatılanların 52%-i ölkənin Avropa İttifaqından çıxmasına səs verib. Seçicilərin 48%-i Böyük Britaniyanın Avropa İttifaqında qalmasına tərəfdar çıxıb.

Referendumdan sonra dünyanın fond birjalarında ajiotaj yaşanır. Neft isə 6 faizdən çox ucuzlaşıb. “Layt” neftinin bir barreli Nyu-York birjasında 46,8 dollara, “Brent” nefti isə London birjasında 47,59 dollara satılır.

AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barreli 51,05 dollara təklif olunur.

Nazir Qarabağ müharibəsi əlillərinə ev təqdimatında çıxış edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrini yeni mənzillərlə təminatı Balakən rayonunda davam etdirilib. İyunun də yayılan rəsmi məlumata görə, nazirliyin sifarişi əsasında rayonda inşa olunan fərdi yaşayış evlərindən tikintisi başa çatmış 2 ev növbədə olan Qarabağ müharibəsi əlilləri Rəhimov Aydəmir Ağabəy oğluna və Layıcov Ceyhun Əsədulla oğluna təqdim olunub.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, əlil ictimai birliklərinin və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

Səlim Müslümov prezident İlham Əliyevin 20 iyun cü il sərəncamının icrası işlərindən bəhs edib, mənzillə təmin edilənlərin sayının ildən-ilə artdığını diqqətə çatdırıb. O, nazirliyin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə keçən il əvvəlki illə müqayisədə 61,5 faiz çox, yəni mənzil verdiyini qeyd edib: “Cari il ərzində də ötən illə müqayisədə daha çox şəxsin mənzillə təmin edilməsi nəzərdə tutulur. Bu ilin ötən dövründə Beyləqan rayonunda 54 mənzili yaşayış binası, Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir edilmiş 53 mənzil, dən artıq rayonda 96 ədəd fərdi yaşayış evi, ümumilikdə mənzil Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunub”.

Bu vaxta qədər nazirliyin xətti ilə nəfər əlil və şəhid ailəsinin mənzillə təmin edildiyini bildirən nazir onların 91 faizinin məhz Qarabağ müharibəsi əlilləri və şəhid ailələri olduğunu diqqətə çatdırıb.

Məğlub baş nazir istefa verir

Böyük Britaniyanın baş naziri Devid Kemeron ölkədəki referendumun nəticələri ilə bağlı açıqlama verib.

İyunun də Böyük Britaniyada ölkənin Avropa İttifaqında qalıb-qalmamasını müəyyənləşdirən referendum keçirilib. Referenduma qatılanların 52%-i Britaniyanın Avropa İttifaqından çıxmasına tərəfdar çıxıb.

seafoodplus.info-ın məlumatına görə, iyunun də referendumun nəticələri ilə bağlı çıxış edən Devid Kemeron deyib ki, o, hələ də Britaniyanın Avropa İttifaqında qalmasının daha düzgün olduğunu düşünür. “Ancaq Britaniya əhalisi bunu

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

istəmədi. Bu o deməkdir ki, onlar yeni idarə sistemi və təbii ki, yeni lider istəyirlər”.

Ona görə də Devid Kemeron bu ilin oktyabr ayında istefaya gedəcəyini bildirib: “Britaniyanın Avropa ittifaqından çıxması prosedurunun başlanması müddətini Birləşmiş Krallığın yeni baş naziri müəyyən edəcək”.

Böyük Britaniyanın Avropa İttifaqından çıxmasını dəstəkləyənləri referendumda qalib gəlmələri münasibətilə təbrik edən baş nazir vurğulayıb ki, britaniyalıların fikrinə hörmətlə yanaşılmalı, onların seçimi əsas götürülməli, referendumun nəticələrinə uyğun addımlar atılmalıdır. Bu baxımdan Devid Kemeron britaniyalıların Avropa İttifaqından çıxmaq niyyətini yerinə yetirə bilmələri üçün əlindən gələni edəcəyini söyləyib. O, ölkə siyasətində dərhal dəyişikliyin baş verməyəcəyini də qeyd edib.

Devid Kemeron cı il oktyabrın 9-da Londonda doğulub. ci ildən Mühafizəkarlar Partiyasının lideridir. Böyük Britaniyanın baş naziri postuna cu ildə təyin olunub.

ci ildə əsası qoyulmuş Avropa İttifaqına Böyük Britaniya cü ildə daxil olub. Hazırda Avropa İttifaqının daha 27 üzvü var: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan.

Avropa İttifaqından çıxmaq proseduru Lissabon razılaşması ilə tənzimlənir. Həmin razılaşmaya görə, London iki il ərzində Avropa İttifaqının hər bir ölkəsi ilə ayrılmağın şərtlərini razılaşdırmalıdır. Ölkənin Avropa İttifaqından tam ayrılması bir neçə il çəkə bilər.

Əcnəbilərin Azərbaycanda alış-verişi asanlaşdırıldı

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində aldığı, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödədiyi əlavə dəyər vergisinin (ƏDV) qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək. APA-nın məlumatına görə, bu, iyunun də Milli Məclisin plenar iclasında qəbul edilən Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Yenilik vergi ödəyicisinə ƏDV-nin qaytarılması şərti ilə satışı həyata keçirmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada ərizə ilə vergi orqanlarına müraciət etmək hüququ verir. Vergi orqanlarının vəzifələri sırasına isə ƏDV-nin qaytarılması şərti ilə satışı həyata keçirmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada vergi ödəyicilərinin qeydiyyatını aparmaq, satıcı kimi qeydiyyata alınmış vergi ödəyicilərinin müraciəti əsasında onları müvafiq proqram təminatı və texniki avadanlıqlarla təchiz etmək, ƏDV-nin qaytarılması sisteminin təşkili ilə bağlı müəyyən edilmiş gömrük-sərhəd buraxılış məntəqələrində zəruri infrastrukturun yaradılmasını təmin etmək əlavə edilib.

Vergi Məcəlləsinə edilən bu dəyişikliklər Azərbaycana xarici turistləri cəlb etmək və onların ölkə ərazisində mal və məhsulun alışını təşviq etmək məqsədi güdür.

Bununla da Milli Məclisin növbədənkənar sessiyası başa çatıb, deputatlar tətilə çıxıb.

23 iyun referendumunun nəticəsi dünyaya nə vəd edir?

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

Böyük Britaniyadakı 23 iyun referendumunun nəticəsi dünyanın siyasi-iqtisadi arenasında nə dəyişikliklər yarada bilər? Azərbaycanlı ekspertlər bu mövzuda şərhlər yayıb.

İyunun də Böyük Britaniyada ölkənin Avropa İttifaqında qalıb-qalmamasını müəyyənləşdirən referendum keçirilib. Referenduma qatılanların 52%-i Britaniyanın Avropa İttifaqından çıxmasına tərəfdar çıxıb.

ci ildə əsası qoyulmuş Avropa İttifaqına Böyük Britaniya cü ildə daxil olub. Hazırda Avropa İttifaqının daha 27 üzvü var: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan.

seafoodplus.info-ın məlumatına görə, politoloq Azər Qasımlı yazır ki, Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi ilə qurumun taleyi sual altında qalacaq: “Böyük Britaniya Avropa İttifaqının üzvü olsa da, quruma tam inteqrasiya həyata keçirməmişdi. Ölkə Şengen məkanı (Britaniyaya gəlmək istəyənlər viza almaq məcburiyyətində idi) və avro zonasına (öz valyutasını saxlamışdı) daxil deyildi, xarici siyasətdə tam müstəqil yol tutmuşdu. Məsələn, cü ildə Amerika Birləşmiş Ştatlarının İraqa müdaxiləsinə Avropa İttifaqının əsas ölkələri etiraz edəndə İngiltərə tam əks yol tutdu, ABŞ-ın yanında oldu. Böyük Britaniyada avroskeptiklərin mövqeyi hər zaman güclü olub və gec-tez ölkənin birlikdən çıxma ehtimalı yaşanıb.

Böyük Britaniya referendumundan sonra Avropa İttifaqının gələcəyi necə olacaq? Əsas sual budur. İngiltərənin birlikdən çıxması təsirsiz ötüşməyəcək. İlk növbədə Avropa İttifaqına qarşı siyasi təşkilatların, siyasətçilərin, bir sözlə, avroskeptisizm mövqeyi, birliyə daxil olan ölkələrdə milliyyətçilik meylləri

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

güclənəcək. Bu da böyük ehtimalla mühacirlərin qarşısını almaq üçün Şenqen rejimini yenidən gözdən keçirmək və rejimi daha da sərtləşdirməklə nəticələnəcək.

İkincisi, Avropa İttifaqı daha müstəqil xarici siyasət yürütməyə başlayacaq. Anqlo-sakson trendi zəifləyəcək, ABŞ-ın Avropa İttifaqı ölkələrinə təsiri azalacaq, Almaniya və Fransa birmənalı söz sahibinə çevriləcək, Avropa ölkələrinin xarici siyasəti əsasən bu iki ölkənin qərarlarından asılı olacaq. Bu da müəyyən dövrdən sonra (miqrant probleminin həllindən sonra) Avropa İttifaqının postsovet ölkələri hesabına genişlənməsinə yaşıl işıq yandıra bilər. Bu siyasət ABŞ-ın da maraqlarındadır. Bir sözlə, Avropa İttifaqını dəfn etmək hələ çox tezdir”.

Politoloq Rövşən İbrahimov hesab edir ki, mövcud seçimlə Böyük Britaniya başını bəlaya salıb: “Ölkədə ciddi maliyyə, siyasi, geosiyasi, hətta ərazi bütövlüyü problemləri yaranacaq”.

İqtisadçı ekspert Qubad İbadoğlu referendumdan sonra dünya valyuta bazarında baş verən dəyişikliklərə nəzər salıb. Ekspert Azərbaycana təsirlərin də qaçılmaz olduğunu qeyd edib: “Böyük Britaniyada çoxluğun Avropa İttifaqını tərk etmək təklifini dəstəkləməsi dünya bazarlarında yeni təlatümlər yaradıb. Referendumun nəticələri bəlli olandan dərhal sonra ingilis funt sterlinqi dollara nəzərən 7,18 faiz, avro isə 2 faiz dəyər itirib. Həmin gün “Brent” markalı xam neft 2 dollara qədər ucuzlaşıb. Eyni zamanda bu hadisədən sonra fond bazarlarında səhmlərin dəyərində də dəyişikliklər müşahidə olunur. ABŞ iqtisadiyyatında əhəmiyyət kəsb edən indekslər dəyər qazanıb, Asiya iqtisadiyyatına təsiri olan indekslər isə dəyər itirib. Bu dəyişikliklər Azərbaycan manatının dollara nəzərən məzənnəsinə təzyiqləri də artıracaq. Dünyada dolların mövqeyini möhkəmləndirən bu cür tendensiyalar o cümlədən Türkiyə və Rusiya kimi inkişaf etməkdə olan ölkələrin milli valyutalarının məzənnəsinə də təsirsiz ötüşməyəcək”.

Rabitə və yüksək texnologiyalar nazirinin yeni birinci müavini

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

Əli İzzət oğlu Abdullayev prezident İlham Əliyevin 23 iyun sərəncamı ilə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilib.

seafoodplus.info bildirir ki, Əli Abdullayev cu ildə Azərbaycan Universitetini beynəlxalq münasibətlər ixtisası üzrə, ci ildə Dövlət İdarəçilik Akademiyasını hüquqşünas ixtisası üzrə bitirib.

cı illərdə Əmlak Məsələləri Dövlət Komitəsində hüquq şöbəsinin müdiri vəzifəsində işləyib. cı illərdə Hərracların Təşkili üzrə Auksion Mərkəzinin baş direktoru olub. cü ildən həmçinin Heydər Əliyev Fondunda hüquq məsələləri üzrə ekspert fəaliyyəti göstərib.

Son təyinata qədər Əli Abdullayev cı ildən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri idi.

tibb işçisi ilk cəhddə imtahandan keçə bilməyib

cı ilin yanvar-iyun ayları ərzində Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası sertifikasiya imtahanlarında iştirak üçün nəfərə buraxılış vərəqəsi verib. Onların nəfəri imtahanlardan keçib. İlk cəhddə imtahanlardan keçməyənlərin sayı nəfər olub.

Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirir ki, imtahanlarda iştirak edənlərin nəfəri 50 baldan çox, nəfəri bal arası, nəfəri bal arası toplayıb.

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

Sentyabr ayına qədər keçiriləcək test imtahanlarında iştirak üçün daha nəfərə yaxın namizəd qeydə alınıb.

Sertifikasiyanın məqsədi əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanmasıdır.

cı ilin yanvar ayından sertifikasiya imtahanı bir mərhələdə keçirilir. Müsahibə mərhələsi ləğv olunub.

Avropa Britaniyanı tez üzülüşməyə çağırdı

Avropa İttifaqı Şurasının sədri Donald Tusk, Avropa Parlamentinin sədri Martin Şults və Avropa Komissiyasının başçısı Jan-Klod Yunker Böyük Britaniyada keçirilmiş referendumun nəticələri ilə bağlı birgə bəyanat yayıb. seafoodplus.info-ın məlumatına görə, bəyanatda deyilir: “Azad və demokratik proses nəticəsində Britaniya xalqı Avropa İttifaqından çıxmaq niyyətini ortaya qoydu. Biz buna təəssüflənirik, ancaq qərara hörmətlə yanaşırıq”.

Bəyanatda qeyd olunur ki, Avropa İttifaqının rəhbərləri Böyük Britaniya hökumətindən xalqın qərarını mümkün qədər tez gerçəkləşdirməyi gözləyir: “Ləngimək qeyri-müəyyən vəziyyətin uzanmasına səbəb ola bilər”.

İyunun də Böyük Britaniyada ölkənin Avropa İttifaqında qalıb-qalmamasını müəyyənləşdirən referendum keçirilib. Referenduma qatılanların 52%-i Britaniyanın Avropa İttifaqından çıxmasına tərəfdar çıxıb.

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

ci ildə əsası qoyulmuş Avropa İttifaqına Böyük Britaniya cü ildə daxil olub. Hazırda Avropa İttifaqının daha 27 üzvü var: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan.

Avropa İttifaqından çıxmaq proseduru Lissabon razılaşması ilə tənzimlənir. Həmin razılaşmaya görə, London iki il ərzində Avropa İttifaqının hər bir ölkəsi ilə ayrılmağın şərtlərini razılaşdırmalıdır. Ölkənin Avropa İttifaqından tam ayrılması bir neçə il çəkə bilər.

Pensiyada cins fərqini aradan qaldırmaq lazımdırmı?

Azərbaycanda kişi və qadının əmək pensiyasına çıxmaq yaşını bərabərləşdirmək olarmı? seafoodplus.info bu sualla müzakirə aparıb.

“Əmək pensiyaları haqqında” qanuna görə, Azərbaycanda kişilər əmək pensiyasına 63, qadınlar 60 yaşda çıxır. Rəsmi statistikaya əsasən, ci ildə ölkədə gözlənilən ömür uzunluğu kişilər üçün 71,6, qadınlar üçün 76,8 yaş olub.

İqtisadçı ekspert Qubad İbadoğlu Azərbaycanda qadınların pensiya yaşı ilə əlaqədar bir neçə amilə nəzər yetirməyi vacib bilir: “Birincisi, işləyən vətəndaşlar arasında qadınların, xüsusilə orta yaş və ondan yuxarı olanların azlığı sosial baxımdan onların pensiya yaşının artırılması əleyhinə işləyir. Çünki bu halda qadınların işdən çıxma və pensiya yaşı arasında fərq artar.

İkincisi, kişilərin orta aylıq əməkhaqqı qadınların orta maaşından çoxdur. Pensiya yaşının artımı zərif cinsin nümayəndələrinin pensiyaya az sığorta yığımı ilə çıxmasına gətirər.

Dövlət Statistika Komitəsinə inansaq, qadınlar kişilərdən təxminən 5 il çox yaşayır. Amma indiki şəraitdə qadınların pensiya yaşının artırılması sosial baxımdan ədalətli hesab olunmur. Qadınların pensiya aldığı illərin azalması onların orta ömür göstəricisinə mənfi təsir edə bilər”.

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

Sosioloq Cavid İmamoğlu deyir ki, dünyanın inkişaf etmiş ölkələrində pensiya yaşını bərabərləşdirmək istiqamətində işlər gedir: “Pensiya yaşının ci ilə qədər bir çox ölkədə eyniləşdiriləcəyi haqda siyasətlər qəbul olunur. Qadın və kişinin pensiya yaşı arasında fərq əvvəllər sırf herontoloji baxımdan götürülürdü. Yəni dünyanın əksər ölkəsində qadınların kişilərə nisbətən tez qocaldığı nəzərə alınırdı. Son dövrlə isə pensiya siyasəti insan hüquq və azadlıqları kontekstində araşdırılır və gender üzrə fərqin aradan qaldırmaq siyasəti yürüdülür. Bunun həm kişilər, həm də qadınlar üçün ən optimal variant olduğu düşünülür.

Azərbaycanda da pensiya yaşında fərqin aradan qaldırılması mümkündür. İndiki vəziyyət heç də ürəkaçan deyil. Əmək qabiliyyəti ilə pensiya yaşı arasında fərq olduğu üçün qadınlar pensiyaya erkən çıxmaqdan məmnun qalmırlar. Bunu məktəb müəllimələri səviyyəsində aşkar müşahidə etmək olaq. Ona görə də pensiya yaşının hesablanması optimal əsaslara söykənməlidir. Pensiyaya gec, ya da həddindən artıq tez yaşda çıxmağın qarşısı alınmalıdır. Bu zaman maliyyə itkisi, mənəvi-psixoloji ab-havanın dəyişməsi, pensiyaya çıxdıqdan sonra yeni həyata alışma baxımından çoxlu problem ortaya çıxa bilər”.

Milli Məclisin deputatı Musa Quliyev deyir ki, Azərbaycanda kişi və qadınların pensiya yaşlarını eyniləşdirməyə ehtiyac yoxdur: “Hazırda hər iki cins üçün müəyyən olunmuş pensiya yaşı normaldır. Qadınlar ona görə tez pensiyaya çıxır ki, uşaq dünyaya gətirir, onu böyüdür. Dövlət, cəmiyyət onlara qayğı göstərməlidir. Kişilərdən əvvəl pensiyaya çıxmaları elə bunun təzahürüdür”.

Bəzi ölkələrdə pensiya zamanı həm qadınlar, həm də kişilər üçün eynidir: İndoneziya (58 yaş), Yaponiya, Cənubi Koreya, Malayziya, Pakistan, Səudiyyə Ərəbistanı (60), Latviya (62), Macarıstan (63), Avstraliya, Belçika, Kanada, Danimarka, Fransa, Almaniya, Mərakeş, Niderland, Yeni Zelandiya (65), İrlandiya, İtaliya, ABŞ (66), Yunanıstan, İslandiya, Norveç (67)…

Vətəndaşlığın itirilməsi qanunu imzalanıb

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

Prezident İlham Əliyev Mülki Prosessual Məcəlləyə dəyişiklikləri imzalayıb. Yenilik şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi haqqında işlər üzrə icraatı tənzimləyir.

Dəyişikliyə görə, Dövlət Miqrasiya Xidməti “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunda nəzərdə tutulmuş hallarda şəxsin vətəndaşlığı itirməsi ilə əlaqədar məhkəməyə müraciət edir. Şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə əlaqədar ərizədə vətəndaşlığın itirilməsinə əsas olan hallar göstərilməli və ərizəyə əsaslandırılmış rəy və bununla əlaqədar toplanmış sənədlər əlavə edilməlidir.

Məhkəmə ərizəyə təqdim olunduqdan sonra 10 gün müddətində baxır. Ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verilir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Ərizəyə baxılmasında vətəndaşlığın itirilməsi halları ilə bağlı araşdırmanı aparmış dövlət orqanının nümayəndəsinin iştirakı məcburidir.

İşə mahiyyəti üzrə baxan hakim “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunda göstərilən məhdudiyyətlər nəzərə alınmaqla ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir.

seafoodplus.info bildirir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna görə, Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəlikləri varsa, vətəndaşlıqdan çıxmaq haqqında vəsatəti rədd edilə bilər.

Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişsə, yaxud onun barəsində qanuni qüvvəyə minmiş və icra edilməli olan məhkəmə hökmü varsa və ya şəxsin Azərbaycan Respublikası vətəndaşlığından çıxması Azərbaycan

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

Respublikasının dövlət təhlükəsizliyi mənafelərinə ziddirsə, həmin hallar aradan qalxana qədər vətəndaşlıqdan çıxmağa yol verilmir.

Prezident danışıqların detallarını açıb

“Ermənistan rəhbərliyi danışıqları davam etdirmək üçün bir neçə şərt irəli sürüb. Onların heç biri qəbul oluna bilməz. Çünki bizə heç kim şərt qoya bilməz”. Prezident, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev iyunun i Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilmiş yaşayış binasına baş çəkərkən belə deyib.

Yeni bina 14 mərtəbəlidir. Binada ümumilikdə 65 mənzil var. Onlardan u ikiotaqlı, sı isə üçotaqlıdır. İkiotaqlı mənzillərin sahəsi 91, üçotaqlı mənzillərin sahəsi isə kvadratmetrdir.

İlham Əliyev hərbçilərlə görüşündə qeyd edib ki, ci ilin sonunda imzaladığı sərəncam əsasında 20 il ərzində hərbi xidmətdə qüsursuz xidmət göstərmiş hərbçilərə dövlət vəsaiti hesabına tikilmiş mənzillər verilir: “Bu proqram çərçivəsində artıq ə yaxın hərbçi mənzillə təmin edilib, yüzlərlə hərbçinin mənzil-məişət problemləri yaxın zamanlarda öz həllini tapacaq”.

Prezident deyib ki, dövlət büdcəsinin əsas xərcləri hərbi məqsədlərə sərf olunur: “Büdcə xərclərinin artması nəticəsində son illər ərzində Azərbaycanda görülən işlər göz qabağındadır. Bu gün ordumuz maddi-texniki təchizat baxımından güclü ordular sırasındadır. Son illər ərzində əldə etdiyimiz texnika, silah-sursat ən yüksək standartlara cavab verir. Bu gün ordumuz yüksək dəqiqliyə və çox

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

böyük dağıdıcı qüvvəyə malik olan hərbi silahlardan istifadə edir. Yəni ordumuzun bütün ehtiyacları təmin edilir.

Bununla bərabər bir neçə ildir ki, əsgərlər hərbi hissələrdə mülki işlərə cəlb olunmurlar, onların yerinə mülki vətəndaşlar cəlb edilib və biz burada iki məqsədi güdürük — ilk növbədə əsgərlər orduda xidmət etməli və öz peşəkarlıqlarını artırmalıdırlar, digər tərəfdən bu, mülki vətəndaşlar üçün yeni iş yerlərinin açılması deməkdir. Bu proqram çərçivəsində artıq minlərlə mülki şəxs hərbi hissələrdə işləyir, yaxşı maaş alır.

Azərbaycanda ordu quruculuğu prosesi məqsədyönlü və planlı şəkildə aparılır, görülən işlər də göz qabağındadır. Bununla paralel olaraq Azərbaycanda hərbi-sənaye kompleksi yaradılıb və mindən çox adda hərbi təyinatlı məhsul istehsal edilir. Bu, həm ordumuzun ehtiyacını ödəyir, eyni zamanda biz artıq xarici bazarlara da çıxmışıq”.

Dövlət başçısı qeyd edib ki, ordunun maddi-texniki təminatını daha da genişləndirmək və yaxşılaşdırmaq üçün bu yaxınlarda müvafiq göstərişlər verib: “Artıq Azərbaycana yeni silahlar, texnikalar gətirilir. Bu, son bir-iki ay ərzində baş verir. Bu proses davam etdiriləcək. Bizim kifayət qədər maddi imkanlarımız var və biz bir çox ölkələrdən hərbi təyinatlı məhsullar alırıq. Bir mənbədən asılı deyilik. Biz bütün başqa sahələrdə olduğu kimi bu sahədə də şaxələndirmə yolu ilə gedirik”.

İlham Əliyev Qarabağ danışıqlarına da toxunub: “Bildiyiniz kimi, Ermənistan danışıqlar prosesini pozmaq və danışıqlar prosesinə zərbə vurmaq üçün aprel ayında bizə qarşı silahlı təxribata əl atdı. Bizim mövqelərimiz atəş altına düşdü. Mülki vətəndaşlara qarşı silahdan istifadə edildi və 6 mülki şəxs erməni təxribatı nəticəsində həlak oldu. Hərbçilərimiz həlak oldular, yaralandılar. Təbii ki, Azərbaycan düşmənə layiqli cavab verməli idi və verdi. Aprel döyüşləri, — mən bunu artıq demişəm, — tarixdə bizim böyük hərbi qələbəmiz kimi qalacaq. Azərbaycan ordusu böyük qəhrəmanlıq göstərib, işğal edilmiş torpaqların bir hissəsini, daha dəqiq desəm, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad edib və strateji yüksəklikləri öz nəzarəti altına qaytarıb.

Əminəm ki, bu hadisələr həm Ermənistana, həm də bu məsələ ilə məşğul olanlara ciddi siqnal oldu. Çünki Ermənistanın istəyi sirr deyil. Onlar bu prosesi sonsuz proses kimi görmək, status-kvonu saxlamaq istəyirlər. Görəndə ki, onlara

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

qarşı beynəlxalq vasitəçilərin təzyiqi artır, müxtəlif təxribatlara əl atırlar. Məsələn, cü ilin noyabrında bizə qarşı silahlı təxribat törətdilər və biz layiqli cavab verəndən sonra bundan istifadə edərək, bunu bəhanə gətirərək Ermənistan danışıqları demək olar ki, dondurmuşdu. cü ilin noyabrından ci ilin dekabrına qədər demək olar ki, heç bir danışıq aparılmırdı. ci ilin dekabrında Ermənistan və Azərbaycan prezidentlərinin görüşü formal xarakter daşıyırdı. Görəndə ki, bu il onlara vasitəçilərin siyasi təzyiqi artır, növbəti silahlı təxribata əl atdılar. Amma əminəm ki, indi bunun acısını çəkirlər.

Münaqişə tezliklə həll olunmalıdır, beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır. Bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur, ola da bilməz. Heç vaxt Azərbaycan dövləti öz tarixi torpaqlarında ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək və bu, danışıqlar mövzusu deyil, heç vaxt olmayıb. Məsələ mərhələli yolla öz həllini tapa bilər və əminəm ki, biz məsələni bu yolla həll edə bilərik. Ancaq əlbəttə ki, burada işğalçı Ermənistana beynəlxalq vasitəçilər və geniş mənada beynəlxalq birlikdən daha da ciddi təzyiq göstərilməlidir.

Bildiyiniz kimi, aprel hadisələrindən sonra Ermənistan rəhbərliyi danışıqları davam etdirmək üçün bir neçə şərt irəli sürüb. Onların heç biri qəbul oluna bilməz. Çünki bizə heç kim şərt qoya bilməz. Danışıqları aparmaq bizə göstərilən minnət deyil. Ermənistan tərəfi yaxşı başa düşür ki, əgər danışıqlar dondurulsa, ya pozulsa onları nələr gözləyir. Ona görə, təbii ki, Azərbaycan tərəfi danışıqlara heç bir şərt qəbul etmədən qoşulub. Vyana görüşü Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə keçirildi. Hesab edirəm ki, Vyana görüşünün müsbət nəticələri oldu. Yəni Ermənistan tərəfinin qoyduğu şərtlər qəbul edilmədi. Azərbaycan tərəfi Vyanada hər hansı bir sənədə imza atmadı. Sadəcə olaraq həmsədr ölkələr öz bəyanatını verdilər, bu, onların bəyanatıdır.

Müsbət hal ondan ibarətdir ki, Vyana görüşündən bir ay keçəndən sonra artıq Rusiya tərəfinin təşəbbüsü ilə Sankt-Peterburq şəhərində növbəti görüş keçirildi. Bu görüşü biz müsbət qiymətləndiririk. Xarici İşlər Nazirliyi Azərbaycanın rəsmi mövqeyini bildirib və bu mövqe, təbii ki, ictimaiyyət üçün də açıqdır.

Mən öz tərəfimdən qeyd etmək istəyirəm və hesab edirəm ki, Sankt-Peterburq görüşünün müsbət nəticələri var. Ümid edirəm ki, bu proses sürətlə davam etdiriləcək. Yenə də heç bir şərt qəbul etmədən biz bu danışıqlara gedirik.

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

Danışıqlar mənalı, predmetli olmalıdır, sadəcə olaraq görüntü, imitasiya naminə aparılmamalıdır.

Sankt-Peterburq görüşünün nəticəsi olaraq birgə bəyannamə qəbul edildi. O da ictimaiyyət üçün təqdim edildi. O bəyannamədə hər şey, xüsusilə, məsələnin həlli yolları göstərilir. Bununla bərabər ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin işçilərinin say tərkibinin artırılması məsələsi də müzakirə edildi. Düzdür, orada say göstərilmir. Ancaq mən deyə bilərəm ki, əgər bu gün o ofisdə 6 nəfər işləyirsə, bu, maksimum 2 dəfə, 2,5 dəfə artırıla bilər. Yəni burada böyük missiyadan söhbət getmir. Nəzərə alsaq ki, təmas xətti on kilometrlərlə ölçülür, bu işlərin başqa mənasını axtarmaq lazım deyil. Ofisin mandatı da yerindədir, heç bir dəyişiklik yoxdur. Sadəcə olaraq, 6 nəfərin əvəzinə 12, ya 13, ya 14 nəfər olacaq, vəssalam.

O ki qaldı ermənilərin şərt kimi ortaya qoyduqları insidentlərin araşdırılması mexanizminin tətbiqinə, hesab edirəm ki, buna indiki mərhələdə ehtiyac yoxdur. Birincisi, bu mexanizmlər yoxdur. Bizə heç kim konkret demir ki, bu, nədən ibarət olacaq. Belə olan halda bu məsələyə bu gün baxmaq düzgün olmazdı. İkincisi, bunun mənası nədən ibarətdir. Əgər bunun mənası ondan ibarətdir ki, münaqişə dondurulsun və təmas xəttində hansısa əlavə tədbirlər görülsün, əlbəttə, Azərbaycan buna getməyəcək. Bu o vaxt ola bilər ki, danışıqlar prosesində müsbət dinamika davam etdirilsin, biz konkret nəticələri görək, bilək ki, nə vaxt bizim torpaqlarımız işğaldan azad olunacaq, onda əlbəttə, müxtəlif mexanizmlər işlənə və o vaxt bu məsələyə baxıla bilər.

Mən Sankt-Peterburqda qəbul etdiyimiz bəyanatda bir mühüm məsələyə də toxunmaq istəyirəm. Orada qeyd edildi ki, son vaxtlar təmas xəttində vəziyyət sabitdir, atəşkəs bərpa edilib və bu, müsbət hal kimi qiymətləndirilir. Belə olan halda heç bir insidentlərin araşdırılması mexanizminin tətbiqinə ehtiyac qalmır. Yəni o şərt də qəbul edilmədi.

Bir daha demək istəyirəm ki, biz məsələnin mahiyyəti əsasında danışıqlar aparmalıyıq. Ermənistanın işğalçı siyasətinə son qoyulmalıdır. Biz bilməliyik ki, torpaqlarımızın azad edilməsi prosesi nə vaxt başlanacaq. Əlbəttə ki, bu proses olacaq. Azərbaycan tərəfi və mən şəxsən dəfələrlə qeyd etmişdim ki, biz bu münaqişəni ancaq mərhələli yolla həll edə bilərik. Çünki başqa cür mümkün deyil. Ermənistan həmişə çalışırdı ki, vəziyyəti daha da mürəkkəbləşdirsin,

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

danışıqlar prosesini və mərhələli həll variantını pozsun. Ancaq bizdə olan fikirlərə görə, bu yol ən məqbul yoldur. Bu, tezliklə məsələnin həllinə gətirib çıxara bilər.

Yenə də qeyd etmək istəyirəm ki, Azərbaycan dövlətinin məsələnin həlli ilə bağlı prinsipial mövqeyi ortadadır. Bu mövqedə heç bir dəyişiklik olmayıb və olmayacaq. Bir daha qeyd etmək istəyirəm ki, məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək, heç vaxt Azərbaycanın tarixi torpaqlarında ikinci erməni dövləti yaranmayacaq.

Bu, əsas məsələdir. O ki qaldı Dağlıq Qarabağın statusuna, bu, sonranın işidir. Əlbəttə ki, müəyyən status ola bilər. Azərbaycanın tərkibində Naxçıvan Muxtar Respublikası mövcuddur. Bunun muxtariyyət statusu var. Avropada, digər ölkələrdə mütərəqqi təcrübə və müxtəlif statuslar var. Ancaq bu status ölkəmizin ərazi bütövlüyünü pozmamalıdır”.

İyunun də İlham Əliyev Silahlı Qüvvələrin Baş Qərargahının yeni inzibati binasının açılışında da iştirak edib. Ümumi sahəsi kvadratmetr olan altımərtəbəli binada bütün otaqlar müasir avadanlıq və inventarla təchiz edilib.

İlham Əliyev Mərkəzi Komanda Məntəqəsinin fəaliyyəti ilə tanış olub. Silahlı Qüvvələrin gündəlik və döyüş fəaliyyətinin planlaşdırılması və idarə olunması üçün yaradılan məntəqədə nəfərin işləməsi üçün hər cür şərait var. Məntəqəyə hərbi idarəetmə sisteminin müxtəlif elementləri daxildir. Mərkəzi Komanda Məntəqəsi əməliyyat şəraiti barədə məlumatların toplanmasına və təhlilinə, qoşunların döyüşə hazırlıq prosesinə, döyüş xidmətinin aparılmasına nəzarət edilməsinə, döyüş fəaliyyətinə hazırlıq dövründə və onun gedişində qoşunların idarə olunmasına, digər idarəetmə məntəqələri ilə müxtəlif növ məlumat mübadiləsinin aparılmasına və videokonfransların təşkilinə, videoməlumatların ötürülməsinə imkan verir.

Dolların kursu yerində qalıb, avro və rubl bahalaşıb

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

Mərkəzi Bank iyunun də 1 ABŞ dollarının kursunu ötən həftənin son iş günündə olduğu kimi 1, manat səviyyəsində müəyyən edib.

Avronun kursunda isə artım var. İyunun də 1, manata satılan 1 avro bu gün 1, manata təklif olunur.

seafoodplus.info-ın məlumatına görə, Mərkəzi Bank Rusiya rublunun məzənnəsini də qaldırıb. 1 rubl 0, manatadır. Bundan əvvəlki kurs 0, manat idi.

Mərkəzi Bank 1 gürcü larisinə 0, manat, 1 ingilis funt sterlinqinə 2, manat, 1 türk lirəsinə 0, manat qiymət qoyub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu yenilənib

Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu ilə bağlı yeni fərman imzalayıb. Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti Dövlət Sosial Müdafiə Fonduna birləşdirilib.

seafoodplus.info xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının işçilərinin say həddi ştat vahidi, Dövlət Əmək Müfəttişliyi Xidməti

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

Aparatının işçilərinin say həddi 57 ştat vahidi (qurumun mərkəzi laboratoriyası ilə birlikdə), Dövlət Əmək Müfəttişliyi Xidmətinin yerli bölmələrinin işçilərinin say həddi ştat vahidi, Dövlət Məşğulluq Xidməti Aparatının işçilərinin say həddi 56 ştat vahidi, rayon (şəhər) məşğulluq orqanlarının işçilərinin say həddi ştat vahidi, Dövlət Sosial Müdafiə Fondu Aparatının işçilərinin say həddi ştat vahidi, Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarının işçilərinin say həddi ştat vahidi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti Aparatının işçilərinin say həddi 30 ştat vahidi müəyyən edilib.

İlham Əliyev Dövlət Sosial Müdafiə Fondunun əsasnaməsini də təsdiqləyib. Sənədə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır.

Fonda əmək və əhalinin sosial müdafiəsi nazirinin vəzifəyə təyin etdiyi direktor rəhbərlik edir.

Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna bu il martın də daxil edilib. Prezident İlham Əliyevin fərmanında bu, sosial müdafiə sahəsində vahid dövlət siyasətinin və səmərəli idarəetmənin həyata keçirilməsi, əhalinin sosial tələbatlarının ödənilməsində müasir informasiya texnologiyalarının tətbiqi ilə kompleks yanaşmanın gerçəkləşdirilməsi, o cümlədən əmək pensiyaları və digər sosial ödənişlərin təyinatının “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi məqsədi ilə əsaslandırlıb.

Vergilər Nazirliyinə yeni hüquqlar verilib

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

Vergilər Nazirliyinin əsasnaməsinin Vergi Məcəlləsində dəyişikliklərə uyğunlaşdırılması ilə bağlı prezident fərmanı imzalanıb. seafoodplus.info bildirir ki, yeniliyə əsasən, Vergilər Nazirliyinə əlavə hüquqlar verilir.

Vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə nazirlik hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edə bilər.

Nazirlik həmçinin aksiz markaları ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müəyyən olunan qaydaların tələblərinə əməl edilməsinə nəzarət etmək hüququ alır.

5 ayda hava və dəmir yolu nəqliyyatı necə işləyib?

Dövlət Statistika Komitəsi nəqliyyatın işi ilə bağlı hesabat açıqlayıb. AZƏRTAC-ın yaydığı məlumatda bildirilir ki, bu ilin yanvar-may aylarında hava nəqliyyatı ilə

Page İyun - Transparency seafoodplus.info(3)docx · Web viewDövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma

min sərnişin daşınıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,1 azdır.

Hesabata görə, sərnişin daşımalarının 99,8 faizi dövlət, 0,2 faizi özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Hava nəqliyyatı ilə yükdaşıma 18,8 faiz artaraq 58,9 min tona çatıb.

5 ayda dəmir yolu nəqliyyatı ilə 5,8 milyon ton yük, ,9 min sərnişin daşınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 23,5 faiz, sərnişin daşınmasında isə 19,6 faiz azalma müşahidə olunub.

Məlumata görə, orta hesabla sutkada vaqon yüklənib, vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 17,3 min ton, Qərb istiqaməti üzrə 4,6 min ton, Cənub istiqaməti üzrə isə 1,6 min ton yüklənmə işi yerinə yetirilib.

Valyuta hərracı: rəqəmlər 3 milyard dollara dirənir

Mərkəzi Bankla Dövlət Neft Fondu bu il manatın kursunu sabit saxlamağa üst-üstə 2 milyard ,8 milyon dollar sərf ediblər.

Dövlət Neft Fondu iyunun də keçirilən valyuta hərracında 31 banka 50 milyon dollar satıb. seafoodplus.info bildirir ki, bununla cı ilin hərraclarında Dövlət Neft Fondunun satdığı valyutanın həcmi 2 milyard ,4 milyon dollara çatıb. Mərkəzi Bankdan isə bu il ,4 milyon dollar həcmində valyuta alınıb.

Фильмы

Наша дивизия &#; а Стрелковая &#; формировалась в городе Загорске Московской обл. 7-го июля года. Вот на этом автобусе, я своим ходом, со штабом дивизии,с Загорска выехали на фронт в Эстонию. А полки нашей дивизии ехали поездами воинскими эшелонами. В бой вступили под городом Таллиным Эстония. В это время враг был силен. И мы отступали,с ожесточенными  боями сдерживая фашистов, сдавали всю Прибалтику &#; Эстонию, Латвию, Литву, несколько раз были в окружении, выходили, прорывались.
ВодителиКомандир дивизиона Генерал Еншин и нач. штаба полковник Сорокин говорил: &#; Не сдаваться и обороняться до последнего бойца и командора, и,главное,спасти штабной seafoodplus.info говорили: &#; Ведь это сердце дивизии. В нем хранились знамя дивизии и секретные документы, если автобус попадет в руки немцев и тогда наша дивизия не будет существовать.И вот мы уже были отрезаны от Ленинграда и прижаты к Финскому заливу. Я со своим автобусом, с штабом дивизии был переправлен через Финский залив на барже. Где и были в Ленинграде блокированы немчурой дней и ночей. Вот за это отступление наш автобус поимел ранений, то есть пробоин, орудейных, минометных, пулеметных, автоматных, в том числе и я два ранения, т.е. 2 seafoodplus.info дней в блокаде и получая грамм хлеба и защищать на градусном морозе, это невыносимо и все же мы выстояли,выдержали, не сдали Колыбель революции. не смотря на наши жертвы, а их было несметно число, одни трупыго января года была прорвана блокада Ленинграда,и я на этом же автобусе с штабом уже , мгинской краснознаменной стрелковой дивизией громить немчуру, отбивая Прибалтику,которую мы сдавали году. И закончили мы войну т-е 9го мая в Румынии. Вот в этом автобусе, за всю войну с начала войны и до конца, работали т-е воевали командиры дивизии:

  1. Генерал Еншин.
  2. Полковник Сорокин.
  3. Генарл Котелков.
  4. Генерал Донсков.
  5. Генерал Борщев.
  6. Полковник Соколов.
  7. Полковник Воженин.
  8. Полковник Большаков.

Которых уже нет в живых, которые сражались  храбро и руководили нашей ст. дивизией. Мы их имена не забудем никогда. Я за войну награжден:

  • знаком Отличный Шофер;
  • медалью за Оборону Ленинграда;
  • медалью за Отвагу;
  • Орденом Красной Звезды;
  • медалью за Невский пяточек ;
  • и многими другими медалями &#;  командир отделения, сержант.
Jul 29, Adayların 24 bölüm tercih etme hakkı olacak. 2 YILLIK SAĞLIK BÖLÜMLERİ LİSTESİ Acil Durum ve Afet Yönetimi Bölümü Ağız ve Diş Sağlığı Bölümü 0. yılında Yüksek Kurumlar Sınavına girmeye hazırlanan öğrenciler için mezun olduktan sonra atanması ve iş bulması en kolay olan 2 yıllık ön lisans sağlık bölümleri sebze adlarıçemenzar kiralık daireavrupa yakası sosyal tesisleranthony hopkins sözleriİki yıllık sağlık bölümleri arasında bulunan Fizyoterapi Teknikerliği, özellikle özel sektörde iş bulmanızı sağlar. KPSS Ön Lisans ile devlet hastanelerinde de çalışabilirsiniz. dış mekan sarmaşıkFeb 25, Bu listedeki bölümlerden yine güzel iş imkanları ve kariyer fırsatları olan bölümlere geçilebilmekte. Ayrıca 2 yıllık en iyi bölümler listesindeki programların önlisans KPSS ile kamu kurumlarına atanma 4 hours ago 4 2. 1-Yönetim kurulu faaliyetlerini belgelendirmiş ve pay sahiplerinin bilgisine sunmuştur. X 4 2. 2-Yönetim kurulu üyelerinin görev ve yetkileri yıllık faaliyet raporunda açıklanmıştır. X 4 2. 3-Yönetim kurulu, şirketin ölçeğine ve faaliyetlerinin karmaşıklığına uygun bir iç kontrol sistemi oluşturmuştur. X Aşçılık YKS Taban Puanları ve Başarı Sıralamaları, YKS üniversite adayları için yerleştirme sonuçlarına göre: Aşçılık YKS Taban Puanları ve Başarı Sıralamaları. 4 yıllık DGS ile geçiş yapılan bölüm: Aile ve Tüketici Bilimleri. Aşçılık Mezunlarının İş ve Dikey Geçiş İmkanları. 1 day ago 2. Derslerin daha verimli işlenebilmesi için ihtiyaç duyulan kitap, araç-gereç ve benzeri öğretim materyallerinin gözden geçirilmesi ve değerlendirilmesi 1. 3. Öğrenci başarısının ölçülmesi ve değerlendirilmesi hususunda görüş bildirilmesi 1. 4. İş sağlığı ve güvenliği tedbirlerinin değerlendirilmesi 1. 5 Jun 16, 2 Yıllık Sağlık Bölümleri Anestezi Önlisans Programı Anestezi teknikeri, anestezi uygulamasını uzman doktorun yönlendirmesi doğrultusunda güvenli bir şekilde başlatır, anestezi halindeki hastayı takip eder ve anestezi işlemini sonlandırır. Ingilizce ogretmeni tuzla için iş ilanları yayınlandığı, adayların iş, firmaların eleman bulduğu insan kaynakları ve kariyer sitesi. Sen de hemen başvur, hayalindeki işi bul Apr 29, 2 yıllık sağlık bölümleri özel üniversiteler ücretleri okul bazında değişkenlik göstermektedir. Ortalama ücretler TL arasında değişkenlik 2 days ago 2 gün önce Arkadaşlar sağlık yönetimi sağlık kurumları işletmeciliği bölümü nasıl ne iş yapar ne kadar maaş alır Öğretmen Kartı Nasıl Alınır , Eğer aradığınızı bulamazsanız lütfen yorumlar kısmından alternatif Sağlık Kurumları İşletmeciliği Maaşı depomonlineOct 8, Üniversite bölümleri iş imkanları, maaşları, bölüm mezunlarının ne iş yaptıkları ile ilgili bilgi ve rehberlik sitesi. Üniversite bölümleri iş imkanları, 2 Yıllık 2 yıllık sağlık bölümlerinden de en çok tercih edilen, iş imkanı fazla olan bölümleri seninle paylaşayım hemen 1. İlk ve acil yardım paramedik bölümü. çağrı merkezinde ya Feb 16, 2 yıllık önü açık bölümler listemizin ikinci sırasında yer alan İlk ve Acil Yardım, en yüksek puana sahip olan ön lisans bölümleri arasında bulunuyor. Devlette Jan 9, Laborant ve Veteriner Sağlık. Ortopedik Protez ve Ortez. Otopsi Yardımcılığı. Patoloji Laboratuvar Teknikleri. Tıbbi Dokümantasyon ve Sekreterlik 4. Reklamcılık, May 7, 2 yıllık sağlık bölümlerinden olan sağlık kurumları işletmeciliği bölümünden mezun olan kişiler sağlık kurumları işletmeciliği teknikeri unvanını almaktadır. Sağlık Jan 14, Anestezi Bölümü İş İmkanları. Anestezi bölümü için KPSS gibi sınavlara girerek iş imkanlarınızı arttırmanız mümkün. Daha önce de bahsettiğimiz gibi sağlık 1 day ago Yeni sistemde ise 2 yıllık tüm bölümler için tek sınav yapılıyor ve tek puan türü hesaplanıyor. Ağız ve Diş Sağlığı bölümü için girmeniz gereken tek sınav TYTdir. Yeni bir başlangıç yapmak isteyen pratisyen hemşire, Los Angelestan Kuzey Kaliforniyadaki ücra bir kasabaya taşınır. Burada onu çeşitli sürprizler beklemektedir. Fragmanları izleyin ve daha fazla bilgi edinin. Oct 1, 2. ÜNİVERSİTE BÖLÜMLER VE ÖZELLİKLERİ. Adalet Önlisans Programı ndan mezun olan öğrenciler, Adalet Önlisans Diploması alırlar. Adalet Önlisans Programı .

Я, Ромашов Александр Петрович

года 19 августа рождения

город Бузулук, ул. Белинского

nest...

batman iftar saati 2021 viranşehir kaç kilometre seferberlik ne demek namaz nasıl kılınır ve hangi dualar okunur özel jimer anlamlı bayram mesajı maxoak 50.000 mah powerbank cin tırnağı nedir