dolar ne olur / Iddaa da oran neden değişir

Dolar Ne Olur

dolar ne olur

Greencard proqramında kimlər iştirak edə bilər?

Ən azı orta məktəbi bitirmiş hərkəs iştirak edə bilər. Orta məktəb dedikdə 11 illik təhsil nəzərdə tutulur. Yəni minimum 11 illik təhsiliniz olmalıdır. Bu ya tam orta məktəb ola bilər və ya 9 illik orta məktəb və əlavə olaraq oxuduğunuz peşə məktəbi/kollec sizə tam orta təhsil verirsə müraciət edə bilərsiniz.

Greencardımı aktiv saxlamaq üçün ABŞ-da nə qədər yaşamağa məcburam?

Greencard ABŞ-da yaşamaq üçün verilən vəsiqədir. Greencardınızın aktiv qalması üçün il ərzində toplam 180 gün mütləq ABŞ-da yaşamalısınız .Əgər uzun müddət ABŞ-a gələ bilməyəcəksinizsə (məsələn, işinizlə, təhsilinizlə və ya başqa işlərinizlə bağlı), ABŞ-da miqrasiya idarəsinə ərizə yazıb 2 ilə kimi ABŞ-a girməyə bilərsiniz. Ərizə yazıb uzun müddət ABŞ-a giriş etməsəniz belə greencard-ınız etibarlı qalacaqdır.

Ödənişli müraciət etmək qalib gəlmək şansımı artırırmı?

Ödənişli müraciət etməklə Greencard qalibi olmaq arasında hər hansı əlaqə yoxdur. Ödənişli müraciət sizin qalib gəldikdən sonra Amerikaya gedə bilmənizi siğortalıyır. Ödənişsiz müraciət edib qalib gəldikdə bütün viza prosedurları, Amerikaya bilet, Amerikada qarşılanma, kirayə ev tapılmasında köməklik, iş tapılması və s. üçün şirkətin xidmətindən istifadə etdikdə 2720 AZN pul ödəyirsiniz. Əgər Greencard-a 60 AZN ödəyib, ödənişli qeydiyyatdan keçsəniz, qalib gəldikdən sonra bu xidmətlər üçün heç bir ödəniş tələb olunmayacaq.

Ödənişli və ödənişsiz müraciət nə deməkdir?

Greencard-a həm Ödənişli, həm də Ödənişsiz müraciət edə bilərsiniz. Ödənişsiz müraciət edib qalib gəldikdən sonra, bütün viza prosedurları, Amerikada qarşılanma, kirayə ev tapılmasında köməklik, iş tapılması üçün şirkətin xidmətlərindən istifadə etdikdə 2720 AZN pul ödəyirsiniz. Əgər 60 AZN ödəyib, Ödənişli qeydiyyatdan keçsəniz, qalib gəldikdən sonra bu xidmətlər üçün heç bir ödəniş tələb olunmayacaq. Qalib olduqdan sonra da ABŞ-a yola düşmək də xərc tələb edir. Ona görə də, büdcənizi nəzərə almağı tövsiyyə edirik. Bəzi şəxslər qalib olduqdan sonra maddi imkanları çatmadığına görə ABŞ-a yola düşə bilmirlər. Lakin, ödənişli müraciət etsəniz ABŞ-a yola düşməyiniz şirkətimiz tərəfindən qarşılanır. Xatırladaq ki, Ödənişli və ya ödənişsiz müraciət sizin qalib gəlmənizə təsir göstərmir.

Digər ailə üzvlərim də öz adlarından müraciət edə bilərlərmi?

Tam orta məktəbi bitirmiş attestatı olan ailə üzvləriniz də öz adlarından ayrıca müraciət edə bilərlər.

Sadə dildə Greencard proqramının nə olduğunu izah edə bilərsinizmi?

Greencard ABŞ-da yaşamaq üçün verilən vəsiqədir. Bu vəsiqə ilə (Azərbaycan vətəndaşlığını itirmədən) Amerikada istədiyiniz qədər qanuni şəkildə yaşaya və işləyə bilərsiniz. Greencard proqramı ildə bir dəfə keçirilir və hərkəs müraciət edə bilər. Bu proqramda qalib olduqdan sonra siz ABŞ-da ömürlük yaşayırsınız və istədiyiniz işlə məşğul olursunuz. Greencard sahibləri ABŞ vətəndaşları ilə eyni hüquqlara sahib olurlar

Greencard lotoreyası hansı şəkildə keçirilir?

Bütün dünyadan olan müraciətlər ABŞ-a göndərilir və lotoreya, ABŞ dövləti tərəfindən, heç bir insan müdaxiləsi olmadan, komputer vasitəsilə təsadüfi olaraq keçirilir. Qalib olmaq üçün hər kəsin tamamilə bərabər şansı olur. Qalibləri kompüter təsadüfi seçdiyinə görə, qalib olmaqda yaş, təhsil, iş təcrübəsi, dil biliyi kimi amillər rol oynamır. 

Proqramda qalib gəlmə ehtimalı nə qədərdir?

Greencard proqramına müraciət edən hər kəsin qalib gəlmək üçün bərabər şansı var. Bu proqram, belə demək mümkünsə, lotereya şəklində keçirilir və yaşından və təhsilindən asılı olmayaraq hər kəs qalib ola bilər. Demək olar ki, təxminən hər 100 nəfərdən biri qalib olur

Pul verib qalib gəlmək mümkündürmü?

Greencard lotoreyasının nəticələri bütün dünya üzrə ABŞ Dövlət Departamenti tərəfindən açıqlanır. Lotoreya qalibləri isə komputer vasitəsilə və tamamilə təsadüfi formada müəyyənləşmiş olur. Bu səbəbdən, hər hansı yolla kiminsə qalib gəlməsini təmin etmək mümkün deyildir.

Greencard proqramında kimlər iştirak edə bilər?

Ən azı orta məktəbi bitirmiş hərkəs iştirak edə bilər. Orta məktəb dedikdə 11 illik təhsil nəzərdə tutulur. Yəni minimum 11 illik təhsiliniz olmalıdır. Bu ya tam orta məktəb ola bilər və ya 9 illik orta məktəb və əlavə olaraq ən azı 2 illik texnikum, peşə məktəbi də ola bilər. 

Greencard proqramında necə iştirak edirəm?

İştirak etmək üçün ərizə formasını və şəklinizi təqdim edirsiniz  (evlisinizsə, həyat yoldaşınızın və 21 yaşına kimi subay uşaqlarınızın da məlumat və şəkillərini təqdim etməlisiniz). Müraciət etmək üçün BU LİNKƏ daxil olun.

Greencard-a nə vaxt müraciət etməli? Son gün nə vaxtdır?

İlin istənilən vaxtı şirkətimizə Greencard proqramına müraciət edə bilərsiniz. Hər ilin oktyabr ayında müraciətinizi ABŞ dövlətinə göndəririk və növbəti ilin may ayında nəticələr açıqlanır (qazanıb qazanmadığınızı bildiririk). Bu sistem hər il təkrarlanır. Yəni oktyabra ayında müraciətlər ABŞ dövlətinə göndərilir, növbəti ilin may ayında cavablar bilinir. 

Greencard-a müraciət etmək təxminən 5 dəqiqə çəkir, ona görə də hər hansı son günü gözləmək yox, hal hazırda saytımızdasınızsa indi müraciət etməyiniz tövsiyyə olunur. BU LİNKDƏN müraciət edin.

 

Greencard qalibi olmaq üçün nə qədər ödəniş etməliyəm?

Greencard lotoreya proqramı, ABŞ dövlət proqramıdır və pulsuz həyata keçirilir. Şirkətimizin xidmətlərindən istifadə etmək üçün ya müraciət edərkən ya da qalib olduqdan sonra ödəniş edirsiniz. Əgər müraciət edərkən (vəya cavablar çıxana qədər) bir nəfər üçün 60 azn ödəsəniz qalib olduqdan sonra bütün xidmətlərimiz sizə ödənişsiz təqdim olunur və ABŞ-a pulsuz təyyarə bileti əldə ediriniz. Əgər müraciətiniz ödənişsiz olarsa qalib olduqdan sonra xidmətlərimiz üçün ödəniş edəcəksiniz. Xidmətlərimiz və rüsumlar barədə ətraflı məlumat almaq üçün saytımızda XİDMƏTLƏR VƏ RÜSUM bölməsinə daxil ola bilərsiniz 

Əgər ödənişsiz müraciət etmisinizsə, sonradan, cavablar açıqlanana qədər müraciətinizi ödənişli müraciətə dəyişə bilərsiniz. Xüsusilə evlisinizsə, özünüzü və həyat yoldaşınızı sığortalamağı tövsiyyə edirik. Çünki qalib olduqda ABŞ-a yola düşmək üçün az xərclərinizin olması marağınızda olacaq. Ödənişli və ya ödənişsiz müraciət etməyin qalib olmağa heç bir təsiri yoxdur. Tamamilə bərabər şansınız olacaq. Ödənişli müraciət etdikdə, qalib olduqdan sonra xərcləriniz əhəmiyyətli dərəcədə azalacaq. 

Bir il ərzində neçə dəfə müraciət edə bilərəm?

Proqram ildə bir dəfə olduğuna görə bir dəfə müraciət qəbul olunur. Əgər şirkətimizə ilk müraciətinizi göndərmisinizsə, növbəti illərdə müraciət etməyinizə ehtiyac yoxdur. Əgər qalib olmasanız hər il sizinlə əlaqə saxlayacayıq və yenilənmiş məlumatlarınızı və yeni şəklinizi istəyəcəyik. Beləcə özümüz sizin adınızdan hər il ABŞ dövlətinə müraciətinizi göndərəcəyik

Qalib gəlməyin yeganə yolu nədir?

Qalib gəlməyin yeganə yolu sadəcə müraciət etməyinizdir. Müraciət etdiyiniz ildə də qalib ola bilərsiniz, növbəti illərin birində də. Bəzi şəxslər birinci dəfədən, bəziləri də bir neçə dəfə müraciət etdikdən sonra qalib olurlar. Müraciət etmək cəmi 5-10 dəqiqə çəkir və bu proqram pulsuzdur.
Greencard proqramı ABŞ-a getməyin ən asan yoludur. Çünki Greencard qalibi olmaq üçün nə güclü təhsiliniz olmalıdır, nə güclü dil biliyiniz, nə də ki hansısa sahədə mütəxəssis olmağınıza ehtiyac var. Sadəcə müraciət etməyiniz bəs edir.
Bundan başqa öz ailə üzvləriniz, qohumlarınız və dosltarınızın müraciət etməyinə kömək etməlisiniz. Çünki özünüz qalib olmasanız belə yaxınlarınızdan kimsə qalib ola bilər. Növbəti illərdə siz də onların köməyi ilə ABŞ-a gedə bilərsiniz. 

Greencard sahibi olmaq ABŞ-da təhsil almağıma kömək olurmu?

Greencard qalibləri, təhsil üçün aşağıdakı fürsətlərdən istifadə edə bilərlər:

- Göstəriciləriniz yaxşıdırsa ABŞ dövlətindən tam təqaüd ala bilərsiniz və tamamilə pulsuz şəkildə təhsilinizi başa çatdıra bilərsiniz

- Əgər təqaüd ala bilməsəniz, yenə də narahat olmağa dəyməz. Təhsiliniz üçün ABŞ dövlətindən təhsil krediti götürə bilərsiniz və krediti qaytarmağa YALNIZ işləməyə başladıqdan sonra başlayacaqsınız. Kreditinizi 25 ilə kimi qaytara bilərsiniz. İş tapa bilmədiyiniz halda kredit borcunuzu qaytarmaq məcburiyyətiniz olmayacaqdır.

İngilis dilini bilmədən necə getmək olar Amerikaya?

Nəzərə alın kı, Greencard proqramında iştirak etmək üçün ingilis dilini bilmək tələb olunmur. Yəni ingilis dilini bilmədən vizanı ala bilərsiniz və Amerikaya gedə bilərsiniz. Lakin, orada işləmək və ya oxumaq üçün təbii ki ingilis dilini bilmək tələb olunacaqdır. Greencard qazandıqdan sonra ABŞ-a getmək üçün təxminən bir il vaxtınız olur və həmin müddət ərzində ingilis dili biliyinizi təkmilləşdirə biləcəksiniz. Qısaca, ingilis dilini bilmədən müraciət edə bilərsiniz və qalib də ola bilərsiniz. Qalib olduqdan sonra, ABŞ-a getməzdən qabaq ingilis dilini öyrənə bilərsiniz.

Greencard qazansam Amerikaya getməliyəmmi (və ya nə vaxt getməliyəm)?

Greencard proqramında qalib olub olmamağınız hər ilin may ayında bilinir və təxminən 18 ay içində Amerikaya bir dəfə də olsun girməlisiniz. İlk girişinizdə bir həftə qalmaq bəs edir. Məsələn, əgər bu ilin may ayında qalib olmusunuzsa, növbəti ilin Oktyabr ayına kimi bir dəfə də olsa Amerikaya giriş etməlisiniz. Əgər bu müddət ərzində giriş etməsəniz greencard qalibi olmağınız ləğv olunacaqdır. 

Greencardımı aktiv saxlamaq üçün ABŞ-da nə qədər yaşamağa məcburam?

Greencard ABŞ-da yaşamaq üçün verilən vəsiqədir. Greencardınızın aktiv qalması üçün normal hallarda 6 aydan bir ABŞ-a giriş çıxış etməlisiniz (hər girişinizdən 1 həftə belə qalmaq bəs edir). Əgər uzun müddət ABŞ-a gələ bilməyəcəksinizsə (məsələn, işinizlə, təhsilinizlə və ya başqa işlərinizlə bağlı), ABŞ-da miqrasiya idarəsinə ərizə yazıb 2 ilə kimi ABŞ-a girməyə bilərsiniz. Ərizə yazıb uzun müddət ABŞ-a giriş etməsəniz belə greencard-ınız etibarlı qalacaqdır. 

Greencard qazansam ABŞ-da neçə il yaşaya bilərəm?

Greencard qazanmış şəxslər ABŞ-da ömürlük yaşamaq hüququ əldə edirlər. Greencard 3, 5 və ya 10 illik olmur. Sadəcə olaraq vəsiqə kimi ilk aldığınız greencardınız 10 il etibarlı olur. 10 ildən sonra sadəcə olaraq vəsiqənizi yeniləyirsiniz. Məsələn, Azərbaycanda xarici pasportlar 10 illik verilir və 10 ilin tamamında pasportlar yenilənir. Greencard da eyni qaydada olur. 

Ödənişli və Ödənişsiz müraciət nə deməkdir?

Greencard-a həm Ödənişli, həm də Ödənişsiz müraciət edə bilərsiniz. Ödənişsiz müraciət edib qalib gəldikdən sonra, bütün viza prosedurları, Amerikaya bilet, Amerikada qarşılanma, kirayə ev tapılmasında köməklik, iş tapılması üçün 2200$ pul ödəyirsiniz. Əgər 60 Azn ödəyib, Ödənişli qeydiyyatdan keçsəniz, qalib gəldikdən sonra bu xidmətlər üçün heç bir ödəniş tələb olunmayacaq. Qalib olduqdan sonra da ABŞ-a yola düşmək də xərc tələb edir. Ona görə də, büdcənizi nəzərə almağı tövsiyyə edirik. Bəzi şəxslər qalib olduqdan sonra maddi imkanları çatmadığına görə ABŞ-a yola düşə bilmirlər. Lakin, ödənişli müraciət etsəniz ABŞ-a yola düşməyiniz şirkətimiz tərəfindən qarşılanır. Xatırladaq ki, Ödənişli və ya Ödənişsiz müraciət sizin qalib gəlmənizə təsir göstərmir.

Ödənişli müraciət etmək qalib gəlmək şansımı artırırmı?

Ödənişli müraciət etməklə Greencard qalibi olmaq arasında hər hansı əlaqə yoxdur. Ödənişli müraciət sizin qalib gəldikdən sonra Amerikaya gedə bilmənizi siğortalıyır. Ödənişsiz müraciət edib qalib gəldikdə bütün viza prosedurları, Amerikaya bilet, Amerikada qarşılanma, kirayə ev tapılmasında köməklik, iş tapılması vəs. üçün 2200$ pul ödəyirsiniz. Əgər Greencard-a 60 Azn ödəyib, ödənişli qeydiyyatdan keçsəniz, qalib gəldikdən sonra bu xidmətlər üçün heç bir ödəniş tələb olunmayacaq.

Əgər bu il qalib olmasam növbəti illərdə iştirak edə bilərəmmi?

Bəli.  Lakin, bir dəfə müraciət etmisinizsə, növbəti illərdə yenidən müraciət etməyinizə ehtiyac yoxdur. Çünki siz bir dəfə müraciət etdikdən sonra məlumatlarınız bizdə qalır və qalib olana kimi hər il müraciətinizi ABŞ dövlət proqramına daxil edirik. Hər il yeni şəkil təqdim etməlisiniz və şəxsi məlumatlarınızda dəyişiklik olanda bizə bildirməlisiniz. 

Greencard vizasının digər vizalardan fərqi nədir (məs. tələbə vizası, iş vizası, tələbələr üçün Work&Travel proqramı, turist vizası)?

Greencard vizası digər vizalardan yalnız öz üstün cəhətlərinə görə fərqlənir. Hər şeydən qabaq bu proqrama orta məktəbi bitirmiş hər kəs müraciət edə bilər. Digər vizalar xüsusi təbəqələrə verilir, məsələn iş vizası almaq üçün yalnız işləyən və ingilis dilini yaxşı bilən şəxslər müraciət edə bilər, təhsil almaq üçün sadəcə tələbələr müraciət edə bilər və sairə. Greencard vizasını almaq üçün isə yaşından, peşəsindən asılı olmayaraq istənilən şəxs müraciət edə bilər.
Greencard vizasının müddəti yoxdur, yəni viza sizə ömürlük verilir. İstədiyiniz qədər ABŞ-da yaşaya bilərsiniz və ya istədiyiniz vaxt ora gedib gələ bilərsiniz. Lakin başqa vizaların müddəti olur və bitdikdən sonra öz ölkənizə qayıtmalısınız.
Greencard vizasını əldə etmək çox asandır, ingilis dilini bilmək tələb olunmur, heç bir müsabiqə keçirilmir, proqram lotoreya şəklində həyata keçirilir və kobud dildə desək bəxtiniz gətirsə qazanırsınız. Digər vizaları almaq üçün ingilis dilini bilmək tələb olunur, xüsusi müsabiqələri keçmək lazım olur.

Dostlarımın və qohumlarımın da müraciət etmələri mənə kömək edirmi?

Bəli. Bunun çox köməyi olur və biz bunu hərkəsə tövsiyyə edirik. Tutaq ki, bu il özünüzlə bərabər sizin digər ailə üzvləriniz, dostlarınız və ya qohumlarınız da müraciət edirlər. Və tutaq ki siz bu il qalib olmadınız, lakin dostunuz və ya qohumunuz qalib oldu. Onlar ABŞ-da olduqdan sonra sizin də oraya gəlməniz üçün çox köməklik edə bilərlər. Sizə orada ya iş tapmaqda, tələbəsinizsə universitet tapmaqda köməklik göstərə bilərlər və belə halda sizin heç Greencard qalibi olmağınıza da ehtiyac olmur. Sadəcə onların köməyi vasitəsilə asanlıqla siz də oraya gedib yaşaya bilər və Azərbaycanlıların sayını ABŞ-da artıra bilərsiniz.

Əgər fikir versəniz görərsiniz ki, Rusiyada yaşayan Azərbaycanlılar bir müddət orada yaşadıqdan sonra öz dost, qohumlarını da asanlıqla oraya cəlb edə bilirlər. Eyni şəkildə ABŞ-da yaşayan Azərbaycanlılar da bu prosesi həyata keçirə bilərlər.

Greencard qazandıqdan sonra öz ölkəmə gəlib gedə bilərəmmi?

Bəli. Greencard qazandıqdan sonra istər öz ölkənizə gəlib gedə bilərsiniz, istər həm orada həm öz ölkənizdə yaşaya bilərsiniz

Əgər Amerikada və ya başqa bir ölkədə yaşayıramsa müraciət edə bilərəmmi?

Bəli. İstənilən ölkədə yaşamağınıza baxmayaraq müraciət edə bilərsiniz. Həmçinin şirkətimiz dünyanın istənilən ölkəsində yaşayan və greencard proqramına müraciət edən azərbaycanlılara xidmət göstərir

Əgər mənim başqa vizam varsa və ya başqa bir viza almaq üçün müraciət etmişəmsə Greencard proqramında iştirak etməyim digər vizaların alınmasına mane olurmu?

Xeyr. Greencard proqramında iştirak etmək heçbir viza prosesinə təsir göstərmir. Greencard-a müraciət etməzdən qabaq və ya sonra da digər vizalara müraciət edə bilərsiniz.

Greencard proqramının ABŞ səfirliyi ilə əlaqəsi var mı?

Greencard proqramı hər il ABŞ dövləti tərəfindən keçirilir. Lakin, heç bir ölkədəki ABŞ səfirliklərinin bu proqrama aidiyyatı yoxdur. Yalnız Greencard proqramında qalib seçildiyiniz halda, viza almaq üçün səfirliyə gedəcəksiniz.
ABŞ-ın Azərbaycandakı səfirliyi Greencard vizasını vermir. Azərbaycanlılar Greencard qalibi olduqdan sonra vizanı, Gürcüstandakı ABŞ səfirliyindən alırlar.

Azərbaycanda işim gücüm varsa Greencard mənə lazımdırmı?

Əgər sizi Azərbaycandakı həyatınız qane edir və Azərbaycandan köçmək istəmirsinizsə, yenə də Greencard proqramında iştirak etməyiniz tövsiyyə olunur. Yəni, əgər Greencard alsanız məcbur deyilsiniz ki, bir dəfəlik ABŞ-a gedib orada yaşayasınız. Normal şərtlərdə ABŞ-a viza almaq çox çətindir. Hətta bir həftəlik turist vizası almaqda çətinlik çəkənlər var. Sizin Greencard-ınız olduqdan sonra artıq ABŞ sizin üçün ikinci yaşayış yeri olur və oranın da daimi vətəndaşı olursunuz. İstədiyiniz vaxt ora vizasız gedib gələ bilirsiniz. Əgər bir neçə ildən sonra fikrinizi dəyişsəniz və oraya köçmək qərarına gəlsəniz, artıq problemsiz gedə bilərsiniz.

İstənilən şəkli təqdim edə bilərəmmi? Şəkil necə olmalıdır?

Təqdim edəcəyiniz şəklin arxa fonu ağ rəngdə olmalıdır və baş hissə, hər iki çiyin rahat görünməlidir. Nəzərə alın ki, şəkliniz yeni olmalıdır. Yəni, göndərdiyiniz şəkil ilə hal hazırki görünüşünüz arasında böyük fərq olmalı deyil. Şəklin ölçüsünün fərqi yoxdur, çünki əməkdaşlarımız sizin şəklinizi lazım olan formata saldıqdan sonra ABŞ dövlətinə göndərir. Şəkil çəkilməsi ilə bağlı video məlumat üçün aşağıdakı linki izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=LUD8eMQ5YEk

 

Əgər evliyəmsə hər bir ailə üzvü üçün şəkil təqdim etməli və onların məlumatlarını təqdim etməliyəmmi?

Evlisinizsə, həyat yoldaşınızın və 21 yaşına kimi olan bütün subay uşaqlarınızın şəkillərini və məlumatlarını mütləq təqdim etməlisiniz.  Qalib gəldiyiniz halda isə sizinlə bərabər bütün ailə üzvləriniz qalib gəlmiş sayılırlar və onlar da Green card alırlar. Evli ola ola, subay kimi müraciət etsəniz qalib olduqdan sonra Amerikaya gedə bilməyəcəksiniz. 

Digər ailə üzvlərim də öz adlarından müraciət edə bilərlərmi?

Orta məktəbi bitirmiş ailə üzvləriniz də öz adlarından ayrıca müraciət edə bilərlər. 

Ailə üzvünüz orta məktəbi tamamlamasa belə, son 5 il ərzində ən azı 2 illik hər hansı sahədə iş təcrübəsi varsa yenə də lotoreyaya müraciət edə bilər.
Əgər qalib gəlmişəmsə digər ailə üzvlərim də mənimlə bərabər Amerikaya getməlidirlərmi?

Öz istəyinizə uyğun olaraq, ailə üzvləriniz sizinlə gedə də bilərlər, getməyə də. Vəya özünüz gedə bilərsiniz, bir müddətdən sonra onlar da gələ bilərlər.

Əgər ailə üzvlərim mənimlə Amerikaya getməyəcəklərsə, onlar haqda məlumatı və onların şəkillərini də təqdim etməliyəmmi?

Bəli. Qalib olduğunuz halda ailə üzvlərinizi (yəni həyat yoldaşı və uşaqları) ABŞ-a aparmaq fikriniz yoxdursa belə, müraciət edərkən onlar haqqında məlumatları və şəkillərini təqdim etməlisiniz. Əks halda qalib olsanız belə sizə ABŞ-a getmək üçün viza verilməyəcək.

Əgər uşağımın yaşı azdırsa və ya yeni doğulubsa onun da şəklini təqdim etməliyəmmi?

Bəli. Lakin, onun şəklinin göstəricilərə 100% uyğun olması çox da vacib deyil. Uşağınız çox kiçikdirsə, ağ rəngli yataqda uzandırıb, özünüz onun şəklini çəkə bilərsiniz. Uşağın baş hissəsinin və çiyinlərinin rahat görsənməsi şərtilə şəklini çəkin.

Müraciət etdikdən sonra şəxsi həyatımda dəyişiklik olarsa necə olacaq (məs. evlənmə, boşanma, uşağın dünyaya gəlməsi və s.)?

Şəxsi həyatınızda hər hansı dəyişiklik olduqda və ya 2018-ci il Noyabradək hər hansı dəyişiklik gözlənildiyində zəhmət olmasa, ad, soyad, doğum tarixiniz (gün, ay, il) və dəyişikliklə bağlı məlumatı, [email protected] mail adresinə göndərin. Əməkdaşlarımız ən qısa müddətdə dəyişikliyi edib, sizə məlumat verəcəkdir. Əgər baş verən dəyişiklikləri bildirməsəniz, qalib gəlsəniz belə ABŞ-a gedə bilməyəcəksiniz.

Əgər müraciət edərkən subayamsa, lakin sonradan evlənirəmsə həyat yoldaşım da mənimlə bərabər viza alacaqmı?

Bəli. Əgər müraciət edərkən subay idinizsə və sonrakı aylarda və ya illərdə evlənirsinizsə, avtomatik olaraq həyat yoldaşınız da greencard qalibi sayılır

Əgər boşanmışamsa (və ya dulamsa) həyat yoldaşımın və uşaqlarımın məlumatlarını təqdim etməliyəmmi?

Keçmiş həyat yoldaşınızın YOX, uşaqlarınızın məlumat və şəkillərini təqdim etməlisiniz.

Mənə Greencard qalibi olmağımla bağlı Amerikadan email və ya zəng gəlirə bilərmi?

Nəzərə alın ki, ABŞ dövləti qalib olmaqla bağlı heç bir email göndərmir və zəng etmir. Əgər bizim şirkətimizin müştərisisinizsə qalib olduğunuz halda yalnız hər ilin may ayında sizə zəng edə bilərik qalib olsanız. Digər hallarda isə məlumatlarınızı yeniləmək üçün bizim şirkətimizdən sizə ildə təxminən 2 dəfə zəng gələ bilər. 

Greencard proqramına çox adam müraciət etdikdə mənim şansım azalırmı?

Xeyr! Proqrama müraciət edənlərin sayı nə qədər çox olarsa qalib gələnlərin sayı da bir o qədər çox olur. Məsələn 10 min nəfər müraciət edirsə təxminən 100 nəfər qalib olacaq. 20 min nəfər müraciət edirsə təxminən 200 nəfər qalib olacaqdır. Sayların çoxluğu qaliblərin sayını azaltmır, əksinə çoxaldır. 

 

Greencard qalibi öz uduşunu kiməsə hədiyyə edə bilərmi?

Xeyr. Greencard qalibi yalnız özü öz uduşundan istifadə edib ABŞ-a gedə bilər. Evli olduğu halda avtomatik həyat yoldaşı və 21 yaşına kimi subay uşaqları da Greencard qalibi sayılırlar. Greencard qalibi qalib olduğu gündən etibarən 1 il içində evlənərsə, evləndiyi şəxs də greencard qalibi sayılır. Greencard qalibinin valideynləri və bacı qardaşları da greencard qalibi sayılmırlar. Bu insanlar, qalib olmuş şəxsin yanına başqa vizalarla gedib gələ bilərlər. Məsələn, turist, tələbə, iş vizası və s. 

Greencard qazananlar ABŞ-da hansı işlərdə işləyə bilərlər?

Greencard qaliblərinin hüquqları, ABŞ vətəndaşlarınin hüquqları ilə eyni olur. Ona görə də greencard sahibləri istənilən işdə işləyə bilərlər (xüsusi dövlət təhlükəsizlik orqanları xaric) və ya istənilən sahə üzrə öz bizneslərini qura bilərlər. Qısa olaraq desək, kim hansı işi bacarırsa o işlə məşğul ola bilər. Yəni, greencard sahibi tutaq ki Azərbaycanlıdır. O şəxsin Azərbaycanda necə ki istənilən sahədə işləməsinə icazə var, eyni qaydada ABŞ-da da istənilən sahədə işləyə bilər. Əlbəttəki, ABŞ-da daha yaxşı iş tapmaqda ingilis dili biliyi rol oynayır. Ona görə də bütün greencard qaliblərinə tövsiyyə olunur ki ABŞ-a gedənə qədər ingilis dilini maksimum dərəcədə mükəmməl öyrənsinlər.

Bəzi xüsusi peşə sahiblərinin (məsələn tibb işçiləri və s) ABŞ standartlarına cavab vermələri lazım olur. Ona görə də ABŞ standartlarına cavab vermək üçün həmin sahə üzrə bir neçə ay və ya il xüsusi təlimlərə, kurslara getmək lazım olur. Adətən bu tipli kursların rüsumlarını dövlət qarşılayır və ya kredit şəklində verir. 

Maaşlara gəldikdə isə, ən sadə işlərdə aylıq 2-3 min dollardan başlayır. Bir müddət işlədikdən sonra ortalama 4-5 min dollar qazanmaq mümkündür. Bu günə qədər heç bir greencard qalibinin işsiz və ya pulsuz qalması faktı ilə rastlaşmamışıq. 

Greencard qalibləri üçün növbəti addımlar hansılardır?

Cavablar hər ilin may ayında açıqlanır. Adətən may, iyun, iyul aylarında bütün qaliblərimizə formalar göndərilir və həmin formaları doldurduqdan sonra, o formalar şirkətimiz tərəfindən ABŞ dövlətinə təqdim olunur. Bunun əsasında qaliblər üçün Gürcüstandakı ABŞ səfirliyində viza görüşü təyin olunur. Viza görüşü adətən oktyabr ayından başlayaraq növbəti ilin yay aylarına qədər davam edir. Yəni, qaliblər növbə ilə ABŞ səfirliyində görüşə dəvət olunurlar. Hər kəs üçün görüş vaxtını ABŞ dövləti təyin edir. Hər kəs öz görüş vaxtını təxminən 6 həftə öncə bilir. Məsələn kiminsə görüşü 15 dekabra təyin olunubsa, həmin şəxs bu barədə məlumatı təxminən noyabr ayının əvvəli bilir. Bu vaxt ərzində qaliblərimizə sənədlərin siyahisı verilir və səfirliyə gedənə qədər həmin sənədlər hazırlanır. Səfirlikdə vizanı 1 günə verirlər və vizaların müddəti təxminən 6 ay olur. Yəni səfirlikdə viza aldığınız gündən 6 ay içində ABŞ-a daxil olmalısınız. ABŞ-a daxil olduqdan sonra təxminən 2-3 ay ərzində qaliblər öz greencardlarını (şəxsiyyət vəsiqəsi kimi bir sənəd) alırlar. Greencard gələnə qədər işləməyə icazə verilir. Greencard aldıqdan sonra ABŞ-a getmək üçün viza tələb olunmur. 

Greencard qalibləri əsgərliyə getməlidirlərsə proses necə olur?

Əgər may ayında greencard qalibi olursunuzsa və universiteti bitirib əsgərliyə iyul ayında getməlisinizsə, sizin üçün ABŞ səfirliyində görüş növbəti ilin təxminən avqust ayına alınır və əsgərlikdən qayıtdıqdan dərhal sonra vizanızı alıb ABŞ-a yola düşə bilərsiniz. 

19000 km.

nest...

batman iftar saati 2021 viranşehir kaç kilometre seferberlik ne demek namaz nasıl kılınır ve hangi dualar okunur özel jimer anlamlı bayram mesajı maxoak 50.000 mah powerbank cin tırnağı nedir